Sem Altman

Sem Altman (ing. Sam Altman; 22 aprel 1985, Çikaqo) — Amerikalı sahibkar və investor. 2019-cu ildən OpenAI-nin baş icraçı direktorudur[1] 2014-2019-cu illərdə Y Combinator-un prezidenti vəzifələrində çalışıb.

Sem Altman
ing. Sam Altman
Doğum tarixi 22 aprel 1985(1985-04-22) (39 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti iş adamı, proqramçı, sahibkar
Fəaliyyət illəri 2005-ci ildən
İmza
blog.samaltman.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Altman yəhudidir[2]Missuri ştatının Sent-Luis şəhərində böyüyüb. Anası dermatoloqdur. Səkkiz yaşında ilk kompüterini, Apple Macintosh-u alıb.[3] Altmanın "uşaqlıq kumiri" Stiv Cobs idi.[4] O, Missuri ştatının Ladue şəhərindəki Con Berrouz adına özəl məktəbdə oxuyub.

2005-ci ildə Stenford Universitetində bir il kompüter elmləri üzrə təhsil aldıqdan sonra bakalavr dərəcəsi almadan təhsilini yarımçıq qoyub.[5]

2005-ci ildə, 19 yaşında olan Altman,[6] Loopt adlı sosial şəbəkə mobil tətbiqini yaradıb.[7] Baş direktor olan Altman şirkət üçün 30 milyon dollardan çox vençur kapitalı topladı, lakin Loopt-a kifayət qədər istifadəçi cəlb edə bilmədi. Sosial şəbəkə 2012-ci ilin mart ayında Green Dot Corporation tərəfindən 43,4 milyon dollara satın alındı.[8] Növbəti ay Altman qardaşı Cek Altman ilə birlikdə Hydrazine Capital-ı təsis etdi.[9][10] Altman Loopt-da işlədiyi müddətdə sinqa xəstəliyinə tutulmuşdu.[11]

Altman 2014-cü ildə Reddit-in CEO-su Yişan Vonq istefa verdikdən sonra səkkiz gün Reddit-in baş direktoru olub.[12] O, 10 iyul 2015-ci ildə Stiv Hufmenin baş direktor vəzifəsinə qayıtdığını elan edib.[13]

OpenAI ilk əvvəl Altman, Qreq Brokman, İlon Mask, Cessika Livinqston, Piter Til, Microsoft, Amazon Web Services, InfosysYC Research tərəfindən maliyyələşdirilib. OpenAI 2015-ci ildə fəaliyyətə başlayanda 1 milyard dollar investisiya toplamışdı.[14]

2019-cu ilin mart ayında Altman OpenAI-yə CEO olaraq diqqətini tam cəmləmək üçün Y Combinator-dan ayrıldı.[15][1] 2019-cu ilin yayına qədər Microsoft-dan 1 milyard dollar investisiya almağa kömək etdi.[16]

Altman 16 may 2023-cü ildə ABŞ Senatının Məxfilik, Texnologiya və Qanun üzrə Məhkəmə Alt Komitəsi qarşısında süni intellektə nəzarət məsələləri ilə bağlı ifadə verdi.[17]

17 noyabr 2023-cü ildə OpenAI-nin idarə heyəti Altmanı baş direktor vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldiyini açıqladı. İdarə Heyəti, Altmanın "ünsiyyətdə tutarlı səmimiyyətinin olmadığını" bildirdi.[18][19] The Verge bildirirdi ki, Altman vəzifədən uzaqlaşdırıldıqdan bir gün sonra idarə heyəti onu geri qaytarmaq üçün müzakirələr aparırdı.[20] Altman işdən çıxarılmazdan əvvəl investorlara yeni bir şirkət qurmağı planlaşdırdığını bildirdi.[20]

  1. 1 2 "OpenAI LP". openai.com. March 11, 2019 tarixində arxivləşdirilib.
  2. Friend, Tad. "Sam Altman's Manifest Destiny". The New Yorker. October 3, 2016. May 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 17, 2017.
  3. Junod, Tom. "How Venture Capitalists Find Opportunities in the Future". Esquire. December 18, 2014. December 20, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2015.
  4. Nolan, Beatrice. "OpenAI CEO Sam Altman once said the only time he ever 'froze' was when he met his childhood idol Steve Jobs". Business Insider (ingilis). 2023-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
  5. "People". Y Combinator. June 25, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 15, 2015. (#invalid_param_val)
  6. Ankeny, Jason. "Meet Y Combinator's Bold Whiz Kid Boss". Entrepreneur. April 25, 2015. December 22, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2015.
  7. "Executives". Loopt. February 16, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2015.
  8. Vascellaro, Jessica E. "Startup Loopt Lands with Green Dot". The Wall Street Journal. March 9, 2012. March 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 13, 2012.
  9. Hydrazine Capital GP, LLC. "Form ADV - Uniform Application for Investment Adviser Registration and Report by Exempt Reporting Advisers" (PDF). Securities and Exchange Commission. February 14, 2023. 2023-07-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-07-27.
  10. "Hydrazine Capital LP - Company Profile and News". Bloomberg L.P. (ingilis). 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-27.
  11. Mok, Aaron. "OpenAI CEO Sam Altman says he worked so hard on building his first startup with his ex-boyfriend that he got scurvy". Business Insider (ingilis). September 25, 2023. October 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2023.
  12. "A New Team At Reddit". Sam Altman. November 13, 2014. February 13, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 13, 2015.
  13. "An Old Team At Reddit". reddit. December 26, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2015.
  14. Olanoff, Drew. "Artificial Intelligence Nonprofit OpenAI Launches With Backing From Elon Musk And Sam Altman". TechCrunch (ingilis). December 11, 2015. October 20, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 20, 2022.
  15. De Vynck, Gerrit. "The man who unleashed AI on an unsuspecting Silicon Valley". The Washington Post. April 9, 2023. April 9, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 13, 2023.
  16. Cade, Metz. "With $1 Billion From Microsoft, an A.I. Lab Wants to Mimic the Brain". The New York Times. July 22, 2019. November 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 18, 2023.
  17. "WATCH: OpenAI CEO Sam Altman testifies before Senate Judiciary Committee". PBS NewsHour (ingilis). 15 May 2023. 19 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 June 2023.
  18. Peters, Jay. "Sam Altman fired as CEO of OpenAI". The Verge (ingilis). 2023-11-17. 2023-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-17.
  19. "OpenAI announces leadership transition". openai.com. 2023-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-21.
  20. 1 2 Das, Shanti; Connett, David. "Sam Altman 'was working on new venture' before sacking from OpenAI". The Observer (ingilis). 2023-11-18. ISSN 0029-7712. 2023-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]