Half-Life 2: Lost Coast

Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur.

Half-Life 2: Lost Coast
Mərhələnin loqosu
Mərhələnin loqosu
Hazırlayan Valve
Yayımlayan Steam
Seriya Half-Life
Buraxılış tarixi
  • BEY: 27 oktyabr 2005
Janrlar Birinci-şəxs atıcı, Tex-demo
Texniki məlumat
Platformalar Microsoft Windows
Mühərriklər Source
Oyun rejimləri Birnəfərli oyun
İnterfeysin dili ingilis dili[1], fransız dili[1], alman dili[1], italyan dili[1], ispan dili[1], rus dili[1], sadələşdirilmiş Çin dili[d][1], ənənəvi Çin dili[d][1], koreya dili[1]
Daşıyıcı rəqəmsal distribusiya
İdarəetmə Klaviaturamaus

İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.

Yaradılma forması

[redaktə | mənbəni redaktə et]

Lost Coast ilkin olaraq Half-Life 2-də "Highway 17" ("Şose 17") adlı hissənin bir hissəsi olmalı idi. Burada qəhrəman hedkrablarla dolu raket artilleriyasının yerini dəqiqləşdirməli və onu məhv etməli idi. Ancaq oyunun buraxılma tarixinə az qaldığı üçün bu mərhələ final veriyadan kəsilmişdir. Oyun çıxdıqdan sonra mərhələni Source mühərrikinin bütün imkanlarını nümayiş etdirmək üçün ayrıca oyun kimi buraxılmağa qərara alındı. Özündə müxtəlif tekstur və tağları birləşdirən, qədim şərq memarlıq üslubu ilə Valve dizaynerləri tərəfindən hazırlanılan monastır HDR-effektlərinin nümayisi üçün ideal qurulmuşdu. Müəlliflər monastır fonunda insan memarlığı ilə gəlmələrin tikililəri arasında xüsusi kontrastı qeyd etməyə nail olublar.

High dynamic range rendering

[redaktə | mənbəni redaktə et]

Yüksək ölçü üçün detallı model və teksturdan əlavə Lost Coast-da ilk dəfə olaraq HDR texnologiyaları nümayiş etdirilmiş və Source mühərrikinin tam gücü göstərilmişdir. Bu yenilik ilk olaraq Day of Defeat: Source videooyununda praktikada göstərilsədə məhz Loast Coast-da tam gücü ilə nümayiş etdirilmişdir. HDR gözün işığa olan təbii uyğunlaşmasını emulasiya edir. Məsələn, qaranlıq otaqda işıqlı küçəyə çıxdıqda ətraf ilkin olaraq həddindən artıq işıqlı görsənir və yalnız bir neçə saniyə sonra normaya düşür; və əksinə qaranlıq otağa girdikdə əvvəl heç nə görünmür və yalnız sonra qəhrəman nəyisə seçə bilməyə başlayır. Bundan əlavə HDR "bloom" effektindən istifadə edir. Bunun sayəsində obyektin qıraqları işığın mənbəyini bir az bağlayaraq yaxılır.

Audio şərhlər sistemi

[redaktə | mənbəni redaktə et]

Vizual yeniliklərdən əlavə Lost Coast ilk dəfə olaraq şərhlər sistemini tətbiq edib. Şərhlər kiçik dialoq buludur formasında bir növ komikslərdən olan şərhləri xatırladır. Onlara vurduqda hazırkı vəziyyət haqda audio fayl oxumağa başlayır. Bəzi şərhlər müəyyən video effektlər edə bilər. Məsələn audio faylın oxunduğu zaman ekran iki hissəyə bölünə və ya kamera xüsusi küncdən görünüşə keçə bilər. Sonradan bu yenilik digər oyunlara da əlavə edildi.

  1. 1 2 3 4 5 6 7 8 9 Steam. 2003.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]