Həsən Kardanov

Həsən Kardanov (tam adı: Həsən Yakuboviç Kardanov, rus. Хасан Якубович Карданов; 23 fevral 1923, Çeqem, Kabardino-Balkariya Muxtar Vilayəti[d]20 yanvar 2019, Nalçik) — Kabarda əsilli SSRİRusiya bəstəkarı, RSFSR xalq artisti, İkinci Dünya müharibəsi iştirakçısı.

Həsən Kardanov
rus. Хасан Карданов
Ümumi məlumatlar
Doğum tarixi 23 fevral 1923(1923-02-23)
Doğum yeri
Vəfat tarixi 20 yanvar 2019(2019-01-20) (95 yaşında)
Vəfat yeri
Milliyyəti Kabardalı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1954–1990
Təhsili
  • Sankt-Peterburq Dövlət Konservatoriyası[d]
Mükafatları "Şərəf nişanı" ordeni
"RSFSR xalq artisti" fəxri adı — 1990RSFSR əməkdar incəsənət xadimi

Həsən Yakuboviç Kardanov 23 fevral 1923-cü ildə SSRİ-nin RSFSR-nın KBMV-nın Birinci Çeqem kəndində (indiki Çeqem şəhəri) anadan olmuşdur. Məktəbdə təhsil alarkən Kardanovda musiqiyə maraq yaranmışdır. O, xalq musiqi alətləri orkestrında iştirak etmiş, müxtəlif xalq musiqi alətlərini ifa etməyi öyrənmişdir.[1] 1937-ci ildə atasının ölümündən sonra Nalçik şəhərindəki bir internatda təhsil almağa başlamışdır.[2]

1942-ci ildə cəbhəyə getmişdir. O, Mius cəbhəsində pulemyot-minomyot heyətinin komandiri olmuşdur. 18 fevral 1943-cü ildə ağır yaralanan Kardanov sağaldıqdan sonra Ukrayna cəbhəsində vuruşan Konstantinov adına əlahiddə tank əleyhinə qırıcı artilleriya alayına göndərilmiş, orada «RP-12» hərbi radiostansiyanın radio kəşfiyyatı üzrə zabit olmuşdur. O, alayın bir üzvü olaraq Qafqazda, Ukraynada, Belarusda, Polşada və Çexoslovakiyada vuruşmuşdur. Kardanov 1943-cü ildə keçirilən Tehran konfransında təhlükəsizlik xidmətinin bir üzvü olmuşdur. Müharibə sona çatdıqdan sonra o Çeqem Rayon Hərbi Komissariatında çalışmışdır.[3]

Kardanov 1949–1954-cü illərdə Leninqrad Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil almışdır. 1954–1957-ci illərdə Nalçik şəhərində yerləşən Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikasının xalq incəsənət evində çalışmışdır. 1967–1971-ci illərdə Kabarda-Balkariya radiosunun xorunun incəsənət üzrə rejissoru olmuşdur.[4] 1962–1968-ci illərdə Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikası Bəstəkarlar İttiaqının sədri, daha sonra isə konsultantı olmuşdur.[5]

Kardanov qırx illik yaradıcılıq fəaliyyətində müxtəlif janrlarda 400-dən çox əsərin müəllifi olmuşdur. O, Kabarda-Balkariya Respublikasının Dövlət Himninin bəstəkarıdır.[6]

Mükafat və titullar

[redaktə | mənbəni redaktə et]
  • «Mədinə» operası (M. Balov ilə, Nalçik, 1970)
  • «Batır ayının oğlu» musiqili komediyası (1971)
  • «Polumulla» operettası (1975)

Solist, xor və orkestr üçün

[redaktə | mənbəni redaktə et]
  • Kantatalar: «Aydın dostluq» (sözləri: M. Alhasov, 1956), «Xoşbəxt diyar» (sözləri: M. Əhmədova, 1957), «Bayram kantatası» (sözləri: M. Qettuyev, 1969).
  • Oratoriyalar: «Ölməz Lenin» (sözləri: M. Txamokova, 1969), «Oktyabr işığı» (sözləri: X. Xavpaçeva, 1977).
  • Rekviyemlər: «Atalar oyanın» (sözləri: M. Txamokova, 1969).
  • Balladalar: «Xatırla, əsgər» (1971), «İtkin düşmüş» (1971).
  • Xor və orkestr üçün: «Marux aşırımının qəhrəmanlarının balladası» (1964).
  • Orkestr üçün «Doğma yurda» (1954), «Kənddə axşam» (1959), «Balkar mövzuları üzrə fantaziya» (1958), «Üç rəqs» (1958).
  • Rapsodiyalar: I (1960), II (1964), III (1970), IV (1972).
  • Poemalar: «Xoşbəxtlik vadisi» (1961), «Pioner» (1963), «Mənim Kabarda-Balkariyam» (1967), «Mənim yurdum» (1971).
  • Süitalar:: I (1964), II (1977).
  • Üverturalar: «Gənclik» (1968), «Bayram» (1971), «Ciqitlər» rəqsi (1972), «Fantaziya» (1973), «Leztinka konserti» (1973).
  • Sur və simfonik orkestr: «Konsert» (1977).
  • Simli kvartet: I (1964), II (1976).
  • Pianino üçün: «Uşaqların albomu» (1973).
  • «Хасан Карданов. Талант души» (2006).
  1. "Карданов, Хасан Якубович - Песни : Для пения (соло, анс., хор) с сопровожд. фп. и без с". search.rsl.ru. Российская государственная библиотека. 3 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  2. "Хасан Карданов". musictime.ru. Music Time. 11 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  3. 1 2 3 4 "Патриарх кабардинской музыкальной культуры" (PDF). Кабардино-Балкарская Правда. 22 fevral 2008. 2016-09-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 yanvar 2019.
  4. "Классику национальной музыки Хасану Карданову – 95 лет". admnalchik.ru. Официальный сайт городского округа Нальчил, КБР, 23/02/2018. 23 fevral 2018. 2018-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  5. "Хасан Якубович Карданов". biografija.ru. Биографии. 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  6. "Хасан Карданов". records.su. Каталог советских пластинок. 2017-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  7. RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 29 iyul 1982-ci il tarixli fərmanı.