Həsən mahalı — Şamaxı xanlığının mahallarından biri. Göyçay çayı ilə Girdiman çayı arasında yerləşirdi. Mahala Diallı, Yuxarı İsmayıllı, Gülyan, Müskürlü, Vəlibinə, Kirki və s. kəndlər daxil olmuşdur. Mahalın əhalisi, əsasən əkinçilik və sənətkarlıqla məşğul olurdu. Kirki kəndinin əhalisi, əsasən misgərlik, boyaqçılıq, dəmirçilik və başmaqçılıq kimi sənətkarlıq sahələri ilə məşğul idilər. Bu kənddə yaşayan 25 ailə Qarabağdan gəlmə idi. Bu kənd Mustafa xanın həyat yoldaşı Kiçkinə xanıma məxsus olmuşdur.[1]
Mahal | |
Həsən mahalı | |
---|---|
Ölkə | Şirvan xanlığı |
Daxildir |
Şirvan bəylərbəyliyi Şirvan xanlığı |
|