Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Internet Relay Chat və ya IRC (azərb. Retranslasiyalı İnternet Çat) – real rejimdə digər insanlar ilə şəbəkə vasitəsilə danışa bilinən retranslasiyalı sistem xidməti. Sistem 1988-ci ildə fin tələbə Yarko Oykarinen[1] tərəfindən (Jarkko Oikarinen) tərəfindən yaradılıb. Sistem qısa olaraq IRC adlandırılır.
IRC | |
Internet Relay Chat | |
---|---|
ƏS mərhələsi | Tətbiqi |
Ailə | TCP/IP |
Yaradılıb | 1988 il. |
Port/ID | 194/TCP, 6667/TCP |
Protokolun məqsədi | Çat-serverlərə giriş |
Spesifikasiya | RFC 1459, RFC 2810, RFC 2811, RFC 2812, RFC 2813 |
Əsas realizasiyalar (kliyentlər) | mIRC, irssi, KVIrc, X-Chat, WeeChat, Miranda IM, x3irc |
Əsas realizasiyalar (serverlər) | UnrealIRCd, ircnet-ircd, hybrid-ircd, Hyperion |
Yaradıcı | Yarko Oykarinen |
İnternet protokol dəsti |
---|
Tətbiq təbəqəsi |
Nəqliyyat təbəqəsi |
İnternet təbəqəsi |
Kanal təbəqəsi |
Dünyada IRC ilk dəfə olaraq Fars körfəzindəki müharibə (Səhrada tufan) zamanı populyarlıq qazanmağa başladı. Məhz o dövrdə, 1991-ci ildə müharibələrin getdiyi dövrdə dünyadan gələn bütün məlumatlar, xəbərlər bir yerdə yığılaraq on-line rejimdə IRC vasitəsilə retraanlasiya edilirdi.[2]
IRC serverinə qoşulduqda istifadəçi qarşısında kanallar çıxır. Əgər kanal operatorları və ya sahiblərinin icazəsi varsa ora istənilən istifadəçi daxil ola bilər (qoşula bilər). Kanal virtual otaq rolunu oynayır. Əgər hər-hansı limit yoxdursa bura Planetin istənilən yerindən adam qoşula bilər. Kanala yazılan bütün məktubları, otaqda olan bütün istifadəçilər görür. Hər kanal öz adına və bir qayda olaraq müəyyən mövzulu olur. Kanala daxil olduqdan sonra istifadəçi virtual otaqda bütün yazılanları görə və özü məktub yaza bilər. Kanalda müzakirə edilən mövzu adətən onun adından məlum olur (məsələn #Wikipedia-az kanalı).
Müxtəlif serverlər bir fəzada eyni adla və kanallarda birləşə (linkləşmək) bilirlər. Nəhəng dünya IRC serverləri öz heyətində yüzlərlə serverlər birləşdirilər. Bəzən IRC-şəbəkələr qəza olaraq bir neçə hissəyə bölünürlər ki, buna da netsplit[3] deyilir.
IRC həm qrup, həm də məxfi şəkildə söhbət imkanı yaradır. Qrup çatı apartmaq üçün IRC-də kanallar mövcuddur. Bura daxil olub, məxfi danışıqlar da aparmaq olur.
IRC-şəbəkənin operatorları server və şəbəkənin bütünlüklü işini idarə edirlər. Bir qayda olaraq IRC şəbəkələrdə operatorlar üçün şəbəkə və ya kanal səviyyəsində müəyyən məhdudiyyətlər qoyulur. Adətən bu cür limitlər şəbəkə etiketinə[4] söykənir və bəzən hətta IRCd səviyyəsində qorunur.
IRC elə bir virtual məkandır ki, burada dünyanın istənilən hissəsindən olan insanlar bir-biri ilə görüşə və söhbət edə bilərlər. İstifadəçi kimi siz, IRC-şəbəkənin serveri ilə birləşən, kiçik proqramı (mIRC[5], xChat[6], Kvirc[7] və sayrə) işə salırsınız. Bütün serverlər bir-biri ilə zəncirvari qoşulmuşdur və istifadəçidən istifadəçiyə IRC-şəbəkə vasitəsilə məlumat ötürürlər. Siz yüzlərlə IRC-şəbəkələrin, minlərlə IRC-kanalların (otaq) birində müzakirələrdə iştirak edə və ya təklikdə ailə və dostlarınızla dünyanın hər hansı hissəsində yerləşməsinə baxmayaraq danışa bilərsiniz. IRC-də siz öz maraq, fikir, problemlərinizə uyğun dəniz qədər insanlar tapacaqsınız.
IRC 1988-ci ilidə Jarko Oikarinen[1] tərəfindən Finlandiyanın "Oulu" Universitetində[8] yaradılmışdır. Jarko idarə etdiyi tolsun.oulu.fi-də BBS-in proqram təminatını genişləndirib, onun vasitəsilə UseNET-də real vaxtda müzakirələr aparmağı istəyirdi. İlk etdiyi iş dostları – Jirki Kuoppaloy və Jukkoq Pil tərəfindən yaradılmış proqram vasitəsilə – çat yaradılması oldu. O, yaratdığını ayrıca maşında yoxladı və Jakronun dediyiniə görə "IRC-nin ad günü məhz 1988-ci ilin Avqustunda oldu!" İlk IRC server tolsun.oulu.fi adlanırdı. IRC serverinin istifadəçi sayı çoxaldıqda Jarko Helsinski və Tampere Universitetlərindəki dostlarından serverdən istifadə etmələrini xahiş etdi. Digər Universitetlər də tezliklə qoşulmağa başladılar. Markku Jarvinen kliyentin modernizasiyasında kömək etdi. O anda Jarko anladı ki, BBS funksiyalarının bir çoxu onun proqramına sadəcə yerləşməyəcək. Jarko Denver və Oreqon Ştatının Universiteti ilə əlaqə saxladı. Onlara işlək IRC şəbəkəsi təqdim edildi (onlar proqramı Jarkonun dostlarından biri, Vidjay Subramaniamadan, ilk fin olmayan IRC istifadəçisindən əldə etmişdilər) və fin şəbəkəsi ilə birləşməsini xahiş etdilər. O vaxtdan IRC böyüdü və bütün Fin Milli Şəbəkəsi, Funet-i əhatə etməyə başladı. Sonradan Skandinaviya şəbəkəsinə – NordNET-ə birləşərək daha da inkişaf etməyə başkadı. Noyabr ayının 1988-ci ilində IRC, İnternet vasitəsilə yayılmağa başladı.
1990-cı ildə ircd (2.6) versiyasını yeniləmək üçün yeni şəbəkə yüklənildi. ChNET adlı şəbəkə (istifadəçisiz və təxminən 25 server) bir neçə ay mövcud oldu. Sonradan proqramçılar arasında olan ziddiyətlər üzündən şəbəkə dağıldı.
CTCP — xüsusi növ məlumatdır. Misal üçün CTCP məlumat bu cürdür: PRIVMSG target :\001command [arguments]\001 Target — bu məlumat göndərilən kanal və ya istifadəçidir. \001 — bu 0x01 bina simvoludur. Command — CTCP əmri, arguments — əmrlər arqumentidir.
Əsas əmrlər:
CTCP-sorğuya cavab bu formada gəlir: NOTICE target :\001command [arguments]\001
IRC protokolunu müəyyən edən əsas sənəd RFC 1459 — Internet Relay Chat Protocol götürülür. Sonradan standart əlavə bir neçə yeni sənəd də əlavə edilib: