Hüseyn Məmmədov (Qurbаn оğlu)

Hüseyn Məmmədov (15 may 1900, Dırnıs, Ordubad rayonu24 noyabr 1970, Bakı) — dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948).

Hüseyn Məmmədov
Hüseyn Qurban oğlu Məmmədov
bayraq
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri
bayraq2
may 1952 – aprel 1963
ƏvvəlkiCəbrayıl Məmmədov
SonrakıSəkinə Əliyeva
Şəxsi məlumatlar
Doğum tarixi 15 may 1900(1900-05-15)
Doğum yeri
Vəfat tarixi 24 noyabr 1970(1970-11-24) (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Döyüşlər

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni

Hüseyn Məmmədov gəncliyində Bakı neft mədənlərində fəhləlik etmişdir. Bakıda hərbi siyasi məktəbi bitirdikdən sonra 1925-ci ilədək orduda siyasi rəhbər işləmişdir.

Hüseyn Məmmədov 1920-ci ildə Kommunist Partiyasına üzv olmuş, 1930-cu ildən Qonaqkənd rayonu, 1934–1936-cı illərdə isə Masallı və Kürdəmir rayon MTS-lərində çalışmışdır. 1936–1938-ci illərdə Kürdəmir, sonra isə Qaryagin rayonu partiya komitəsinin katibi olmuşdur.

1938–1943-cü illərdə Azərbaycan SSR Xalq toxuculuq komissarının müavini olmuşdur. 1943–1951-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin katibi olmuşdur. 1951–1953-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 2-ci katibi, 1952–1963-cü illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur.

Hüseyn Məmmədov 1947-ci ildə Ağsu rayonu üzrə planların yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (1–6-cı çağırış) deputatı olmuş, dəfələrlə Azərbaycan KP MK üzvü seçilmişdir. 3 dəfə ""Lenin" ordeni", "Qırmızı Əmək Bayrağı", "Qırmızı Ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.

Dırnıs kənd məktəbi Hüseyn Məmmədovun adınadır.