Videotelefoniya, həmçinin videozəng — real vaxtlı kommunikasiya məqsədilə müxtəlif yerlərdə insanlar tərəfindən audio və video siqnalların ikitərəfli və ya çoxnöqtəli qəbulu və ötürülməsi.[1] Videotelefon eyni vaxtda video və audio əlaqə qura bilən videokamera və videodispleyli telefondur. Videokonfrans bu texnologiyanın fərdi şəxslər üçün deyil, qrup və ya təşkilati görüş üçün istifadəsini nəzərdə tutur.[2]Teleiştirak dedikdə yüksək keyfiyyətli videotelefoniya sistemi və ya görüş texnologiyası nəzərdə tutulur. Bu videodan kənarda robototexnikaya tətbiq edilir. Videokonfrans həm də vizual əməkdaşlıq adlanır və kollaborativ proqram təminatının bir növüdür.
Videokonfrans anlayışının inkişafı XIX əsrin sonlarında başlamışdır, lakin bu texnologiya yalnız 1930-cu illərdən etibarən ictimaiyyətə təqdim edilmişdir. Bu ilkin layihələr poçt şöbələrindəki kabinlərdə quraşdırılmış və müxtəlif dünya ekspozisiyalarında nümayiş etdirilmişdir. 1970-ci ildə AT&T ilk həqiqi videokonfrans sistemini işə salmışdır. Bununla hər kəs xidmətə abunə ola, evində və ya ofisində texnologiyaya sahib ola bilərdi. Videotelefoniya həmçinin, adi köhnə telefon xidməti (POTS) xətləri üzərindən bir neçə saniyədən bir vahidlər arasında hərəkətsiz şəkillər mübadiləsi aparan görüntü telefonlarını da əhatə edirdi və mahiyyətcə yavaş skan edən televiziya ilə eyni idi. 1990-cı illərin axırlarında qabaqcıl video kodeklər, daha güclü mikroprosessorlar və yüksək bant genişliyinə malik internet xidməti inkişaf etmişdir. Nəticədə videotelefonlar istifadəçilər arasında internetin mövcud olduğu istənilən yerində yüksək keyfiyyətli və ucuz rəngli xidmət göstərməyə başlamışdır.
Faydalı tətbiqlərə eşitmə və nitq qüsuru olan insanlar üçün jest dilinin ötürülməsi, distant təhsil, teletibb və mobillik problemlərinin aradan qaldırılması daxildir. Bu, görüşləri və konfransları asanlaşdırmaq üçün kommersiya və korporativ şəraitdə də istifadə olunur. Xəbər media təşkilatları mobil telefon şəbəkəsindən daha yüksək keyfiyyətli audio təmin etmək üçün "Skype" kimi masa üstü texnologiyalarından istifadə etməyə başlamışdılar. Beləliklə onlar video bağlantıları peşəkar avadanlıq göndərmədən və ya peşəkar studiyadan istifadə etmədən daha ucuza həyata keçirə bilirdilər. Daha populyar videotelefoniya texnologiyaları ənənəvi stasionar telefon şəbəkəsindən daha çox internetdən istifadə edir. Buna baxmayaraq, müasir telefon şəbəkələri rəqəmsal paket protokollarından istifadə edir və videotelefoniya proqramı adətən rəqəmsal radiotelefoniya şəbəkələri üzərindən smartfonlarda tətbiq olunur.
↑McGraw-Hill Concise Encyclopedia of Engineering. VideotelephonyArxivləşdirilib 2020-03-04 at the Wayback Machine, McGraw-Hill, 2002. Retrieved from the FreeDictionary.com website, January 9, 2010
Mulbach, Lothar; Bocker, Martin; Prussog, Angela. "Telepresence in Videocommunications: A Study on Stereoscopy and Individual Eye Contact". Human Factors. 37 (2). 1995: 290–305. doi:10.1518/001872095779064582. ISSN0018-7208. PMID7642183.
Miller, Hugh."Videophones: The Real Problem". Archived from the original on 2002-06-16. İstifadə tarixi: 2002-06-16., Department of Social Sciences, Nottingham Trent University, June 16, 2002. Discusses social issues related to videotelephony.
Fischer, K.; Ebel, H.; "Problems Of How To Position Users In Front Of The Videophone" in: 4th International Symposium on Human Factors in Telephony, Bad Wiessee, Germany, September 23–27, 1968, Information Gatekeepers Inc., pp. 269–282.
Hall, A.D. "Experiments with Picturephone Service" in: Bell Laboratories RECORD, 1964, Vol. 42, pp. 114–120.
Jaur, Francis. "Usage Domestiques du Visiophone", Technologies de l'Information et Société, 2, 1990, pp. 89–102. (French)
Schunack, Von Johannes; Maly, Rolf. Die Fernseh-SprechtechnikArxivləşdirilib 2020-11-11 at the Wayback Machine in: Fernseh A.G.: 10 Jahre, Berlin: Hausmitteilungen Aus Forshunsg Und Betrieb Der Fernseh Aktiengellschaft, July 1939, pp. 138–143. (PDF, German)
British Pathé news clip: Videophone 1970, a movie reel news clip on the assembly and demonstration of a prototype British General Post Office 'Viewphone' at Taplow, Buckinghamshire; (February 1, 1970; video, 1:16 seconds length)