Gəncə Dövlət Milli Dram Teatrı — 1921-ci ildə noyabr ayının 13-də Bakıda yaradılmış teatr. Gəncə Dövlət Dram Teatrı 1925-ci ilə kimi "Tənqid-təbliğ" teatrı adı ilə 1925-ci ildən isə "Bakı-işçi-kəndli" teatrına çevrilmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir.[1]
Gəncə Dövlət Dram Teatrı | |
---|---|
Gəncə Dövlət Milli Dram Teatrı | |
Ümumi məlumatlar | |
Teatrın tipi | Dram |
Əsası qoyulub | XIX əsrin sonları |
Teatr binası | |
Tutumu | 366 yerlik böyük və 120 nəfərlik kiçik zal. |
Heyət | |
Direktor | Aqil Bəhramli |
Baş rejissor | Elşad Əhmədli |
Yerləşməsi | |
40°40′17″ şm. e. 46°21′42″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Gəncə |
Ünvan | Azərbaycan, Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi, 54 |
|
|
gence-teatr.com |
Gəncə şəhərində XIX əsrdə həvəskar teatr truppaları fəaliyyət göstərməyə başlayırlar. 1899-cu ildə burada "Teatr" adlanan bina həvəskar aktyorların ixtiyarına verilib. 1906-cı ildə isə həvəskarlardan ibarət "Gəncə müsəlman dram məclisi" teatr truppası yaradılıb.[2] Sonradan 1915-ci ildə ilk dəfə olaraq Gəncədə "Qız məktəb"-i tələbələrinin ilk dram truppası da yaradılır. Bu truppada gələcəkdə teatr tarixində vacib rol oynayacaq Adil İsgəndərov, Barat Şəkinskaya, Mir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstəriblər.[3]
Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabr ayının 13-də aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi Bakıda yaranmışdır. 1921-ci ildən 1925-ci ilə qədər "Tənqid-təbliğ" teatrı adı ilə, 1925-ci ildən 1932-ci ilə qədər isə "Bakı-işçi-kəndli" teatrı adı ilə fəaliyyət göstərmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və Qırmızı bayraqlı Türk işçi Teatrı adı ilə fəaliyyətini davam etdirmişdir. Teatr Gəncəyə köçdükdə Abbas Mirzə Şərifzadə, Ağasadıq Gəraybəyli, Fatma Qədiri, İsmayıl Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev, Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə köçür və öz fəaliyyətlərini burada davam etdirirlər.[4]
1990-cı ildən teatr Gəncə Dövlət Dram Teatrı adı ilə fəaliyyət göstərməyə başladı. Sonradan Gəncə Dövlət Nizami Poeziya Teatrı Gəncə Dövlət Dram Teatrına birləşdirildi. 24 iyul 2014-cü ildə Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın tikintisinə Gəncəçayın sağ sahilində 2 hektar torpaq sahəsi ayrılıb.[5]
Teatrın binası 1886-cı ildə alman sahibkarı Xristofor Förer tərəfindən şərab anbarı üçün tikilmişdir. 1932-ci ildə Gəncə teatrı paytaxt Bakıdan köçərək bu binada yerləşdikdən sonra 1932-ci ildən 1936-cı ilə qədər tikili teatr binası üçün uyğunlaşdırılıb.[6]
Teatrın Baş Rejissorları və rejissorları
Rəssamlar
Xalq artistləri
Əməkdar artistlər
Aktyorlar