Fernandu Santuş (10 oktyabr 1954, Lissabon) — portuqaliyalı futbol mütəxəssisi və keçmiş futbolçu, Azərbaycan milli futbol komandasının baş məşqçisi.[1]
Fernandu Santuş | |
---|---|
port. Fernando Santos | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 10 oktyabr 1954 (70 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Mövqeyi | cinah müdafiəçisi[d], müdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Futbolçu karyerası ərzində yalnız Portuqaliya Premyer Liqasında çıxış edib və 161 oyuna 2 qol vurub. Karyerasına başa vurduqdan sonra 1987-ci ildə Eştoril Praya FK-da köməkçi məşqçi, 1988-ci ildən etibarən isə həmin klubda baş məşqçi kimi fəaliyyətə başlamışdır.
Santuş Portuqaliyanın "Böyük üçlük" adlandırılan 3 komandasını (Benfika FK, Porto FK, Sportinq FK) idarə edib və bunlardan Porto ilə yerli liqada 5 əsas titul qazanıb. 2000-ci illərin əvvəllərində əsasən Yunanıstan komandaları ilə çalışıb (AEK Afina FK və PAOK FK[2]). 2010-cu ildə Yunanıstan millisinin baş məşqçisi təyin olunub[3][4] və Dünya Kuboku və Avropa çempionatında[5] komandanı çalışdırıb. 2014 və 2022-ci illərdə isə Portuqaliya millisinə rəhbərlik edib.[6] Fernandu Santuş Portuqaliya millisi ilə 2016 Avropa çempionatında və 2019 Millətlər Liqasında[7] çempion olub. 2023-cü ildə Polşa millisinin baş məşqçisi təyin edilsə də, həmin ilin sentyabrında istefaya göndərilib. Fernandu Santuş həmçinin 2024-cü ilin yanvarında Beşiktaş FK ilə müqavilə imzalayıb,[8] lakin 6 oyunluq məğlubiyyət seriyasından sonra apreldə istefaya göndərilib.[9] 2024-cü ilin iyunun 12-də Azərbaycan milli futbol komandasının baş məşqçisi təyin olunub.