Əsgər Abdullayev (futbolçu)

Abdullayev Əsgər Məmməd oğlu (27 mart 1960[1], Bakı) — SSRİAzərbaycan futbolçusu, SSRİ idman ustası (1990). Müdafiəçi mövqeyində çıxış etmişdir.

Əsgər Abdullayev
Ümumi məlumatlar
Tam adı Əsgər Məmməd oğlu Abdullayev
Ləqəbi Serb сəlladı
Doğum tarixi 27 mart 1960(1960-03-27)[1] (64 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 171 sm
Çəkisi 75 kq
Mövqeyi müdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
SSRİMetallurq (Rustavi)
Klub karyerası[* 1]
1979—1991 SSRİ Neftçi (Bakı) 319 (1)
1992—1994 Azərbaycan Neftçi (Bakı) 49 (0)
Məşqçisi olduğu klublar
1998—2001 Azərbaycan Şəfa Bakı assistent
2000—2002 Azərbaycan Azərbaycan (21 yaşlılar)
2000 AzərbaycanAzərbaycan i. e.
2002 Azərbaycan Azərbaycan assistent
2002—2004 Azərbaycan Azərbaycan
2004—2005 Azərbaycan Azərbaycan assistent
2005—2006 Azərbaycan Bakı
2006—2009 Azərbaycan Olimpik-Şüvəlan
2011–2012 Azərbaycan Turan Tovuz
2013–2014 Azərbaycan Araz Naxçıvan
2015–2016 AzərbaycanNeftçi (Bakı)
2016–2018 Azərbaycan Turan Tovuz

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Bütün futbol karyerasını Neftçi klubunda keçirib, lakin böyük qələbələr qazana bilməyib. "Neftçi"də 319, SSRİ Kubokunda 10, 1988-ci ildə "Neftçi"nin finala çıxdığı Federasiya Kubokunda 14 matç keçirmiş və SSRİ çempionatında 1 qol vurmuşdur. Azərbaycan çempionatında iki mövsüm keçirmişdir: 1992 və 1993/94.

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]

Məşqçilik karyerasına Vaqif Sadıqovun köməkçisi olaraq işlədiyi Şəfa klubunda başlamışdır. Sonra Avropa Gənclər Çempionatının seçmə qrupunda 5-ci yeri tutan Azərbaycan gənclər komandasını çalışdırmışdır[2]. Həm də müvəqqəti olaraq Azərbaycan milli komandasına rəhbərlik etmişdir[3]. 2002-ci ildə Vaqif Sadıqov Azərbaycan millisinə rəhbərlik etdi və Əsgər Abdullayevi də öz köməkçiləri arasına götürdü[4]. 25 oktyabr 2002-ci ildə Vaqif Sadıqovun istefasından sonra Əsgər Abdullayev müvəqqəti olaraq millinin məşqçisi təyin edildi[5]; bir neçə uğurlu matçdan sonra, 17 may 2003-cü ildə Əsgər Abdullayev rəsmi olaraq Azərbaycan milli komandasının baş məşqçisi olaraq təsdiqləndi[6]. Əsgər Abdullayevin rəhbərliyi altında Azərbaycan milli komandası Serbiya yığması ilə səfərdə heç-heçə etdi, evdə isə Serbiya yığmasını məğlub etdi və buna görə komandanın baş məşqçisi "Serb Cəlladı" ləqəbini aldı"[7]. Braziliyalı Karlos Alberto Torres milli komandaya baş məşqçi təyin olunduqdan sonra onun köməkçisi işləmişdir[8].

2005-ci ildə Bakı klubuna baş məşqçi təyin edildi və ilk mövsümdə komanda ilə Azərbaycan kubokunu qazandı, lakin növbəti mövsüm çempionat autsayderi — Göyəzən klubu ilə heç-heçə etdikdən sonra istefa verdi. Elə həmin mövsüm "Bakı" ölkə çempionu oldu. 1 iyun 2006-cı ildə vəzifəsindən uzaqlaşdırılan Petar Kurçibiçin yerinə Olimpik-Şüvəlan klubunun baş məşqçisi təyin edildi. Klub autsayderini Azərbaycan futbolunun liderlərindən birinə çevirə bildi. 2008-ci ildə Olimpik ilə Azərbaycan çempionatında gümüş medal qazandı. Bu uğurdan sonra Azərbaycanda mövsümün ən yaxşı məşqçisi kimi tanındı.

  • Azərbaycanda ilin futbol məşqçisi: 2008
  1. 1 2 Transfermarkt (çd.). 2000.
  2. "Under-21. Sezon 2000-2002". 2007-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-12.
  3. "Milli komandanın baş məşqçisi vəzifəsi boş qalır". sport-express.ru. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  4. "Sadıqov. Azərbaycan". sport-express.ru. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  5. "Azərbaycan yığmasında yeni məşqçi". Sports.ru. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  6. "Əsgər Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi olaraq təsdiqləndi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  7. "Олимпик и ХЛ. Пора на выход". www.azerisport.com. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  8. Forumun stenoqramı "ЭХО" qəzetinin saytında 21 aprel 2004 Arxivləşdirilib 2004-09-21 at the Wayback Machine