Həmidiyyə qətliamları

Həmidiyyə qırğınları (erm. Համիդյան ջարդեր; Romanizasiyası: Hamidyan çarter[2]) və bəzi qeyri-türk mənbələrindəki adı ilə 1894-1896-cı illər erməni qırğınlarıBöyük Qırğınlar[3] 1890-cı illərin ortalarında Osmanlı imperiyası hökumətinin ölkədə yaşayan ermənilərə qarşı törətdiyi iddia edilən qırğınlardır. Qırğınlar nəticəsində ölənlərin sayının 100.000[4] ilə 300.000[5] arasında olduğu göstərilir və dövrün qəzetlərində verilmiş olan xəbərlərə görə, 50.000 uşağın yetim qaldığı bildirilir[6]. “The New York Timesın 1895-ci il sentyabr tarixli məqaləsində bu qırğın Erməni Holokostu kimi qeyd edilmişdir.[3] Digər tərəfdən isə, o dövrün Osmanlı mənbələri bunun əksinə olaraq bu qədər erməninin öldürülmədiyini, müsəlmanları kütləvi şəkildə qətlə yetirən erməni quldur dəstələrinə qarşı əməliyyat keçirildiyini və bu dəstələrin və üsyanların yatırıldığını iddia edir.[7][8]

Həmidiyyə qətliamları
William Sachtleben tərəfindən 1895-ci ilin noyabr ayında çəkilmiş və Ərzurumda öldürülən erməniləri əks etdirən fotoşəkil[1].
William Sachtleben tərəfindən 1895-ci ilin noyabr ayında çəkilmiş və Ərzurumda öldürülən erməniləri əks etdirən fotoşəkil[1].
Ümumi məlumatlar
Yeri Osmanlı imperiyası
Hücumun hədəfi Osmanlı ermənilərisüryanilər
Tarix
  • 1894-1896
Hücum metodu qətliamtalan
Törədən(lər) II Əbdülhəmid rejimi, Osmanlı ordusukürd silahlıları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Həmin dövrə məxsus olan bir siyasi fransız karikaturasında Əbdülhəmid “erməni qəssabı” kimi təsvir edilmişdir.

Qırğınlar Osmanlı imperiyasının dağılan imperiya regionlarını mühafizə etmək üçün Ümmətçiliyi dövlət ideologiyasına çevirən II Əbdülhəmiddən[9][10][11] sonra adlandırılmışdır.[12][13]Hücumların əsas diqqət mərkəzində erməni xalqı olsa da, bir çox başqa xristian xalqlarına qarşı da talanlar həyata keçirilirmişdir. Bunlardan biri olan Diyarbakır qırğını zamanı, Aysorlar hədəf alınmış və bu qırğın haqqındakı ən azı bir müasir mənbəyə görə 25.000 insan öldürülmüşdür.

1894-cü ildə Osmanlı İmperiyasının daxili regionlarında başlayan qırğınlar sonrakı illərdə daha geniş ərazilərə yayılmışdır. Qətllərin çoxu 1894-1896-cı illər arasında baş verimiş və beynəlxalq ictimaiyyətin Əbdülhəmidə təzyiqlərinin artması nəticəsində 1897-ci ildə sona çatmağa başlamışdır.[14] Əbdülhəmid hökuməti 1890-cı illərdə başlayan erməni millətçiliyiniseparatçı hərəkatını yatızdırmaq üçün qırğınlarda kürd yaraqlılarından aktiv surətdə istifadə etmiş, lakin erməni yaraqlıları və mülki əhali arasında fərq qoyulmamışdır.[14]

Həmidiyyə qətliamlarına diqqətin cəlb edilməsi və dünya ictimaiyyətinə reaksiya olaraq, Avropalıların idarə etdiyi Osmanlı Bankına Ermənistan İnqilabi Federasiyası tərəfindən basqın həyata keçirilmişdir.[15] Bu, hər nə qədər qırğınların Konstantinopola yayılmasının qarşısını almağa müvəffəq olmasa da, Avropa dövlətlərinin diqqətini cəlb etməyi bacarmışdır.[16] Qırğınların baş verdiyi zaman teleqrafdan istifadə edilməsi o dövrün Qərbi Avropa və Şimali Amerika mətbuatında hadisələrin geniş şəkildə eşidilməsinə və xəbər verilməsinə şərait yaratmışdır[17].

Ölənlərin sayı

[redaktə | mənbəni redaktə et]
Ərzurumda törədilən qırğınlar nəticəsində kütləvi məzarlıqlara basdırılmış olan ermənilər

Ölənlərin dəqiq sayını müəyyən etmək hər nə qədər mümkün olmasa da, tarixçilər bu rəqəmi 80-300 min arasında hesablamışdırlar.[5]

Alman keşişi olan İohannes Lepsi əldə etmiş olduğu məlumatlar və özünün şəxsi hesablamaları əsasında 88.243 erməninin öldürüldüyünü, 546.000 nəfərin mühacirətə getməyə məcbur olduğunu, 2.493 kəndin dağıdıldığını, bu kəndlərdən 456-sının əhalisinə zorla İslamın qəbul etdirildiyi, 649 kilsənin bağlandığını və bu kilsələrdən 328 kilsənin məscidə çevrildiyini bildirmişdir.[18] Bundan əlavə, Lepsi daha 100.000 erməninin aclıq və xəstəliklər nəticəsində öldüyünü hesablamış və beləliklə də ölənlərin sayının 200.000 nəfər təşkil etdiyini bildirmişdir.[19]

Britaniya səfiri 1895-ci ilin sonlarına qədər təxmini olaraq 100.000 insanın öldürüldüyünü bildirmişdir.[20] Türkoloq və Almaniya Xarici İşlər Nazirliyinin diplomatı olmuş olan Ernst Cek isə qətliamlar zamanı 200.000 erməninin öldürüldüyünü, 50.000-nin sürgün edildiyini və 1 milyonunun isə talana məruz qaldığını iddia etmişdir.[20][21] Fransız diplomatı və tarixçisi olmuş olan Pyer Renuvinin rəhbərlik etmiş olduğu dövrdəki sənədlərə əsasən 250 min erməni öldürülmüşdür.[20][22]

Osmanlı imperiyasının və Türkiyənin səlahiyyətli nümayəndələri isə bu sayda ölüm faktının olmadığını, müsəlmanlara qarşı hücumlar həyata keçirən və qırğınlar törədən quldur dəstələrinə qarşı hərbi əməliyyatların həyata keçirildiyini və üsyanların yatırıldığını iddia edirlər.[7][8]

  1. "The Graphic" (ingilis). December 7, 1895. səh. 35. İstifadə tarixi: 2018-02-05 – The British Newspaper Archive vasitəsilə.
  2. erm. Համիդյան ջարդեր, türk. Hamidiye Katliamı, fr. Massacres hamidiens)
  3. 1 2 Historical Dictionary of Armenia, 2nd ed. Lanham, Maryland: Scarecrow Press. 2010. 154.
  4. "Dictionary of Genocide, By Paul R. Bartrop, Samuel Totten, 2007, p. 23". 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  5. 1 2 Akçam, Taner (2006) A Shameful Act: The Armenian Genocide and the Question of Turkish Responsibility p. 42, Metropolitan Books, New York ISBN 978-0-8050-7932-6 Sitat səhvi: Xətalı <ref> etiketi; "Akcam" adı bir neçə dəfə müxtəlif məzmunla verilib
  6. "Fifty Thousand Orphans made So by the Turkish Massacres of Armenians", The New York Times, December 18, 1896, February 18, 2014 tarixində arxivləşdirilib, İstifadə tarixi: March 31, 2024, The number of Armenian children under twelve years of age made orphans by the massacres of 1895 is estimated by the missionaries at 50.000.
  7. 1 2 Osmanlı Belgelerinde Ermeni İsyanları (1895-1896) -II (PDF), Başbakanlık Devlet Arşivleri Müdürlüğü, 2008, 9 noyabr 2022 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 14 noyabr 2022
  8. Türk dünyası araştırmaları (Türkçe). Türk Dünyası Araştırmaları Vakfı. 2005. ...II. Abdülhamit'in tam bir halife sıfatı ile ümmetçiliği gaye edinmiş olması...
  9. Afyoncu, Erhan. "II. Abdülhamid'in devleti ayakta tutma siyaseti". Sabah (Türkçe). 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020. ... devletlere karşı da İslâmcılık siyasetini bir tehdit unsuru olarak öne çıkarmıştır...
  10. Akçam, 2006. səh. 44
  11. "Hamidian massacres | Ottoman and Armenian history". Encyclopedia Britannica (İngilizce). 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020. They are generally called the Hamidian massacres—after the Ottoman Sultan Abdülhamid II, during whose reign they were carried out—to distinguish them from the later Armenian Genocide, which began in 1915.
  12. Angold, Michael, O'Mahony, Anthony (redaktor), Cambridge History of Christianity, 5. Eastern Christianity, Cambridge University Press, 2006, səh. 512, ISBN 978-0-521-81113-2.
  13. 1 2 Cleveland, William L. A History of the Modern Middle East. Westview. 2000. səh. 119. ISBN 0-8133-3489-6.
  14. Hovannisian. "The Armenian Question in the Ottoman Empire," pp. 224–26.
  15. Balakian. The Burning Tigris, pp. 35, 115.
  16. Deringil, Selim; Adjemian, Boris; Nichanian, Mikaël. "Mass Violence in the Late Ottoman Empire: A Discussion: An Interview with Selim Deringil". Études arméniennes contemporaines (11). 2018: 95–104. doi:10.4000/eac.1803. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-31.
  17. Hovannisian. "The Armenian Question in the Ottoman Empire," p. 224.
  18. Forsythe, David P. (ed.). Encyclopedia of human rights. Oxford: Oxford University Press. 2009. ISBN 0195334027. ([[:Category:|link]])[[Category:]]
  19. 1 2 3 Dadrian. The History of the Armenian Genocide, p. 155.
  20. Jäckh, Ernst. Der Aufsteugende Halbmond, 6th ed. (Berlin, 1916), p. 139.  (alm.)
  21. P. Renouvin, E. Preclin, G. Hardy, L'Epoque contemporaine. La paix armee et la Grande Guerre. 2nd ed. Paris, 1947, p. 176.