Microsoft Teams

Microsoft Teams — işgüzar söhbətlər, iclaslar, qeydlər və əlavələrinizi birləşdirən bir platformadır. Microsoft tərəfindən Slacka rəqib olaraq dizayn edildi və 2016-cı ilin noyabrında rəsmi olaraq bəyan edildi.[2][3]

Microsoft Teams
Loqonun şəkli
Tipi onlayn xidmət[d]
İnkişaf etdirici Microsoft
Əməliyyat sistemi Microsoft Windows, Linux, macOS, İOS, Android
Yayımlanma tarixi noyabr 2016
Platforma Microsoft Windows
Sonuncu versiya
Sayt products.office.com/micr…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Microsoft Teams, komandalar, siniflər və ya qruplar üçün faylları bölüşmək, danışmaq və əməkdaşlıq etmək üçün bir platformadır. Mətn söhbəti ilə yanaşı, video zəng və ekran paylaşımı da etmək münkündür. Hal-hazırda Microsoft Teams-ın 44 milyondan çox istifadəçisi var.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Microsoft Teams Office 365-də komanda söhbətləri, zənglər, iclaslarxüsusi mesajlar üçün söhbət platformasıdır. Microsoft Teams genişlədilə bilən və özəlləşdirilə bilən olmağının yanında həmdə, qurumunuzun ən həssas iş birliklərini gizli qalmağını təşkil etməyə istiqamətlənmiş təhlükəsizlik xüsusiyyətlərini və standartları qarşılayır. Microsoft Teams-ə fiziki məhdudiyyətili adamlar üçün, xüsusi olaraq və ya komandalarda söhbət etməyi asanlaşdıran xüsusiyyətlər daxildir. Bir komanda içində çoxlu söhbət qrupları və ya kanalları yaradıla bilər. İstifadəçilərin üz-üzə görüşməya ehtiyac duymaları vəziyyətində tək bir tıxlama ilə digər kanal üzvlərinə birbaşa Skype səsli və ya görüntülü zəng etmək mümkündür.[4]

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Microsoft Teamsda bir komanda içində paylaşılan sənədlər, elektronik cədvəllər, təqdimatlar və bənzərləri, Microsoftun OneDrive bulud anbarında və yerli bir SharePoint mühitində saxlanılan bir kopyayla sinxron edilir və beləliklə hər komanda üzvünun hər zaman ən yeni versiyaya girişi olur. Bu paylaşılan sənədlərin birlikdə işləməsidə də mümkündür.[5]

Microsoft Teams proqramının sol gəzinmə çubuğunda Fəaliyyət, Söhbət, Komandalar, Mesajlar və Sənədlər üçün bölmələr olur. Slack kimi adının birbaşa göstərilməsi vəziyyətində diqqətini çəkən mesajın yanında istifadəçi qırmızı bir bayraq və ya nida işarəsi alır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://support.microsoft.com/en-us/office/what-s-new-in-microsoft-teams-d7092a6d-c896-424c-b362-a472d5f105de.
  2. "Arxivlənmiş surət". 2021-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  3. "Arxivlənmiş surət". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  4. "Arxivlənmiş surət". 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  5. "Arxivlənmiş surət". 2020-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]