Google Meet (əvvəllər Hangouts Meet kimi tanınırdı) — Google tərəfindən təqdim edilən video-rabitə xidmətidir.[1] 2 tətbiqi proqram- Google Hangouts və Google Chat proqramlarının əvəzləyicisi kimi bazara daxil olmuşdur.[2]
2017-ci ilin fevral ayında iOS[3] üçün tərtib olunmuş proqram yalnız dəvət əsasında çalışsa da, həmin ilin mart ayından etibarən proqram rəsmi olaraq fəaliyyətə başladı.[4] Xidmət Hangoutsun korporativ dostu kimi, 30-a qədər iştirakçının qatıla biləcəyi video-konfrans proqramı kimi təqdim edildi. Bazara Android, iOS və veb tətbiq versiyaları ilə daxil oldu.
Şirkət Google Meet proqramını orijinal Hangouts proqramının bir üst versiyası kimi yüksək xüsusiyyətlər ilə birlikdə təqdim edərkən, iştirakçılarla görüntülü və eyni zamanda söhbət etmək də daxil olmaqla bəzi standart Hangouts xüsusiyyətlərini ləğv etdi. Bir dəfəyə icazə verilən video yayımların sayı 8-ə endirildi (pilitə rejimində ən çox 4 yayım göstərilə bilər) və yayımlarda üstünlük mikrafonlarını ən son istifadə edən şəxsə verildi — nnlayn görüşlərdə mikrafon ilə danışan iştirakçi görüşdə ön plana çıxarıldı. Bundan əlavə çat qutusu kimi özəlliklər video yayımlara sığacaq şəkildə yenidən ölçüləndirmək yerinə elə birbaşa video yayımların üzərində göstəriləcək şəkildə dəyişdirildi.
2020-ci il covid-19 pandemiyası səbəbi ilə həmin ilin yanvar və aprel ayları arasında Google Meet istifadəsi 30 dəfə artdı. Həmin ilin aprel ayının son həftəsi etibarı ilə Zoom gündəlik 200 milyon, Google Meet isə 100 milyon istifadəçi girişinə çata bildi.[5][6][7] Daha sonra isə Google Meet ödənişsiz hesablar üçün 60 dəqiqə məhdudiyyətini aradan qaldırdı.
Bir veb brauzer və ya Android və iOS tətbiqetmələri vasitəsilə görüşlərə qoşulma imkanı
Görüşlərdə bir kilik ilə Google Calendar və Google Contacts ilə inteqrasiya
Əgər sənəd, elektron cədvəl, prezentasiya və ya digər brauzer xidmətlərini təqdim etmək üçün ekran paylaşımı
ABŞ-da telefon nömrəsi istifadə edərək görüşlərdə zəng etmək imkanı
Görüş zamanı görüş təşkilatçısının görüşə qoşulmanı ləğv etmə və ya istifadəçini uzaqlaşdırma imkanı[9]
Google Meet video, audio və məlumatların kodlaşdırılması üçün xüsusi protokollardan istifadə edir. birlikdə, Google, Google Meet və SIP / H.323 əsaslı konfrans avadanlığı və proqramı arasında qarşılıqlı əlaqəni təmin etmək üçün Pexip şirkəti ilə əməkdaşlıq edir.[10]
Google Workspace hesablarından istifadə edən istifadəçilər aşağıdakı xüsusiyyətlərdən yararlana bilir:
Google Workspace Starter istifadəçilərinin təşkil etdiyi hər görüş üçün 100, Google Workspace Business istifadəçiləri üçün 150 və Google Workspace Enterprise istifadəçiləri üçün isə 250 iştirakçı iştirak etmə haqqı[11][12][13]
Seçilmiş ölkələrdən telefon nömrəsi ilə görüşlərə dəvət etmək imkanı
Google Workspace Enterprise üzvlüyünə qoşulmuş istifadəçilər üçün Google kodlaşdırılmış telefon nömrələri
Real vaxtlı danışıq tanıma ilə reallaşan alt-yazı (CC)
Arxa plan bulanıqlaşdırma
2020-ci ilin mart ayında Google müvəqqəti olaraq Google Workspace və G Suite for Education[14] üzvlüyünə daxil olan hər kəs üçün Enterprise üzvlüyünə təqdim edilən daha genişləndirilmiş xüsusiyyətləri əl çatan etdi.
Google 2020-ci ilin mart ayında proqramı personal (ödənişsiz) gmail hesablarının da istifadəsinə verdi.[15]
Free Meet görüşləri üçün sadəcə 1 host (onlayn görüşün sahibi) və ümumi 100 iştirakçı nəzərdə tutulsa da, bu, Google Workspace[9][16] istifadəçiləri üçün 250, Hangouts üçün isə 25-dir.[17] Meet ilə edilən iş görüşlərindən fərqli olaraq, istehlakçı zəngləri qeyd olunmur və saxlanmır. Həmçinin Google, Meetdəki istehlakçı məlumatlarının reklam hədəflənməsi üçün istifadə etməyəcəyini bildirir.[18] Çağrı məlumatlarının reklam məqsədi ilə istifadə edilmədiyi, Meet-in məxfilik siyasətinin təhlilinə əsasən istifadə edildiyi bildirilsə də, Google görüş müddəti, görüşdə kimin iştirak etdiyi və iştirakçıların IP ünvanları barədə məlumat toplamaq hüququnu özündə saxlayır.[19]
Onlayn görüşə başlamaq üçün Google account-a ehtiyac vardır.[20][21] Google Workspace istifadəçiləri daxil olmaqla bütün Google hesabına malik şəxslər onlayn görüş başlada və onlayn görüşə qoşula bilər.[22][23]
2021-ci ilin mart ayından sonra ödənişsiz görüşlərin 60 dəqiqəlik məhdudiyyətinin yenidən bərpa olunacağı açıqlansa da, yeni qərar ilə bu müddətin 30 iyunadək davam edəcəyi məlum olub.[21][24]
2020-ci ilin may ayında, Asus, konfrans otağı parametrlərində Google Meet ilə istifadə üçün nəzərdə tutulmuş "Meet Compute System" mini PC-ni və xüsusi kamera və mikrofona malik video konfrans avadanlığını təqdim etdi.[25]
2020-ci ilin sentyabrında Lenova ilə tərəfdaşlıq edən Google, Meet Series One-ı Google Assistant-ı dəstəkləyən səs tənzimləmə, uzaqdan idarəetmə və ya toxunma ekranı ilə təqdim etdi. Meet Compute System Edge TPU, "Smart Camera", "Smart Audio Bar"-a malikdir.[26]