Gürcüstan–Tacikistan münasibətləri

Gürcüstan–Tacikistan münasibətləriGürcüstan Respublikası və Tacikistan arasındakı mövcud ikitərəfli münasibətlər. İkitərəfli münasibətlər 4 avqust 1994 tarixində qurulmuşdur. 1991-ci ilə qədər hər iki ölkə Sovet İttifaqının bir hissəsi idi. Bu gün onlar Ümumdünya Ticarət Təşkilatının, Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Ümumdünya poçt ittifaqı, UNESCO, Yer Müşahidələri Qrupu, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvüdürlər və eyni zamanda Birləşmiş Millətlər Təşkilatının həqiqi üzvüdürlər.

Gürcüstan–Tacikistan münasibətləri
Tacikistan və Gürcüstan
 Tacikistan  Gürcüstan

Fərqləndirici xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Gürcüstan gerbi Gürcüstan Tacikistan gerbi Tacikistan
Əhali 3 729 500 8 439 700
Ərazi 69 700 km² 143 000 km²
Əhali sıxlığı 68 nəf./km² 57,2 nəf./km²
Paytaxt Tiflis Düşənbə
İri şəhərlər Tiflis, Kutaisi, Batumi, Rustavi, Zuqdidi Düşənbə, Xücənd, Kulyab, Boxtar
İdarəetmə formaları Parlament Respublikası Parlament Respublikası
Dövlət dili gürcü dili tacik dili
Din Xristianlıq İslam
ÜDM 34,209 mlrd ABŞ dolları (7 139 $ adam başına) 17,555 mlrd ABŞ dolları (2 247 $ adam başına)
ÜMM 16,535 mlrd ABŞ dolları (4 286 $ adam başına) 8,572 mlrd ABŞ dolları (1 041 $ adam başına)
Valyuta Lari Somoni

Tarix[redaktə | mənbəni redaktə et]

Yarandıqlarından bəri münasibətlərin postsovet dövlətləri arasındakı münasibətlərə xas olan stereotipə görə qurulduğuna inanılır.

İqtisadiyyatdan mədəniyyətə və elmə qədər bir sıra əməkdaşlıq sahələri hər iki tərəf üçün faydalıdır.

2003-cü ilin may ayında Özbəkistanın paytaxtı Daşkənddə Tacikistan lideri Emoməli Rəhmon Gürcüstanın ikinci prezidenti Eduard Şevardnadze ilə görüşür. Görüşdə dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək istədiklərini bildirir.

Münasibətlərin hüquqi bazası bir neçə sənəddən ibarətdir: 4 avqust 1994-cü il tarixində imzalanmış Diplomatik əlaqələrin qurulması haqqında Protokol və iki idarələrarası razılaşma. Tərəflər ondan çox sənədin layihəsini nəzərdən keçirir.

Münasibətlər tarixində mühüm hadisə 1999-cu ildə rezidensiyası Daşkənddə olan Gürcüstanın Tacikistandakı səfirliyinin açılması olur. Qivi Abduşelişvili Gürcüstanın ilk səfiri olur. 27 oktyabr 2005-ci ildə Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri David Zalkaliani Tacikistan Respublikasının rəhbərinə etimadnaməsini təqdim edir.

İqtisadi əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Gürcüstan və Tacikistan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına yönəlmiş TRACECA (Yeni İpək Yolu) proqramı çərçivəsində əməkdaşlıq edirlər[1]. Gürcüstan Tacikistana ərzaq, dərman və mebel tədarük edir. 2005-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 1,4 milyon ABŞ dolları olmuşdur. 2006-cı ilin 7 ayında iki ölkənin xarici ticarət dövriyyəsi 4.9 milyon dollar təşkil etmişdir ki, bu da 2005-ci ilin eyni dövrünə nisbətən beş dəfə çoxdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "МИД Таджикистана об отношениях с Грузией". 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.