Goko Haciyevski

Goko Haciyevski (mak. Ѓокица "Ѓоко" Хаџиевски; 31 mart 1955, Yuqoslaviya) – Makedoniya futbol mütəxəssisi.

Goko Haciyevski
mak. Ѓокица "Ѓоко" Хаџиевски
Ümumi məlumatlar
Tam adı Cokiça Haciyevski
Doğum tarixi (69 yaş)
Doğum yeri YSFR
Vətəndaşlığı Yuqoslaviya Yuqoslaviya
Şimali Makedoniya Şimali Makedoniya
Mövqeyi müdafiəçi[1]
Klub haqqında məlumat
Klub Səudiyyə Ərəbistanı Əl-Qadisiyə
Vəzifəsi baş məşqçi
Karyerası
Klub karyerası[* 1]
?—? Yuqoslaviya Teteks ? (?)
?—? Yuqoslaviya Pelister ? (?)
Məşqçisi olduğu klublar
1988–1991 Yuqoslaviya Pelister gənclər
1991–1993 Yuqoslaviya/Şimali Makedoniya Vardar
1993–1994 Bolqarıstan ÇSKA Sofiya
1994–1995 Şimali Makedoniya Vardar
1995–1996 Serbiya və Monteneqro Voyvodina
1996–1999 Şimali Makedoniya Makedoniya
2000 Yaponiya Cubilo İvata
2001–2003 Şimali Makedoniya Vardar
2003–2004 Yunanıstan Kastoriya
2004–2005 Yunanıstan Doksa Drama
2005–2006 Yunanıstan Kastoriya
2006–2007 Bolqarıstan Vixren Sandanski
2007–2009 Azərbaycan Bakı
2007 Azərbaycan Azərbaycan
2009–2010 Kipr Atromitos Qeroskipu
2010–2011 Azərbaycan Simurq Zaqatala
2011–2012 Səudiyyə Ərəbistanı Nəcran
2012–2013 Səudiyyə Ərəbistanı Əl-Taavun
2013–2014 Səudiyyə Ərəbistanı Nəcran
2014—h.h. Səudiyyə Ərəbistanı Əl-Qadisiyə

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Məşqçilik karyerası

[redaktə | mənbəni redaktə et]

Haciyesvki məşqçi karyerasına 1988-ci ildə vətənində Pelister klubunda başlayıb. 1991–1993-cü illərdə Vardarı çalışdırdıqdan sonra Bolqarıstana üz tutub və Sofiyanın ÇSKA klubu ilə anlaşıb. Bir mövsüm bu klubda işlədikdən sonra vətəninə dönərək, yenidən Vardarın başına keçib. 1995–1996 mövsümünü Serbiyanın Voyvodina klubuna başçılıq etdikdən sonra – 1996-cı ildə Makedoniya millisinin baş məşqçisi təyin olunub. Hacievskinin 1999-cu ildək başçılıq etdiyi millinin ən uğurlu dövrü də məhz bu illərə təsadüf edir. 1998-ci ildə Dünya Çempionatının seçmə mərhələsində baş məşqçi Makedoniya milli futbol komandasına 13 xal qazandırıb və komanda 4-cü yerdə qərarlaşıb.
2000-ci ildə Yaponiyaya üz tutan Yubilo Qvata klubu ilə anlaşıb. 2000-ci ildə Vardara dönüb, 2003–2004 mövsümündə Kastoriaya başçılıq edib və 2004-də Yunanıstana yollanaraq, Doxa Dramanın başına keçib. 2005–2006 mövsümünü Kastoriada keçirdikdən sonra Bolqarııstana qayıdaraq, bir mövsüm Vihrenin baş məşqçisi olub.

2007-ci ildə Azərbaycana gələn mütəxəssis 2009-cu ilədək Bakının baş məşqçisi olub. Bakı onun rəhbərliyi altında Premyer Liqanın qalibi adını qazanıb.
2007-ci ildə bir müddət Azərbaycan milli futbol komandası başçılıq edib. Azərbaycan yığması onun rəhbərliyi altında iki rəsmi, bir yoldaşlıq oyununa çıxıb. Bakıdan ayrıldıqdan sonra – 2009-cu ilin sonları və 2010-un əvvələrində Cənubi Kiprin Atromitos klubunda çalışıb.[2]

  1. "Профиль на сайте Footballdatabase.eu". 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-11.
  2. Hacievski: "Pelister"dən "Simurq"a qədər