Çeqem rayonu

Çeqem rayonu (kab.-çərk. Шэджэм район / Шэджэм куей, qaraç.-balk. Чегем район[3]) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Çeqem şəhəridir.

Çeqem rayonu
Bayraq
Bayraq

43°34′ şm. e. 43°35′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Çeqem
Tarixi və coğrafiyası
Yaradılıb 28 yanvar 1935
Sahəsi
  • 1.503,32 km²
Hündürlük
4.617 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 78.266 nəf. (2024)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86630
Rəsmi sayt
Çeqem rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çeqem rayonu Kabarda-Balkariya Respublikasının mərkəzi hissəsində yerləşir. Çeqem çayının sahili boyunca cənub-qərbdən şimal-şərqə qədər uzanır. Rayonun ərazisi dəniz səviyyəsindən 500 ilə 4617 m yüksəklikləri arasındadır. Respublika dağətəyi və dağlıq bölgələrdən ibarətdir. Rayonun sahəsi 1503.32 km²-dir. Rayon aşağıdakı ərazilərlə həmsərhəddir: qərbdə Elbrus rayonu, şimalda Baksan rayonu, şərqdə UrvanÇerek rayonları, cənubda Gürcüstan. Qərbdən, şimaldan və qismən şərqdən yarım halqa şəklində Nalçik şəhər dairəsini əhatə edir.

Rayonun ən böyük və əhəmiyyətli çayları: Çeqem və Şaluşkadır. Çeqem çayının qollarından birində Çeqem şəlalələri yerləşir.

Çeqem rayonu Kabarda-Balkariya Regional İcra Komitəsi Rəyasət Heyətinin 28 yanvar 1935-ci il 92 nömrəli qərarına əsasən təşkil edilmişdir. Balkar rayonundan Yuxarı Çeqem, Aşağı Çeqem, Aktoprak və Yanikoy kənd sovetlikləri ayrılaraq yeni rayon təşkil edilir.

20 aprel 1937-ci ildə Yuxarı Çeqen Kənd Sovetliyindən Bulunquy ayrılır.

1944-cü ildə Balkarların Orta Asiyaya sürgün edilməsi ilə rayonun cənub hissələri Gürcüstan SSR-ə verildi. Elə həmin il bir sıra yaşayış məntəqələri Nalçik rayonundan Çeqem rayonu ərazisinə birləşdirilir. 1957-ci ildə əvvəllər alınmış torpaqlar Gürcüstan SSR-dən ayrılaraq Kabarda-Balkariya MSSR-a qaytarılır.

1962-ci ilin dekabrından 1965-ci ilin yanvar ayına qədər Urvan rayonunun tərkibində olan Germençik və Nartan kənd sovetlikləri istisna olmaqla, bütün yaşayış məntəqələri Baksan rayonunun tərkibində daxil edilir. 1965-ci ilin yanvar ayında Germençik kənd sovetliyi istisna olmaqla, Çeqem rayonu 1961-ci il sərhədləri daxilində bərpa edildi.

Urbanizasiya

Şəhər şəraitində (Çeqem ş.) rayon əhalisinin 26.41 % yaşayır.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[4]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
kabardinlər 50 452 73,02 %
balkarlar 13 529 19,58 %
ruslar 3 014 4,36 %
digərləri 1 871 2,71 %
milliyyətini bildirməyənlər 226 0,33 %
ümumi 69 092 100,0 %
Cins tərkibi

2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[5]:

Yaş Kişilər,
nəf.
Qadınlar,
yaş.
Ümumi
say.
ümumi əhaliyə
olan nisbət, %
0 — 14 yaş 7 253 6 616 13 869 20,07 %
15 — 59 yaş 23 960 23 368 47 328 68,50 %
60 yaşdan yuxarı 3 095 4 800 7 895 11,43 %
ümumi 34 308 34 784 69 092 100,0 %

Kişilər — 34 308 nəf. (49,7 %). Qadınlar — 34 784 nəf. (50,3 %)[6].

Əhalinin orta yaşı — 33,8 yaş. Kişilərin orta yaşı — 32,3 yaş. Qadınların orta yaşı — 35,2 yaş.

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  3. Официальный сайт Чегемского муниципального района Кабардино-Балкарской Республики. Нормативно-правовые акты местной администрации Arxivləşdirilib 2015-08-10 at the Wayback Machine См. официальные наименования муниципального образования на языках народов КБР в официальных документах местной администрации
  4. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
  5. "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
  6. "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-09.