Hermofroditizm(Yunan tanrısı Hermofroditin adı ilə q.yun. Ἑρμαφρόδιτος, Hermaphroditos; lat. Hermaphroditus) — bədəndə kişi və qadın cinsi xüsusiyyətlərinin və reproduktiv orqanlarının eyni vaxtda və ya ardıcıl olmasıdır[1][2][3].
Müxtəlif növ heyvanlara və bitkilərə xas olan təbii hermafroditizm (birevli) və ayrı cinsiyyətli heyvanların anormal (patoloji) hermafroditizmi fərqlənir.
Hermafroditizm təbiətdə - həm bitki aləmində, həm də heyvanlar arasında olduqca geniş yayılmışdır. Yüksək bitkilərin əksəriyyəti hermafroditlərdir; heyvanlarda hermafroditizm əsasən onurğasızlar arasında yayılmışdır - bir sıra bağırsaqboşluqlular, yastı qurdların böyük əksəriyyəti, bəzi həlqəvi qurdlar və yumru qurdlar, molyusklar, xərçəngkimilər (xüsusən bığayaqlı xərçəng növlərinin çoxunda) və həşəratlar (koksidlər).
Onurğalılar arasında bir çox balıq növü hermafroditdir və hermafroditizm ən çox mərcan qayalarında yaşayan balıqlarda özünü göstərir.
Təbii hermafroditizm ilə fərd həm erkək, həm də dişi qamet istehsal edə bilir. Eyni zamanda, hər iki qamet tipinin (funksional hermafroditizm) və ya yalnız bir qamet tipinin (afunksional hermafroditizm) mayalanma qabiliyyətinə malik olması mümkündür.
Hermafroditizm cinsi çoxalma növlərindən biridir: hermafrodit orqanizmlər cinsi proses zamanı birləşərək zigota əmələ gətirən kişi və qadın qametləri istehsal edir. Cinsi çoxalmanın əsas təkamül üstünlüyü, çarpaz mayalanma (ekzoqamiya) zamanı ana fərdlərin genetik materialının rekombinasiyasıdır. Təkamül prosesində, əksər növlər özünü mayalandırmaya (avtoqamiya) maneə törətmək üçün müxtəlif hermafroditizm formaları inkişaf etdirmişlər, lakin bir çox yosunlarda, göbələklərdə və çiçəkli bitkilərdə və heyvanlar aləmində- helmintlər (parazitar qurdlar) arasında özünü mayalanma geniş yayılmışdır.
Zoologiyada hermafroditizmin iki növü vardır :
Sinxron hermafroditizmdə (bərabər zamanlı hermafroditizm[4]) fərd eyni zamanda həm kişi, həm də dişi qamet istehsal edə bilir.
Bitki aləmində bu vəziyyət bir çox göbələk növlərində, yosun və çiçəkli bitkilərdə (öz-özünə tozlanma) rast gəlinən özünü mayalandırmaya gətirib çıxarır.
Heyvanlar aləmində, sinxron hermafroditizm ilə özünü mayalandırma helmintlərdə, hidralarda və mollyuskalarda, eləcə də bəzi balıqlarda (Rivulus marmoratus) baş verir. Ancaq əksər hallarda cinsi orqanların quruluşu ilə avtoqamiyanın qarşısı alınır. Belə ki, ya fərdin öz spermatozoidlərini qadın cinsiyyət orqanına ötürməsi fiziki olaraq qeyri-mümkündür (mollyusklar, xüsusən (lat. Aplysialar), kirpikli qurdlarlar), ya da öz fərqli qametlərini canlı bir zigota birləşdirməyi qeyri -mümkündür (bəzi asisidlər).
Buna görə, ekzoqam sinxron hermafroditizmlə iki növ cinsi davranış müşahidə olunur:
Bərabər zamanlı hermafroditizmin əksinə , bəzi canlıların doğulduqlarında sahib olduqları cinsiyyət, həyatlarının müəyyən bir nöqtəsində dəyişir. Bu hadisəyə " ardıcıl hermafroditizm " deyilir. Ardıcıl hermafroditizm , erkəkdən dişiyə ( protandriya ) və ya dişidən erkəyə ( protoginiya) çevrilmə şəklində ola bilər və normal bir anatomik müddətdir. Bu yolla cinsiyyət dəyişdirən balıqların yalnız xarici görünüşləri deyil , çoxalma orqanları və funksiyaları da dəyişir. Bəzən də iki istiqamətli cinsiyyət dəyişməsi müşahidə edilir ki, bu vəziyyətdə canlı həm erkək, həm də dişi çoxalma orqanlarına sahib olduğu halda ömrünün fərqli mərhələlərinə bağlı olaraq dişi və ya erkək xüsusiyyətləri sərgiləyə bilər.
Ardıcıl hermafrodit canlılara nümunələr: erkək olaraq doğulan və sonradan dişiyə çevrilən ( protandrik ) növlər :Kloun (Anemon) balıqları , Coeloplana gonoctena , bəzi soxulcanlar ( Hymanella retenuova və Paravortex cardii ) və bir kəpənək növü ( Papilio polyxenes ) bu qrupa girər.
Ardıcıl hermafrodit olan balıq növlərinin təxminən 75%-i protoginikdir.
Yüksək onurğalılar və insanlar da daxil olmaqla heyvanlar aləminin bütün qruplarında müşahidə olunur. İnsanlarda hermafroditizm, genetik və ya hormonal səviyyələrdə cinsi təyinat patologiyasıdır.
Hermofroditizmin aşağıdakı növləri var:
Əsl hermofriditizmə nadir hallarda rast gəlinir. Bu zaman cinsi vəzlərdə toxum və yumurtalıqlarda yumurta olur. Daxili cinsiyyət üzvləri və ikinci cinsiyyət əlamətlərində kişi və qadın tipli əlamətlər üstünlük təşkil edir.
Yalançı hermofroditizm (psevdohemofroditizm) zamanı xarici cinsiyyət üzvlərinin quruluşu cinsiyyət vəzlərinin xarakterinə uyğun gəlmir. Yalançı qadın hermofroditizmdə daxili cinsiyyət üzvləri düzgün quruluşa malik olur. Bu zaman yumurtalıqlar, uşaqlıq boruları və uşaqlıq yolu öz normal yerində olur. Xarici cinsiyyət orqanları isə quruluşuna görə kişi tipli olur. Bu zaman aşağıdakılar müşahidə edilir: