Hindistan gerbi

Hindistanın rəsmi gerbidir. Gerbdə məşhur olan Hind şirləri təsvir edilmişdir. Rəsmi olaraq 26 yanvar 1950-ci ildə qəbul edilmişdir.

Hindistan gerbi
Detallar
Təsis edilib 26 yanvar 1950
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və təsviri

[redaktə | mənbəni redaktə et]

Sarnathdakı Aşoka sütununa yapışdırılan (taçlandırılan) "aslanlar paytaxtı (Aşokanın şir kapitalı"nın bir təsviridir.

Eramızdan əvvəl III əsrin ortalarında İmperator Aşoka, Budda Qautamanın ilk öncə dharma öyrətdiyi və böyük bir Buddist sanghasının qurulduğu yeri qeyd etmək üçün, kapitallı bir sütun qurdurdu. Bir-birinə yaxın duran dörd şir, kənarlığı olan bir abakusa quraşdırılmışdır.

Buddizmə rəğbət bəsləyən Cəvahirləl Nehrunun təkidi ilə, bu özəl heykəlin təsviri 26 yanvar 1950-ci ildə (Hindistanda respublikanın qurulduğu gün) Hindistanın dövlət gerbi elan edildi.

Gerbdə dəyirmi abakus üzərində dörd Hindistan şiri təsvir edilmişdir. Dördüncü aslan arxada yerləşir və buna görə də görünüşdən gizlənir. Emblem "cəsarətli, bədəni güclü, məsləhətlərdə ehtiyatlı və müxalifləri qorxudan" bir milləti simvollaşdırır. Abakus dörd heyvanla bəzədilib — dörd istiqamətin simvolları: Aslan — şimal, Fil — şərq, At — cənub və Buğa (öküz — qərb (görünüşdə yalnız At və Buğa (öküz) görünür). Abakus, həyat qaynağını simvolizə edən və tam çiçək açan bir lotusa (şanagül) güvənir.

Abakusun aşağısında Devanaqaridə yazılmış şüar yerləşir: सत्यमेव जयते (Satyameva Jayate, "Yalnız həqiqət qalib gəlir"). Bu, Mundaka Upanişaddan sitatdır.[1]

  1. "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.