Humay Qədimova

Humay Gülbala qızı Qədimova (26 aprel 1986, Bakı) — Azərbaycan musiqiçisi, görkəmli xanım tarzən, pedaqoq.

Humay Qədimova
Ümumi məlumatlar
Doğum tarixi (37 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, pedaqoq
Janrlar muğam, xalq musiqisi
Musiqi alətləri tar, ud, fortepiano
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Humay Qədimova 26 aprel 1986-cı il Bakı şəhərində anadan olmuşdur. 1994–2001-ci illərdə Nizami rayonu 272 saylı orta məktəbdə, 1997–2001-ci illərdə S. Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbində tar ixtisası üzrə təhsil almışdır.[1] Bu illərdə "Qönçə" müsabiqəsində iştirak etmiş və 2-ci yeri qazanmışdır. 2001–2005-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil almış, bu illərdə qızlardan ibarət muğam üçlüyü yaratmış və qısa zamanda bu üçlüklə bir çox dövlət və televiziya tədbirlərində iştirak etmişdir. Bununla bərabər təhsil aldığı illərdə respublika müsabiqəsinə hazırlaşmış və burada da 2-ci yerə layiq görülmüşdür.

2005–2009-cu illərdə Milli Konservatoriyada təhsil alaraq və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Bu illərdə artıq yaratdığı qızlardan ibarət muğam üçlüyü ilə bir çox ifaçılar ilə (Nəzakət Teymurova, Aygün Bayramova, Aygün Bəylər, Sevinc Sarıyeva, Almaz Orucova, Səkinə İsmayılova, Simarə İmanova, Tahirə Muradova, Aytən Məhərrəmova, Arzu Əliyeva) birgə çalışmış, əməkdaşlıq etmiş, dövlət tədbirlərində iştirak etmişdir.[1][2]

Onun 2008-ci ildəki ən uğurlu çıxışları arasında Türkiyə müğənnisi Tarkanla birgə Bakıda H. Əliyev Sarayında keçirilən konsertdə müşayiətini qeyd etmək olar.[2] 2009-cu ildə isə Sərdar Ortaç ilə birgə H. Əliyev adına Respublika Sarayında konsertdə iştirak etmişdir. Sonralar Türkiyənin Rafet El Roman, Kibariye kimi tanınmış ifaçıları ilə birgə layihələrdə iştirak etmişdir.[3][4]

2009-cu ildə "PERSONA" mükafatına layiq görülmüşür.

2010-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Humayın yuxusu" adlı ilk solo konsertini vermişdir. Konsertdə Alim Qasımov, "Nənələr" folklor qrupu Samir Cəfərov ilə birgə layihəsini təqdim etmişdir.[5]

Növbəti solo konserti 2011-ci ildə Türkiyənin İstanbul şəhərində "Tim Moslak Show Center" adlı konsert zalında baş tutmuşdur.[3]

2013-cü ildə Bakıda Beynəlxalq Muğam Mərkəzində "Oxu, tar" adlı 3-cü solo konsertini vermişdir.[6]

2015-ci ildə "Muğamın səsi" adlı Telelayihənin rəhbəri və aparıcısı olmuşdur.[7]

Xanım tarzən Azərbaycan musiqi sənətini dünyanın bir çox ölkələrində (Fransa, Almaniya, Rusiya, Ukrayna, İran, Türkiyə, Gürcüstan və b.) ləyaqətlə təmsil etmişdir.

Hal-hazırda Asəf Zeynallı adına musiqi texnikumunda pedaqoq kimi muğamı tədris edir. Tələbələri arasında respublika müsabiqələrinin qalibləri və laureatları var.[8]

Subaydır.

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Qrup:

  • "Humay Qızlar" qrupu

Albomlar:

  • "Humayın yuxusu", 2011

Kliplər:

  • "Hadi, hadi", 2010
  • "Nigaranam", 2011
  • "İstərəm səni", 2014
  • "Yumul, bənövşəm", 2018
  • "Nazəndə sevgilim", 2019
  • "Pink panther", 2019
  • "Blue Melody", 2020
  • "İntizar-ayrılıq", 2020
  • "Tarex", 2020
  • "Alagözlüm", 2020

Sinql:

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Humay Qədimova: "Hər yerdə xanım sənətçilərə böyük hörmət var"". anl.az. Həftə içi. 8 aprel 2009. səh. 7. İstifadə tarixi: 1 dekabr 2020.
  2. 1 2 "Gerçəyə dönən yuxu". Kaspi. 21 oktyabr 2010. səh. 12. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2020.
  3. 1 2 "Humay Qədimova: "Məqsədim tarı dünyaya tanıtmaqdır"". Ayna. 1 oktyabr 2011. səh. 21. İstifadə tarixi: 1 dekabr 2020.
  4. "Azərbaycanlı xanım tarzən: Mən də fəxri ad almaq istəyirəm - MÜSAHİBƏ". oxu.az. 11 yanvar 2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2020.
  5. ""Bu həyatı uşaq vaxtı yuxularımda görmüşəm" – Tar çalan qız". Kaspi. 25 aprel 2014. səh. 17. 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2020.
  6. "Humay Qədimova solo konsert keçirib". sia.az. Səs İnformasiya Agentliyi. 4 may 2013. İstifadə tarixi: 1 dekabr 2020.
  7. "Humay Qədimova "Muğamın səsi"ndə aparıcılıq edəcək". publika.az. 12 iyun 2015. İstifadə tarixi: 1 dekabr 2020.
  8. "Humay Qədimova: "Tardan imtina etməyə haqqım yoxdur"". apa.az. İstifadə tarixi: 1 dekabr 2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]