Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti — siyasət, dilçilik, diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsait, kitab.[1] Kitabın I cildi 2013-cü ildə, II cildi 2014-cü ildə, III cildi 2018-ci ildə, IV cildi isə 2020-ci ildə "Elm və təhsil" nəşriyyatında çap olunmuşdur.
Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti | |
---|---|
azərb. Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti | |
Müəllif | Nağdəli Zamanov |
Janr | Siyasi |
Orijinalın dili | Azərbaycan dili |
Orijinalın nəşr ili | 2013, 2014, 2018, 2020 |
Seriya |
Siyasi Dilçilik |
Nəşriyyat | "Elm və təhsil" |
Nəşr |
2013 (I cild) 2014 (II cild) 2018 (III cild) 2020 (IV cild) |
Səhifə |
480 (I cild) 496 (II cild) 520 (III cild) 544 (IV cild) |
Növ | kitab |
Tiraj |
500+500 (I cild) 1000 (II cild) 1000 (III cild) 500 (IV cild) |
ISBN | ISBN 978-9952-8384-2-8 |
Kitabın müəllifi Azərbaycan Tibb Universitetinin dosenti, tibb elimləri üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Tapdıq oğlu Zamanovdur. Kitabın birinci və ikinci cildinin elmi redaktoru Nəsimi adına Dilçilik İnistutunun direktor müavini, filologiya elmləri doktoru, professor Məsud Mahmudov, rəyçiləri isə filologiya elmləri doktorları Nadir Məmmədli və İlham Tahirovdur.[2] Üçüncü cildinin elmi redaktoru AMEA-nın akademiki Möhsün Nağısoylu, rəyçiləri isə filologiya elmləri doktorları Məsud Mahmudov, Nadir Məmmədli və fəlsəfə elmləri doktoru İlham Məmmədzadədir.
İkinci, üçüncü və dördüncü cildə akademik Nizami Cəfərov ön söz yazmışdır.
Kitabın I və II cildi 2016-cı ildə, III cildi 2018-ci ildə "Elm və təhsil" nəşriyyatı tərəfindən[3], 2020-ci ildə isə dördcildlik Azərbaycan Tibb Universiteti tərəfindən Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunmuşdur.[4]
Monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışları kompleks şəkildə araşdırılmışdır.
İlk dəfə olaraq Heydər Əliyevin nitqində məntiqi ardıcıllıq fəlsəfi nitqlər, poetik duyğular monoqrafiyada geniş əksini tapıb. Eləcə də Heydər Əliyevin nitqində üslublar geniş tədqiqat obyekti olub. Bir sıra nitq elementləri qətiyyət, səmimiyyət, nikbinlik, proqnozlar müəllif tərəfindən kompleks şəkildə öyrənilib[5].
Kitabın I cildi on dörd fəsildən ibarətdir. "Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində", "Heydər Əliyevin nitqində girişlər və sonluqlar", "Heydər Əliyevin nitqində fəlsəfi fikirlər", "Heydər Əliyevin nitqində poetik duyğular", "Heydər Əliyevin nitqində elmi üslub" və digər fəsillərdə müəllif Ulu Öndərin nitqinə müxtəlif aspektlərdən yanaşmışdır[6].
Bu cilddə Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışları kompleks şəkildə araşdırılmışdır. Heydər Əliyev nitqində girişlər və sonluqlar, fəlsəfilik, səmimiyyət, qətiyyət, nikbinlik, poetizm, proqnozlar kimi elementlər, eləcə də onun fərdi üslubu dərindən araşdırılmışdır.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi 14 iyun 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə və Qurtuluşumuzun 20 illiyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının təqdimat mərasimini keçirib[7]. Tədbiri giriş sözü ilə Aşıq Şəmşir Mədəniyyət ocağının sədr müavini Həbib Misirov açıb. Daha sonra professor Fəxrəddin Məmmədov, professor Fərhad Talıbov, dosent Yavər Vəliyev, şair Ələmdar Keştəkli, şair-publisist Eldar İsmayıl, Arif Məmmədli, Sərraf Balaxan, Füzuli Ramazanoğlu və başqaları kitab haqqında fikirlərini söyləyiblər. Sonda kitab müəllifi Nağdəli Zamanov öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb və qonaqlara minnətdarlığını bildirib.
Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" adlı monoqrafiyasının I cildi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna daxil olmuşdur. Fonda daxil olan kitabın MEK-in Heydər Əliyev irsinin təbliği şöbəsində təqdimatı keçirilmişdir. Təqdimat mərasimində şöbə müdiri Gülşən Əliyeva monoqrafiyanın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" monoqrafiyası böyük əhəmiyyət daşıyır. Ümumilikdə 14 fəsildən ibarət olan bu nəşrin hər fəslində ulu öndər Heydər Əliyev nitqinin özünəməxsusluğundan söhbət açılır. Hər birimizin stolüstü kitabı olacaq bu nəşrdən natiqlik sahəsində bir çox şeylər əxz edəcəyik[8]. Sonra şöbənin əməkdaşı Aytən Qəzənfərqızı filologiya elmləri doktoru, professor Məsud Mahmudovun elmi redaktorluğu ilə çap olunmuş monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin təşəkkül tapmasında və inkişafında ulu öndər Heydər Əliyevin nitq və çıxışlarının kompleks şəkildə araşdırıldığını bildirmişdir. Həmçinin kitabda Heydər Əliyevin nitqində girişlər və sonluqlar, fəlsəfilik, səmimiyyət, qətiyyət, nikbinlik, poetiklik, proqnozlar kimi elementlərin, eləcə də onun fərdi üslubunun dərindən tədqiq edildiyini deyən şöbənin əməkdaşı monoqrafiyanın siyasət, dilçilik, diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsait olduğunu vurğulamışdır[9].
Monoqrafiyanın II cildində Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin nitq və çıxışları kompleks şəkildə araşdırılmışdır. Heydər Əliyevin nitqində frazeologizmlər, ədatlar, neologizmlər, ritorik suallar, təkrarlar kimi elementlər, eləcə də əsas və köməkçi nitq hissələrinin üslubiyyat yaratması dərindən tədqiq olunmuşdur.
30 noyabr 2015-ci ildə Azərbaycan Tibb Universitetində iki cildlik "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının təqdimat mərasimi olub. ATU-nun professor-müəllim heyəti, rezidentləri və tələbələri ilə yanaşı dilçi alimlərin, ictimaiyyət nümayəndələrinin də qatıldığı tədbiri universitetin elmi işlər üzrə prorektoru, professor İbrahim İsayev açaraq Heydər Əliyev irsinin bütövlükdə öyrənilməsi və gənc nəslə çatdırılmasının əhəmiyyətindən danışıb.[10]
ATU-nun daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanovun gərgin əməyi nəticəsində ərsəyə gələn "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" monoqrafiyasında Ulu Öndərin natiqlik qabiliyyətinin müxtəlif aspektlərdən araşdırıldığını vurğulayan prorektor ictimai və sosial həyatımızın bütün sahələrinin formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildirib.
Hər bir xalqın əsrlər boyu öz dilini təkmilləşdirməyə səy göstərdiyini deyən ictimai fənlər kafedrasının professoru Fəxrəddin Məmmədov Azərbaycan türkcəsinin tarixinə nəzər salaraq bu istiqamətdə yazarlarımızın, siyasi xadimlərimizin fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, dosent Akif Miriyev Heydər Əliyevin nitqlərinin dilçilik mövqeyindən araşdırıldığı monoqrafiyanı diqqətlə oxuduğunu bildirərək qeyd edib ki, çox böyük zəhmət hesabına ərsəyə gələn 1000 səhifəyə yaxın bir tədqiqat əsərində H.Əliyevin nitqlərindən yetərincə istifadə edilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya elmləri doktoru Kamil Bəşirov "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" əsərinin təkcə Azərbaycan dilçiliyinə yox, bütövlükdə Heydər Əliyev irsinin öyrənilməsinə qiymətli bir töhfə olduğunu deyib.
Təqdimat mərasimində çıxış edən digər natiqlər də mövzu və kitabla bağlı fikirlərini açıqlayıblar.
Kitabın III cildi iki fəsildən, 25 yarımbaşlıqdan ibarətdir. Fəsillər "Heydər Əliyevin nitqində etika" və "Heydər Əliyevin nitqində estetika" adlanır. Bu cilddə Umümmilli lider Heydər Əliyevin çıxışlarında nitqin ekspressivliyini yüksəltməyə xidmət edən etik və estetik mətnlər Azərbaycan dilinin imkanları hesabına araşdırma mövzusu olmuşdur. Müasir etikanın müxtəlif növləri, eləcə də estetik kateqoriyalar, incəsənətin ayrı-ayrı formaları böyük natiqin dilində tədqiqata cəlb olunmuşdur.
7 dekabr 2018-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda keçirilmişdir.
Kitabın IV cildi yeddi fəsildən ibarətdir. Fəsillər "Heydər Əliyevin xarakteri frazeologizmlərdə", "Heydər Əliyevin nitqində frazeologizmlərin mətndə yeri", "Heydər Əliyevin nitqində frazeologizmlərin digər nitq vahidləri ilə birgə ekspressivlik yaratması", "Heydər Əliyevin nitqində frazeologizmlərin sinonimləşməsi", "Heydər Əliyevin nitqində müxtəlif üslublarda frazeologizmlər", "Heydər Əliyev nitqində feilin lüğəvi növləri əsasında frazeologizmlər" və "Heydər Əliyevin nitqində somatik frazeologizmlər" adlanır.
Monoqrafiyanın IV cildində əsasən Heydər Əliyevin çıxışlarında Azərbaycan xalqının milli ruhunu əks etdirən, nitqin ekspressivliyini yüksəltməyə xidmət edən frazeologizmlər tədqiqat mövzusu olmuşdur. Monoqrafiyada siyasi lider Heydər Əliyev dilində səslənən frazeologizmlər mətnlər əsasında araşdırma mövzusu olmuş, koqnitiv dilçiliyin müasir tələblərinə uyğun olaraq frazeologizmlər müxtəlif üslublarda və istiqamətlərdə tədqiqata cəlb edilmiş, eləcə də bu hissədə Heydər Əliyevin dilində səslənən frazeologizmlərin lüğəti verilmişdir.