GPT-4o

GPT-4o (GPT-4 Omni)OpenAI tərəfindən yaradılmış çoxdilli, multimodal, əvvəlcədən öyrədilmiş generativ transformatordur. OpenAI-nin Baş texnologiya direktoru Mira Muratinin rəhbərlik etdiyi 13 may 2024-cü il tarixində canlı yayımda elan edildi və həmin gün yayımlandı.[2] GPT-4o pulsuz olsa da, ChatGPT Plus abunəçiləri üçün 5 dəfə daha yüksək istifadə limitinə malikdir.[3] Mətn, şəkillər və səsləri emal edə və istehsal edə bilir.[4] Onun API əvvəlki GPT-4 Turbodan iki dəfə sürətli və yarı qiymətədir.

GPT-4o
Tərtibatçı OpenAI
İnterfeysin dili çoxdilli[d]
Yayımlanma tarixi 13 may 2024[1]
Sayt openai.com/index/hello-g…

GPT-4o ilk mərhələdə Böyük Model Sistemlər Təşkilatı (LMSYS) daxilində 3 fərqli model olaraq buraxılmışdı. Bu 3 model gpt2-chatbot, im-a-good-gpt2-chatbot ve im-also-a-good-gpt2-chatbot adlanır.[5] 7 may 2024-cü ildə Sem Altman "im-a-good-gpt2-chatbot" adlı tvit atdı və bu tvit ümumiyyətlə bunların A/B testindən keçən yeni OpenAI modelləri olduğunun təsdiqi kimi qəbul edildi.[6][7]

  1. OpenAI launches new AI model GPT-4o and desktop version of ChatGPT (ing.). 2024.
  2. "OpenAI debuts GPT-4o 'omni' model now powering ChatGPT". 2024-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-22.
  3. "OpenAI launches new AI model GPT-4o and desktop version of ChatGPT". 2024-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-22.
  4. "OpenAI says natively multimodal GPT-4o eats text, visuals, sound – and emits the same". 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-22.
  5. "Before launching, GPT-4o broke records on chatbot leaderboard under a secret name Anonymous chatbot that mystified and frustrated experts was OpenAI's latest model". 2024-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  6. "Twitter, X.- Sem Altman". 2024-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  7. "Powerful New Chatbot Mysteriously Returns in the Middle of the Night". 2024-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.