Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi.
Həm ziyarət, həm ticarət... | |
---|---|
Janr | Dram |
Rejissor | Rasim Ocaqov |
Prodüser | Ağaəli Hüseynov |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda |
Hacı İsmayılov – Mustafa Nuriyyə Əhmədova – Nuriyyə Rasim Balayev – Davud Həsən Məmmədov – Əlimurad |
Operator | Rafiq Qəmbərov |
Bəstəkar | Emin Sabitoğlu |
Rəssam | Rafiq Nəsirov |
İstehsalçılar |
"Ocaq" Müstəqil Studiyası "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1995 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 81 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 1995 |
Əvvəlki film | Ad günü |
Texniki məlumatlar |
9 hissə 2313 metr 35 mm "Fuji" kinolenti |
Rəng | Rəngli |
Çəkiliş yeri |
Şəki Bakı İstanbul, Türkiyə |
IMDb | ID1266068 |
"Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir.
Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir.