Huun-Huur-Tu

«Huun-Huur-Tu» (tıva Хүн Хүртү, translit. Khün Khürtü; rus. Хуун-Хуур-Ту; çin. sadə. 恒哈图, pinyin: Hénghātú; azərb. Xün Xürtü‎) — ənənəvi musiqi ifa edən Tıva musiqi qrupu.

Huun-Huur-Tu
tıva Хүн Хүртү
azərb. Xün Xürtü
Çıxış edərkən (Tümen, 28 oktyabr 2012)
Çıxış edərkən (Tümen, 28 oktyabr 2012)
Əsas məlumatlar
Üslub
Fəaliyyət illəri 1992–h.h.
Ölkə  Rusiya
Şəhər Kızıl
Digər adı «Kunggurtug»
Dil Tıva dili, rus dili
Heyət
Keçmiş üzvlər
Əlaqəli layihələr
Əməkdaşlıq
www.huunhuurtu.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musiqi qrupunun ən fərqləndirici xüsusiyyəti Tıva qırtlaq musiqisindən (xoomey) istifadə etməsidir. Musiqi qrupu adətən iqil, demir-xomus (Tıva ağız qopuzu), doşpuluur, tunqur (şaman bubeni) kimi ənənəvi Tıva musiqi alətlərindən istifadə edir.[2] Buna baxmayaraq, qrup son illərdə gitara kimi qərb musiqi alətlərindən daha çox istifadə etməyə başlamışdır. "Huun-Huur-Tu" qrupunun əsas üslubu folk olsa da, bəzən müasir qərb musiqi alətlərindən, eləcə də elektronik musiqidən istifadə edirlər.[3]

Qrup 1992-ci ildə eyniadlı çayın şərəfinə «Kunggurtug» (tıva Куңгуртуг, [ˈkuŋ.ɡur.tuk]; azərb. Kunqurtuk‎)[4] adı ilə Kayqal-ool Xovalıq, Aleksandr Bapa, Sayan BapaAlbert Kuvezin tərəfindən yaradılmışdır. Xovalıq xoomey musiqisi ilə 1979-cu ildən bəri yaxından maraqlanırdı.[1] Daha sonra qrupun adı «Huun-Huur-Tu» (azərb. Gün şüaları‎) olaraq dəyişdirilmişdir. Onların musiqiləri Tıva xalq mahnılarına əsaslanırdı və tez-tez Tıvada atçılığı təsvir edən surətlərdən istifadə edirdilər.

Ansambl ilk musiqi albomunu «60 Horses In My Herd» (azərb. İlxımda 60 at‎) 1993-cü ildə buraxmışdır. Albomun səsyazma prosesi Londonda və Kaliforniyadakı Mill-Velli şəhərində gerçəkləşmişdir. Qrupun yaradıcılarından biri olan Albert Kuvezin daha sonra «Yat-Kha» musiqi qrupunu təsis etmək üçün qrupu tərk etmişdir.[5] Onun yerinə qrupa əvvəllər Xovalıq və Konqar-ool Ondar ilə işləmiş Anatoli Kuular daxil olmuşdur. 1994-cü ildə buraxılan ikinci musiqi albomları «The Orphan's Lament»in (azərb. Yetimin şikayəti‎) səsyazma prosesi Nyu-YorkMoskva şəhərlərində gerçəkləşmişdir.

İlk iki albomun hazırlanmasında səyi olan Aleksandr Bapa 1995-ci ildə qrupu tərk etmişdir. Onun yerinə qrupa əvvəllər Rusiya dövlət ansamblı olan «Sibir suveniri»ndə (rus. Сибирский сувенир) çalışmış Aleksey Sarıqlar gəlmişdir.[6] 1997-ci ildə buraxılan üçüncü albom «If I'd Been Born An Eagle»ın (ing. Əgər mən bir qartal doğulsaydım) səsyazma prosesi Niderlandda gerçəkləşmişdir.

1999-cu ilin əvvəllərində qrup dördüncü albomunu – «Where Young Grass Grows» (ing. Cavan otun yetişdiyi yer) musiqi albomunu buraxmışdır. Bu albomda ilk dəfə arfa, tabla, Şotlandiya smallpaypısintezator kimi qeyri-Tıva (gitara istisna olmaqla) musiqi alətindən istifadə edilmişdir.[7]

Anatoli Kuular 2003-cü ildə qrupu tərk etmiş, onun yerinə isə qrupa əvvəllər Tıva xalq musiqisi üzrə müəllim olmuş Andrey Monquş daxil olmuşdur. Monquş qrupda sadəcə iki il fəaliyyət göstərmişdir.[8] 2005-ci ildə keçmiş «Yat-Kha» üzvü olan Radik Tülüş qrupa daxil olmuşdur.[9]

Qrup təsis ediləndən bəri «Huun-Huur-Tu» Frenk Zappa, Conni Uatson, «Kodō», Moskva İncəsənət Triosu,[10] Kronos-kvartet, «The Chieftains» və «Angelite»[10] müxtəlif janrlarda çıxış edən çoxlu musiqiçi və musiqi qrupu ilə kollaborasiya etmişdir.[4][11][12][13] Qrupun «Eternal» (azərb. Əbədi‎) mahnısı yeraltı elektronik musiqiçi Karmen Risso ilə birlikdə yazılmışdı.[14] Musiqi qrupu Nyu-York əsaslı blüz qrupu olan «Hazmat Modine»nin debüt albomu – «Bahamut»un üç mahnısında əməkdaşlıq etmişdi.[15]

«Huun-Huur-Tu» demək olar ki, dünyanın ən məşhur Tıva musiqi qrupudur. Artemi Troitski müəllifi olduğu kitabda «Huun-Huur-Tu» musiqi qrupunu və Dmitri Pokrovski ansamblını “Rusiyadakı folk musiqinin yeganə iki gerçək ulduzu” adlandırmışdır.[16] «Oqonyok» jurnalı qrupu “dünyanın ən məşhur Rusiya musiqi qrupu” hesab etmişdir.[17] «Muzıkalnaya jizn» jurnalı qrupun üzvlərinin “etnomarafonun təkzibedilməz rəhbərləri” olduğunu yazmışdır.[18]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

«Huun-Huur-Tu» musiqi qrupunun üzvü olan Radik Tülüş qrupun yazdığı «Osku Urug» mahnısı ilə ABŞ teleserialı olan "Farqo"nun üçüncü mövsümünün «Vakant Yerlərin qanunu» epizodunda rol almışdır.[19][20][21]

  • 1993 — «60 Horses In My Herd» (azərb. İlxımda 60 at‎)
  • 1994 — «The Orphan’s Lament» (azərb. Yetimin şikayəti‎)
  • 1997 — «If I’d Been Born An Eagle» (azərb. Əgər qartal doğulsaydım‎)
  • 1999 — «Where Young Grass Grows» (azərb. Cavan otun yetişdiyi yer‎)
  • 2001 — «Live 1» (azərb. Canlı 1‎; «Best Live», azərb. Ən yaxşı canlı‎)
  • 2002 — «Live 2» (azərb. Canlı 2‎; «More Live», (azərb. Daha canlı‎)
  • 2003 — «Spirits from Tuva» (azərb. Tuvalı ruhlar‎)
  • 2010 — «Ancestors Call» (azərb. Əcdadlar çağırır‎)
  • 1996 — «Fly, Fly My Sadness» (azərb. Uç, uç mənim kədərim‎; «Angelite» ansamblı ilə)
  • 1998 — «Mountain Tale» (azərb. Dağ əhvalatı‎; «Angelite» ansamblı və Moskva İncəsənət Triosu ilə)
  • 2002 — «Huun-Huur-Tu & Malerija» (remiks albomu)
  • 2004 — «Altai Sayan Tandy-Uula» (azərb. Altay sayanı Tandı-Uula‎; Andrey Samsonov ilə)
  • 2008 — «Mother-Earth! Father-Sky!» (azərb. Ana torpaq! Ata səma!‎; Saymxo Namçılak ilə)
  • 2009 — «Eternal» (azərb. Əbədi‎; Karmen Risso ilə)
  • 2010 — «Legend» (azərb. Əfsanə‎; «Angelite» ansamblı və Moskva İncəsənət Triosu ilə)
  1. 1 2 "МУЗЫКАНТЫ". www.huunhuurtu.ru. «Huun-Huur-Tu». 2017-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  2. "Music From Tuva". www.fotuva.org. Friends of Tuva. 20 fevral 2001. 20 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  3. "Huun-Huur-Tu". www.spectrasonics.net. Spectrasonics. 20 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  4. 1 2 "Huun-Huur-Tu (Tuva)". www.bbc.co.uk (ingilis). BBC. 2 mart 2004. 2 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2018.
  5. Cavid Ağa. "SOYUQ DİYARDAN MUSİQİLƏR". varyox.az (az.). VarYox. 21 dekabr 2018. 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  6. "«Хуун-Хуур-Ту: 10 лет»". ateatr.ru (rus). Аудио Театр. 2 dekabr 2004. 7 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  7. "Where Young Grass Grows". www.last.fm (ingilis). last.fm. 21 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  8. Bandinu, Ömər. "Huun-Huur-Tu". www.tenoresdibitti.com (italyan). 19 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  9. "Leading and Being Guided". en.tuvaonline.ru (ingilis). Tuvaonline. 11 sentyabr 2005. 19 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  10. 1 2 "ДИСКОГРАФИЯ". huunhuurtu.ru. «Huun-Huur-Tu». 2017-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  11. "Huun Huur Tu". Amazon.com. 19 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  12. "Huun-Huur-Tu and Hazmat Modine in Unique Collaboration at Symphony Space". worldmusiccentral.org. World Music Central. 1 noyabr 2007. 18 may 2008 tarixində arxivləşdirilib.
  13. "Huun Huur Tu and Carmen Rizzo". www.theworld.org. NPR. 5 yanvar 2010. 13 sentyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  14. Zaraqoviya, Veronika. "Steppe It Up". www.time.com. TIME. 16 oktyabr 2009. 3 dekabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  15. "Ocote Soul Sounds and Hazmat Modine bring world music to New York City". www.nj.com. NJ.com. 8 yanvar 2010. 19 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  16. Troitski, Artemi. Poplex (rus). Амфора,. 2017. ISBN 9785457771505. 2016-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21.
  17. "Выпуски 44-52" (rus). Moskva: Oqonyok. 2004: 3.
  18. "Выпуски 1028-1039" (rus). 2005: 14. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-21.
  19. Çeni, Cen. "Fargo Is Back and It's Familiar in the Best Way". www.vulture.com. New York Media, LLC. 19 aprel 2017. 18 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  20. Hayden, Stiven. "Analyzing The Music Of 'Fargo' Season Three, Episode One: 'The Law Of Vacant Places'". Uproxx. Woven Digital. 20 aprel 2017. 19 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.
  21. Sepinuall, Alan. "'Fargo' Season Three Begins With Twins, Card Games, And A Nasty Death". Uproxx. Woven Digital. 20 aprel 2017. 19 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 dekabr 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]