Hun incəsənəti

Hunlara aid olan at başı fibulası. V əsrin əvvəllərinə aiddir.

Hun incəsənəti — əslən Orta Asiyadan olan Hunların Avropada yaratmış olduğu bütün mədəniyyət nümunələri nəzərdə tutulur. Hun sənəti əsasən qazanlar, qablar və zinət əşyaları, boyunbağılar, fibula və bilərziklərdən ibarətdir. Bu motivlərdə tez-tez təsvir edilən heyvan fiqurları ilə birlikdə, ağaclara və həndəsi şablonlara da rast gəlinir. Hun incəsənəti german tayfalarının incəsənətinə və ümumilikdə Avropa incəsənətinə böyük təsir etmiş, orada yunan-roma incəsənət ənənəsinin sona çatmasında rol oynamışdır. Hun incəsənəti özüdə Asiyadakı sivilizasiyalardan bəhrələnmişdir.

Hunların maddi mədəniyyətini və incəsənətini öyrənə bilmək üçün iki qaynaq vardır: qədim əlyazmalar və arxeologiya. Lakin Hunlar köçəri həyat sürdükləri üçün onların incəsənəti və yaşamı barədə arxeoloji qaynaqlar az qalmışdır.[1] Buna baxmayaraq, 1945-ci ildən sonra Hunlara aid olan xeyli sayda arxeoloji material aşkar edilmişdir. Təkcə 2005-ci ildən Hunlara aid olduğu bəlli olan 200 maddi mədəniyyət nümunəsi üzə çıxarılmışdır. Bu nümunələr Hun məzarları olmuşdur ki, oradan tapılanlar da Hunlara aid edilmişdir.[2] Bəzi arxeoloji nümunələrin dəqiq olaraq Hunlara aid olub-olmamasını müəyyənləşdirmək çətindir, çünki Hunlarla Sarmatlar çox yaxın ərazilərdə yaşamaqla birlikdə həyat təzləri də bir-birinə çox bənzəmişdir. Buna görə də, bəzi tapıntıların Sarmatlara və ya Hunlara aid olması sual doğurur. Tarixçi Hyun Jin Kim buna görə də, nəyin etnik olaraq Hunlara aid olub-olmamasını müəyyən etməyin çox çətin olduğunu bildirir.[3] Avropadakı Hunların onlara tabe olan german qəbilələri ilə qarşılıqlı əlaqələrinin olması faktı bunu daha da çətinləşdirir.[2] Eyni zamanda Hunlar barədə yazılmış Roma qaynaqları da çox tərəflidir və onların primitiv yaşamalarını vurğulamaqla kifayətlənir.[4][5]

Tarixi[redaktə | mənbəni redaktə et]

Saka-Hun incəsənətinin erkən nümunələri Balxaş gölünün yaxınlığında yerləşən Qanaddaşda tapılmışdır. Balxaş gölü Avropa hunlarının vətəni olan indiki Qazaxıstanın şərqində yerləşməkdədir. Buradan tapılmış nümunələrə bənzərləri Macarıstan və Ukraynadan da tapılmışdır. Bu əşyalar həm də ona görə önəmlidir ki, hunların qərbə doğru köçünü əksr etdirməkdədir.[6]

Hun sənəti hunların alman xalqları arasında təqdim etdiyi boyunbağı və bilərzik kimi qazan, qab və zərgərlik formalarında ifadə olunurdu. Hun sənətinin tipik xüsusiyyətlərinə qızıl, qranat və qranulyasiyadan istifadə daxildir.[6] Hun qadınlarının məzarlarında xeyli sayda qızıl diademlər tapılmışdır.[7]

Hun incəsənət nümunələrinin motivləri sırasına həndəsi fiqurlar, ağaçlar, at, maral, quş kimi heyvanlar daxildir[6]. Milli Macarıstan Muzeyində narlarla bəzədilmiş cır-cıramalı qızıl fibulanın gözəl nümunəsi ilə birlikdə, gümüşdən hazırlanmış başqa belə əşyalar var, digərləri isə hələ də tamamilə qızıldan hazırlanır.[6]

Hun at tələləri təsviri.

Hunlar Avropada uzun müddət siyası hakimiyyətə sahib olduqlarına görə oranın digər xalqları ilə əlaqədə olmuşdurlar. Bunlara misal olaraq vesqotları və gepidləri göstərmək mümkündür. Nəticədə hunlara məxsus olan bürünc güzgülər bütün Avropa boyunca yayılmışdır.[8][9] Burqundiyalılarfranklar da hun incəsənətini imitasiya etməyə başlamış və hunların ali təbəqəsi kimi geyinməyə başlamışdır. Xüsusən hun silahlarının alemanlar və digər german xalqları üzərində xüsusi təsiri olmuşdur. Beləliklə, hunların Orta Asiyadan gətirdiyi incəsənətin orta əsrlər germanik incəsənətinə böyük təsiri oluşdur. Musset iddia edir ki, ilk öncə hun, daha sonra isə germanik işğalları Avropa incəsənətində yeni dönəm açmış, onda oriental təsirlər hiss edilmiş, yunan-roma modelinin yerini hun modeli almışdır.[9]

Qazanlar[redaktə | mənbəni redaktə et]

Qazanlar hunların varlığının arxeoloji göstəricisidir.[10] Onlar Xionqnu (hunların Çin qaynaqlarında keçən adları və ya Orta Asiya Hunları) qazanlarının gəlmiş olduğu son qazanlardır. Təkcə Xiongnu qazanları və Hunların qazanları praktiki olaraq eyni deyil, həm də oxşar yerlərdə (məsələn, çayların sahillərində) tapılmışdır ki, bu da ritualların davamlılığını sübut edir.[11] Baxmayaraq ki, bəzi tarixçilər Xionqnu və yeni hun qazanları arasında bəzi fərqlər mövcuddur, ən azından arxeoloji tapıntılar sübut edir ki, hunların bir hissəsi Altay dağlarının ətəklərində uzun müddət yaşamış, daha sonra qərbə köç etmişdir. Bu haqda məlumat Vey Şu əsərində də V əsrdə bəzi Xionqnuların hələ də bu bölgədə yaşaması barədə məlumat verilmişdir.[12]

Hunların at tələləri dəsti

Hunlar və ya Xionqnular bu qazanlardan yemək bişirmək üçün və ya ritual yerinə yetirmək üçün icra etmişdirlər. Hun qazanları zəng formasındadır, əsasən kvadrat formada tutacaqları və göbələk kimi bəzəkləri var. İddia edilmişdir ki, bu qazanlar son hun incəsənətinin erkən xüsusiyyətləri olmaqdan çox Avropadan yenidən Sincana gətirilmişdir.[13]

Arxeoloji tapıntılar içində qazanlar xüsusi yer tutur. 1896-cı ildə Paul Reynecke müəyyənləşdirmişdir ki, bu qazanlar Hunlar tərəfindən hazırlanmışdır.[14] Çox zaman bu qazanların "bürünc qazanlar" deyə tərif edilməsinə baxmayaraq, tez-tez misdən də belə qazanlar hazırlanmışdır və əsasən keyfiyyət baxımından pis olmuşdurlar.[15] Maenchen-Helfen ümumilikdə Mərkəzi Asiyadan, Qərbi SibirdənŞərqi Avropadan tapılan 19 qazan müəyyənləşdirmişdir.[16] O, tunc tökmələrin vəziyyətindən əsas götürür ki, hunlar o qədər də yaxşı metal ustası olmayıblar və çox güman ki, qazanlar tapıldıqları yerlərdə tökülüblər.[17] Tapılan qazanlar əsasən müxtəlif formada olurlar.[18] Maenchen-Helfen iddia edir ki, bu qazanlaran ət qaynatmaq üçün istifadə edilmidir,[19] lakin bir çoxunun suyun yaxınlığında tapılması və ümumiyyətlə fərdlərlə birlikdə basdırılmaması sakral istifadəni də göstərə bilər.[20] Qazanların Xiongnu tərəfindən istifadə edilənlərdən qaynaqlandığı görünür.[21][22]

Hun qazanları şərqdən qərbə doğru hun köçünü izləmək üçün istifadə edilir. Belə numünələrdən ən qərbdə tapılanı AlmaniyaFransadan, ən şərqdən tapılanları isə Qızıl-Adırdam, Lipnyaqovadan, Sincandan tapılmışdır. Urumçi qazanı Soka və Verxniy Konetsdəki düzbucaqlı qulplu nümunələrə bənzəyən, yan tərəflərdəki tipik Hun üçbucaqlı motivləri ilə xarakterizə edilir. Bununla belə, onun ən yaxşı analoqları əyri tutacaqlı nümunələrdir (Don bölgəsində, Aşağı Dunay bölgəsində rast gəlinir), habelə Karpatiya hövzəsində kloizona bənzər hücrələr işlənən halqalara da rast gəlmək mümkündür. Onun alternativləri düzbucaqlı və üçbucaqlı hücrələri halqadan aşağıda olanlardır. Hun incəsənət nümunələrinin bir digər xüsusiyyəti tutacaqları göbələyə bənzər bəzəkləri olan nümunələrdir. Həm düzbucaq tutacaqlı, həm də dairəvi tutacaqlı qazanlara bənzərliyi ilə birlikdə Urumçi qazanı bu iki tip arasında axıcılığın olduğunu da göstərməkdədir. Bu qazan Urumçinin Nanşan bölgəsindən tapılmışdır. Qızıl-Adır qazanı isə misdən düzəldilmiş və Sarmat və Hun dövrləri arasındakı göbələyə bənzər tutacaqlı nümunələr arasında keçid mərhələni təmsil etməkdədir.[23][24]

Qabları göbələyə bənzər fiqurlarla bəzəmək xüsusən rituallar üçün istifadə edilirdi və Şan sülaləsi dövründən etibarən Çin incəsənətinin xarakterik xüsusiyyətlərindən biri idi.[25] Hun qazanlarının bir digər xüsusiyyəti də "kəfgir" motiflərindən istifadə idi. Asma qotazları və ya haşiyələri təqlid edən bu motivlərin əksər tarixçilər toxuculuqdan və ya bəlkə də dəri işlərindən əldə edildiyini düşünürlər. Belə kulonlar Çinin bürünc qablarında da görünür.[23] Daha spesifik olaraq onlar Çinin neolitik dövrünə uyğun hesab edilir və Zoltan Takats bildirir ki, bu nümunələr birbaşa elə oradan götürülmüşdür.[26] İştvan Bonaya görə, Hun qazanları Çin və İç Asiyanın bürünc dövrü incəsənət nümunələrinin birbaşa təmsilçisidir. Beləliklə, İştvan Hun qazan işləmə sənətinin birbaşa Çindən alındığını iddia etməkdədir, lakin bəzi alimlər bunu qəbul etmirlər.[23] Onlar hesab edirlər ki, Hun incəsənəti Sarmat və Skit incəsənətinin davamıdır.[23] Bonanın iddiası Macarıstan tədqiqatı tərəfindən dəstəklənir və bu, bu məsələdə ən mötəbər hesab olunur. Hun qazanlarına ən yaxşı bənzətmələr açıq iş ayağı olan Monqol və Şimali Çin qazanlarıdır.[23]

Şərqi Han sülaləsinə aid Hun qazanı.

Göbələyə bənzər incəsənət nümunələri Hun dövrünün son mərhələsinə aid edilir. Bu dövrdə Hunlar və ya digər adları ilə Xionqnular Avropaya doğru hərəkət etməyə başlamışdılar. Aşağı Amudəryada, Eftalitlər ölkəsində iki "aydın Hun" keramika nümunəsi ilə birlikdə göbələk təsviri olan Hun qazanının tunc parçası tapılmışdır ki, bu da Çin mənbələrinin onların torpaqlarının Hun (yəni Xiongnu) olduğunu iddia etdiyini təsdiqləyir.[27]

Hun incəsənət nümunələrinin intehsal edilməsini araşdıran bir neçə qısa məqalədən başqa bu sahəni ətraflı tədqiq edən yoxdur. Bona inanır ki, qazanlar bir neçə hissəyə tökülürdü, daha sonra qazana pərçimlənmiş ayaqla birlikdə lehimlənirdi. O, həmçinin bu iş prinsipində də Çin təsirinin olduğunu bildirmişdir. Qazanlar tez-tez qəsdən zədələnir və ya parçalanırdı, Bóna bunu Çin və Daxili Asiya adətləri ilə əlaqələndirirdi.[23]

Yenisey regionundakı mağara rəsmlərində dini rutuallarda qazanlardan istifadə edilməsi əks etdirilmişdir. Bu petroqliflərin tarixlərini müəyyənləşdirmək çox çətindir, amma rəsmlərdəki qazanların Hun qazanları olması iddia edilir. Rəsmdə göstərilən ritualın dəfn mərasimi olmağı istisna edilmir. Takats Çin qaynaqlarına istinad edərək bildirir ki, rəsmlərdəki mərasimlər qanlı heyvan qurbanı mərasimidir.[23]

Turul və ya Toğrul[redaktə | mənbəni redaktə et]

Qalxanında Toğrul quşu olan Atillanın macar Piktum xronikasında edilmiş təsviri. XIV əsrə aiddir.

IV və V əsrlərə aid bir çox maddi mədəniyyət nümunələrində vəhşi quşların, məsələn qartalın, şahinin, qarğanın rəsmləri olan Hun məzarları tapılmışdır. Verner bunların qartal başları olduğunu bildirərkən, Otto J. Maenchen-Helfen onları "dimdik başları" adlandırmağı daha üstün tutur. O, bununla bildirək istəyir ki, bu quş başları hər hansısa bir quşun rəmzi ola bilər, mütləq qartal başı olmaya da bilər.[28] Bundan əlavə, Turul və ya Toğrul quşu yırtıcı quş olmaqla birlikdə, tez-tez Atilla[29] və ya bütün Hunlarla əlaqələndirilməkdədir, çünki bir çox əfsanələrdə onun Hunların simvolu olduğu bildirilməkdədir. Macar xronikalarında Toğrul macar kralları olan ARpad sülaləsinin əcdadı hesab edilməkdədir. Kezalı Simona görə, Attillanın bayrağında Toğrul simvolu olmuşdur. TürkUqorlar inanırdılar ki, qartal-tanrı kainatın yaradıcısıdır, amma bu inancın Hunlarda olub-olmaması bəlli deyil.[28]

Toğrul quşunun Hun incəsənətində dini motif hesab edilməsi də mümkündür. Hər bir halda, Maenchen-Helfen bunun onların ən yüksək tanrısının təsviri ola biləcəyini istisna edir, çünki bunların göründüyü Hun əşyaları arasında at dişləri var və Helfənə görə baş tanrının təsvirinin bu qədər təvazökar bir yerə qoyulması mümkün deyil.[29] Bir digər tərəfdən, atlar Hunların həyatında xüsusi yerə malikdirlər. Maenchen-Helfen həmçinin qeyd etmişdir ki, "dimdik başları"n istifadəsi Hunlardan əvvəl Skitlər arasında yayılmışdı və Çindən Balkanlara qədər bir sıra mədəniyyətlərdə buynuz kimi bəzi əşyaların künclərini "dimdik başları"na çevirmək ənənəsi var idi.[28]

Maenchen-Helfen, "dimdik başları"nın və ya "dimdik başlıqları"nın və maskaların Atilla və ya onun varisləri dövründə yeganə təsviri motivlər olması faktını belə bir dövrdə Hun sənətinin yoxsullaşmasının əlaməti hesab edir.[28]

Qılınc istehsalı[redaktə | mənbəni redaktə et]

Roma müəlliflərindən olan Ammianus həmçinin bildirir ki, Hunlar dəmir qılınclardan da istifadə etmişdirlər. Tomsonun onları Hunların özlərinin hazırlanmasına şübhə ilə yanaşmasına baxmayaraq,[30] Maenchen-Helfen bildirir ki, "Hun atlılarının mübadilə edilmiş və ələ keçirilmiş qılınclarla Konstantinopol divarlarına [İstanbul] və Marnaya qədər döyüşdükləri fikri absurddur.[31]

Bəzək əşyaları[redaktə | mənbəni redaktə et]

Həm qədim əlyazmalar, həm də arxeoloji tapıntılar sübut edir ki, Hunlar nəfis qızıl və ya qızıl suyuna salınmış diademlər istehsal etməyi bacarmışdırlar.[32] Maenchen-Helfen ümumilikdə Hunlara aid olduğu bilinnə 6 diademin siyahısını verməkdədir.[33] Hun qadınları, görünür, müxtəlif materiallardan, əsasən, xaricdən gətirilən muncuqlardan boyunbağı və bilərziklər taxıblar.[34] Zərgərlik məmulatlarının və silahların qiymətli daşlarla bəzədilməsi ilə bağlı daha sonra yayılmış erkən orta əsr təcrübəsinin Hunlardan qaynaqlandığı düşünülür.[35] Eyni zamanda Hunlar Çindəkinə bənzər şəkildə kiçik güzgülər də istehsal etmişdirlər. Bu güzgülərə Hun məzarlarında tez-tez rast gəlinir. Onlar məzarlarda qəstən sındırılmış halda yerləşdirilmişdirlər.[36]

Arxeoloji tapıntılar göstərir ki, hunlar paltarlarına bəzək kimi qızıl lövhələr, habelə xaricdən gətirilən şüşə muncuqlar taxırdılar.[37] Ammianus xəbər verir ki, onlar kətandan və ya marmot xəzindən tikilmiş paltarlar və keçi dərisindən geyimlər geyinirdilər.[38]

Ammianus bildirir ki, Hunların binaları olmamışdır,[39] lakin onların hərəkəti barədə qeydlərində Hunların çadır və vaqona bənzər obyektlərə sahib olduğunu yazır.[31] Maenchen-Helfen hesab edir ki, hunların "keçə və qoyun dərisindən çadırları" var idi:[40]

Priskus bir dəfə Attilanın çadırı barədə yazır və jordanes məruzə edir ki, Atilla ipək çadırda oturur. Hər bir halda, V əsrin ortasından etibarən Hunlar daimi odundan hazırlanmış evlərə sahib idilə.

Maenchen-Helfen bu evlərin Gotik üslubda tikildiyini bildirir.[41]

Hunlar və Azərbaycan[redaktə | mənbəni redaktə et]

Hunların yaşadıqları yerlərdən biri də müasir Azərbaycan ərazisinin də yerləşdiyi Qafqaz bölgəsi idi.[42] Azərbaycanda aşkarlanmış bəzi arxeoloji abidələrdə müşahidə edilən dəfn adətlərinin bəziləri ənənəvi Hun dəfn adətlərinə bənzəməkdədir.[43] Tarixçi Süleyman Əliyarlı erkən orta əsrlərdə müasir Azərbaycan ərazisində yaşamış hunlara misal olaraq bolqarları, buntürkləri və masaha hunlarını göstərməkdədir. O, Moisey Kalankatlının kitabında Hon adının çəkilməsini bildirir və digər tarixçilərdən fərqli olaraq Hunları Xəzərlərlə eyniləşdirməyib ayrı siyasi qurum olduqlarını iddia edir.[44] Hətta bir zamanlar Dərbənd şəhərinə hun qapısı da deyilmişdir. Elə V əsrdə buradan hücum edən Hunlar Qafqaza daxil olmuş və xeyli irəliləmişdirlər.[45] Azərbaycanın Şəmkir rayonunun Hacıvəlilər nakropolundan tapılmış diskşəkilli tapıntının at bəzəyi olması ehtimal edilir. Bu əşyanın ən yaxın analoqu şimal-şərqi Qafqazın IV-V əsrlərə - hun dövrünə aid kurqanlardan birində aşkar edilmişdir.[46] Cənubi Azərbaycan ərazisində yerləşən Larican kurqanlarından 1 nömrəli kurqanda (Culfa şəhərindən 30 km şimalda yerləşir) at cəsədinin bütövlükdə qoyun və keçi kimi müxtəlif qurbanlıq heyvanlarla birlikdə şərq-qərb istiqamətində basdırıldığı görünür. Qəbirin bir küncündə atın basdırılması xüsusilə skiflərə və hunlara xas ənənə olub və ümumiyyətlə bütün kurqanlarda bu qaydaya əməl olunmuşdur.[47][48]

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Thompson, 1996. səh. 6-7
  2. 1 2 Heather, 2005. səh. 330-331
  3. Kim, 2013. səh. 166-167
  4. Man, 2005. səh. 79
  5. Maenchen-Helfen, 2022. səh. 9-17
  6. 1 2 3 4 Dahm və Rava, 2022
  7. Illyés, 1988. səh. 148
  8. "The Gepids during and after the Hun Period". mek.oszk.hu. 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2023.
  9. 1 2 Kim, 2013. səh. 154, 271
  10. Kim, 2013. səh. 28
  11. Johnson, 2015. səh. 145
  12. Hughes, 2019
  13. Maas, 2015. səh. 187
  14. Maenchen-Helfen, 2022. səh. 306
  15. Maenchen-Helfen, 2022. səh. 321-322
  16. Maenchen-Helfen, 2022. səh. 307-318
  17. Maenchen-Helfen, 2022. səh. 320
  18. Maenchen-Helfen, 2022. səh. 323
  19. Maenchen-Helfen, 2022. səh. 326
  20. Maenchen-Helfen, 2022. səh. 327-330
  21. Kim, 2013. səh. 166-6
  22. Maenchen-Helfen, 2022. səh. 337
  23. 1 2 3 4 5 6 7 Masek, 2017
  24. Mei, 2002. səh. 187
  25. "The Huns' cauldrons". samorini.it. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2023.
  26. Maenchen-Helfen, 2022. səh. 333
  27. Eurasian Studies Yearbook, 1995. səh. 21, 52
  28. 1 2 3 4 Maenchen-Helfen, 2022. səh. 461
  29. 1 2 Arnold, 2018. səh. 382
  30. Thompson, 1996. səh. 59
  31. 1 2 Maenchen-Helfen, 2022. səh. 12
  32. Maenchen-Helfen, 2022. səh. 297
  33. Maenchen-Helfen, 2022. səh. 299-307
  34. Maenchen-Helfen, 2022. səh. 357
  35. Kim, 2013. səh. 170
  36. Maenchen-Helfen, 2022. səh. 352-354
  37. Maenchen-Helfen, 2022. səh. 354-356
  38. Thompson, 1996. səh. 47
  39. Maenchen-Helfen, 2022. səh. 178
  40. Maenchen-Helfen, 2022. səh. 179
  41. Maenchen-Helfen, 2022. səh. 179-180
  42. Hüseynli, 2018. səh. 46
  43. Xəlilov, 2011. səh. 12
  44. Əliyarlı, 2009. səh. 176, 186
  45. Hacıyev, 2009. səh. 34, 36
  46. Müseyibli və Axundova, 2007. səh. 98-99
  47. Hejeberi, 2007. səh. 4
  48. Ghouchi, 2019. səh. 84

Mənbə[redaktə | mənbəni redaktə et]