Half-Life 2: Deathmatch — Valve tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan multipleyerli videooyun. Deathmatch 30 noyabr 2004-cü ildə buraxılıb. "Half-Life 2" oyununun multipleyer versiyasıdır.
Half-Life 2: Deathmatch | |
---|---|
| |
Hazırlayan | Valve |
Yayımlayanlar | Valve |
Seriya | Half-Life |
Buraxılış tarixi |
|
Versiya | 1.0.0.16 |
Janrlar | Birinci-şəxs atıcı |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows |
Mühərriklər | Source |
Oyun rejimləri | Multipleyer |
İnterfeysin dili | ingilis dili[1] |
Daşıyıcı | rəqəmsal distribusiya |
İdarəetmə | Klaviatura və maus |
Oyun rəqəmsal distributer olan Steam sistemi vasitəsilə yayımlanır və bir neçə kolleksiya qutularına daxildir. Deathmatch həmçinin The Orange Box yığımında da var. Müəyyən dövrlərdə xüsusi promo-aksiyalar keçirilirdi ki, bunun sayəsində ATI, sonradan isə nVidia istifadəçiləri oyunu pulsuz əldə edirdilər.
Deathmatch rejimi Quake, Doom və ya Unreal Tournament daxil olmaqla bu tip müxtəlif oyunlara xas özündə çoxlu xüsusiyyətlər birləşdirir. Bu xüsusiyyətlər arasında ən əsaslarına daxildir: ani respawn, silahda konkret nöqtəlik, fəzada sürətlə hərəkət və xüsusi ləvazimatlar (sprint, fənər və bu kimi başqa alətlər).
Deathmatch-da hədəf sadədir: oyunçu digər oyunçuları öldürməli və bununla da maksimum xal qazanmalıdır. Bu zaman oyunçu özü-özünü təsadüfən öldürdükdə xal itirir. Əgər oyunçu döyüş zamanı ölsə o, yüz fiazli can və standart silah ilə qayıdacaq. deathmatch rejimi üçün ən məşhur kartlardan biri "killbox" adlanır. Burada oyunçular maksimal kiçik otağa salınır və bir-birilərini çox tez zaman ərzində öldürməlidirlər. Bundan sonra yaxınlıqda yerləşən silah və təchizatı göütrməyi çatdırmalıdırlar. Bu xəritədə hər şey əl altında olduğu halda digər xəritələrdə təchizatlar çətin yerlərdə gizlədilmiş halda olur.
Team deathmatch rejimində (qısaltmada: TDM) oyunçular iki komandaya bölünürlər. Rebels (Müqavimət) и Combine (Alyans). Hər iki komandadakı adamlar Half-Life 2 personajlarına tam xas olan qəhrəmanlardır. В игровых аспектах в TDM-də oyun aspektləri deathmatch rejimində olduğu kimi qaydalar var. Aşağıda bəzi çıxarışlar qeyd olunur: