Kömürlüdağ

KömürlüdağŞərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcında, Bağırsaqdərəsi çayının mənbə hissəsində, Günnüt kəndindən 2,5 km şimal-şərqdə dağ (hünd. 2065,8 m). Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn kəsik konusa bənzər yüksəklikdir. Yamacları eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitlərlə örtülmüş və uzununa və eninə istiqamətlənmiş qırılmalarla mürəkkəbləşmişdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahının şimal-qərb hissəsində məskunlaşan Günnüt əyilməsinin mərkəzində yerləşir. Yerli əhali dağı Xunut da adlandırır.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.

Kömürlüdağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2065,8 m
Yerləşməsi
39°47′41″ şm. e. 45°03′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Kömürlüdağ xəritədə
Kömürlüdağ
Kömürlüdağ
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 45. ISBN 5-8066-1468-9.