III Osman

III Osman (Osmanlı türkcəsi:عثمان ثالث — Osman-i sālis) (d. 3 yanvar 1699 — ö. 30 oktyabr 1757) — 25-ci Osmanlı sultanı və 104-cü İslam xəlifəsi.

III Osman
عثمان ثالث
14 dekabr 1754 – 30 oktyabr 1757
ƏvvəlkiI Mahmud
SonrakıIII Mustafa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ədirnə, Osmanlı imperiyası
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat səbəbi ürək tutması
Dəfn yeri Validə Turhan Sultan türbəsi, İstanbul
Fəaliyyəti rəhbər
Atası II Mustafa
Anası Şahsüvar Sultan
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

3 yanvar 1699-cu ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Atası II Mustafa, anası isə Şahsüvar Sultandır. Atasının Ədirnə hadisəsinin (1703) ardından taxtdan endirilməsi ilə qardaşları ilə birlikdə Topqapı sarayına aparıldı və burada Şimşirlik bölümündə yaşamağa başladı. Burada ikən digər şahzadələrlə birlikdə 17 aprel 1705-ci ildə gizlicə sünnət edildi. 1712-ci ilin dekabrında səfərə çıxan Sultan Əhmədin şəxsi heyətiylə birlikdə Ədirnəyə qədər aparıldı. Bundan başqa sultanın digər səyahətlərində də iştirak etdi. Böyük qardaşı I Mahmudun taxta çıxmasının (1 oktyabr 1730) ardından ən böyük şahzadə olaraq vəliəhd edildi. 24 il davam edən vəliəhdlik dönəmi haqqında çox məlumat yoxdur.

Sultan Mahmudun vəfatının ardından 14 dekabr 1754-cü il cümə günü 58 yaşında ikən taxta çıxdı. Osmanlı tarixi boyunca Şimşirlik bölümündə ən uzun saxlanılan şahzadə olaraq bilinir. Səltənətinin altıncı günündə (19 dekabr) anası Şahsüvar Sultan Köhnə saraydan Topqapı sarayına gətirildi. Ertəsi gün Əyyub Sultan türbəsində keçirilən mərasimlə şeyxülislam Seyid Murtuz Əfəndinin əlindən qılınc qurşandı. 25 dekabr günü baş tutan ülufə divanının ardından xəzinədən çıxarılan 2394 kisə qızıl cülus bəxşişi olaraq orduya və qapıqulu əsgərlərinə paylandı. Cülus xəbərini bildirmək üçün Lehistan, Rusiya və Avstriya-Macarıstana elçilər, digər ölkələrə isə məktublar göndərildi.

Sultan Osmanın ilk gördüyü iş isə birlikdə çalışacağı dövlət adamlarını seçmək oldu. Səltənəti boyunca sədarət başda olmaqla, bir çox mühüm dövlət vəzifəsi tez-tez əl dəyişmişdir. Bununla da bu şəxslərin dövlət idarəsindəki gücünü azaltmağı planlaşdırırdı. Abdullah Vassaf Əfəndi 12 yanvar 1755-ci ildə şeyxülislam, Həkimoğlu Əli Paşa isə 15 fevralda sədrəzəm təyin olundu. Ancaq üçüncü dəfə bu vəzifəyə gətirilən Əli Paşa 53 gün sonra Ayvansarayda baş verən dəhşətli yanğının ardından vəzifədən alındı. Qız qalasında həbs edildikdən bir gün sonra Validə sultanın xahişiylə edamdan xilas oldu və Maqosaya (Famaqustaya) sürgün edildi. 18 may 1755-ci ildə Naili Abdullah Paşa sədrəzəm, 8 iyunda isə Kürəkənzadə Feyzullah Əfəndi şeyxülislam təyin edildi. Sultan silahdarı olan Bığlı Əli Paşanın 24 avqust 1755-ci ildə başlayan və 63 gün davam edən sədarəti isə paşanın edamıyla (25 oktyabr 1755) nəticələndi.

Təqribən 5 ay sədarətdə qalan Mehmed Səid Paşanın ardından Bahir Mustafa Paşa, daha sonra isə Raqib Paşa sədrəzəm təyin edildi. Beləliklə, Sultan Osman 3 illik səltənəti ərzində 6 sədrəzəm, 7 şeyxülislam və 2 kaptan-ı dərya dəyişdi. Sədrəzəmlərin vəzifədən alınma səbəbləri isə adlarının rüşvətə qarışması, sultana yalan danışmaq, çıxan yanğınlar və əhalinin şikayətləri oldu. Şimşirlikdəki qəfəs həyatı boyunca yaxından tanıdığı, taxta çıxdıqdan sonra isə Misirdən gətirdərək 4 sentyabr 1755-ci ildə Darüssəadə ağası təyin etdiyi Əhməd ağa bütün bu təyin məsələlərinin pərdə arxasında mühüm rol oynadı.

Sultan Osman səltənətinin ikinci ilində əvvəlcə dindarlığı ilə seçilən anası Validə Şahsüvar Sultanı itirdi (27 aprel 1756). Ardından Sultan Əhmədin oğlu vəliəhd Şahzadə Orxan 22 dekabr 1756-cı ildə xəstəlik səbəbilə 42 yaşında vəfat etdi. Şahzadənin cənazəsi sədrəzəmin və şeyxülislamın da iştirakıyla, böyük bir mərasimlə dəfn edildi. Dövrün bir çox tarixçilərinin yazdığına görə, Sultan Osman ən böyük rəqibi olan şahzadəni Bahir Mustafa Paşanın əliylə zəhərləmişdi. Ancaq bu iddia heç vaxt sübut edilmədi.

Sultan Osmanın səltənəti zəlzələ, sel fəlakəti, şiddətli şaxta və yanğınlar kimi bir çox təbii fəlakətlərlə keçdi. 1755-ci ilin yanvarında Haliç boğazı donmuş, insanlar boğazı yeriyərək keçmişdir. Baş tutan 4 yanğın isə paytaxtda böyük dağıntılara səbəb oldu. Bunlardan ilki 22 dekabr 1754-cü ildə şənbə gecəsi Mahmudpaşa səmtində baş tutdu və 18 saat davam etdi. İkincisi isə 12 iyul 1755-ci ildə cümə günü Kadırqa limanında baş tutdu və 15 saat davam etdi. 29 sentyabr 1755-ci il bazar ertəsi günü çıxan növbəti yanğın isə 40 saat boyunca davam etdi və İstanbulun bir neçə səmtini məhv etdi. 6 iyul 1756-cı il bazar ertəsi başlayan və 2 gün davam edən son yanğın isə şəhərin mərkəzi bölümü tamamilə xarabalığa çevrildi.

Sultan Osman mədə xəstəliyi səbəbilə əvvəlcə cümə salamlığına qatıla bilmədi. Daha sonra isə xəstəliyi daha da ağırlaşdı və 30 oktyabr 1757 tarixində vəfat etdi. Bəzi Avropa mənbələrində uyruğundakı bir çibanı aldırdıqdan sonra yaranan infeksiya səbəbilə vəfat etdiyi qeyd olunur. Cənazəsi yeniçəri ağası, sekbanbaşı və kəndxudalar tərəfindən yoxlanıldıqdan sonra Nuruosmaniyədəki türbəsinə deyil, Yeni məsciddəki Turhan Validə Sultan türbəsinə dəfn edildi. Bu dəyişiklik isə yeni padşah Sultan Mustafanın əmriylə baş tutdu. Sultan Osmanın da, qardaşı Sultan Mahmud kimi övladı olmamış, bu səbəblə təqribən 30 il boyunca sarayda müvafiq tədbirlər baş tutmamışdır.

  • Leyla Başqadınəfəndi (ö. 1794)
  • Zevki Qadınəfəndi (ö. 1757)
  • Fərxundə Əminə Qadınəfəndi (ö. 1791)
  • BA, Dîvân-ı Hümâyûn, Ruûs Defterleri, nr. 50, s. 251;
  • Dîvân-ı Hümâyûn, Nâme-i Hümâyûn Defterleri, nr. 1, s. 75-78;
  • Silâhdar, Nusretnâme: Tahlil ve Metin (haz. Mehmet Topal, doktora tezi, 2001), MÜ Sosyal Bilimler Enstitüsü;
  • Uşşâkīzâde Tarihi (haz. Raşit Gündoğdu), İstanbul 2005, I, 352;
  • Sırkâtibi Kahvecibaşı Ahmed Bey v.dğr., Rûznâme-i Sultân Osmân Hân-ı Sâlis, TSMA, nr. E. 12358, s. 1-5, 8-11;
  • Rûzmerre, Arkeoloji Müzeleri Ktp., nr. 397, vr. 1a-33a, 37b;
  • Rûzmerre, İÜ Ktp., TY, nr. 3580, vr. 31a-34b;
  • Ahmed b. Mahmûd, Târih, Berlin Staatsbibliothek, Orientalische Abteilung, nr. 1209, vr. 367a-370b;
  • Şehrîzâde Mehmed Said, Târîh-i Nevpeydâ, İÜ Ktp., TY, nr. 3291, vr. 23b-28a;
  • Mustafa Kesbî, İbretnümâ-yı Devlet (haz. Ahmet Öğreten), Ankara 2002, s. 38-42, 49-50, 133-137, 333;
  • Hâkim Mehmed, Târih, TSMK, Bağdat Köşkü, nr. 231, vr. 89a, 91a-149b, 163a-234b, 240b-251a;
  • Şem‘dânîzâde, Mür’i’t-tevârîh (Aktepe), I, 177-182;
  • Ahmed Resmî Efendi’nin Hamîletü’l-küberâ’sı ve Müstakimzâde Zeyli (haz. Zeynep Aycibin, TTK Belgeler, XXII/26 [2002], içinde), s. 223-224;
  • Hüseyin Ayvansarâyî, Mecmûa-i Tevârih (haz. Fahri Ç. Derin – Vahid Çabuk), İstanbul 1985, s. 12, 150, 170, 236, 320;
  • a.mlf., Hadîkatü’l-cevâmi‘: İstanbul Câmileri ve Diğer Dînî-Sivil Mi‘mari Yapıları (haz. Ahmed Nezih Galitekin), İstanbul 2001, s. 63-64, 370, 481, 637-638;
  • Ahmed Câvid, Vefeyât-ı kibâr, TSMK, Hazine, nr. 1295, vr. 35b-36a, 58a;
  • Vâsıf, Târih, I, 41-92;
  • Ferâizîzâde Mehmed Saîd, Gülşen-i Maârif, İstanbul 1252, II, 1491-1503;
  • İsmâil Ziyâî, Metâliu’l-âliye fî gurreti’l-gāliye, İÜ Ktp., Nâdir Eserler, TY, nr. 2486, vr. 228b-231a, 253a-285a;
  • Âkif Mehmed, Târîh-i Cülûs-i Sultân Mustafa-yı Sâlis, Süleymaniye Ktp., Esad Efendi, nr. 2108, vr. 1a, 4b-6b;
  • Hammer, GOR, IV, 483-505;
  • Tayyarzâde Atâ Bey, Târih, İstanbul 1293, II, 103-104;
  • Buyruldu Mecmûası, TTK Ktp., Yazma, nr. 70, vr. 7b, 92b;
  • Mehmed Râif, Mir’ât-ı İstanbul I: Asya Yakası (haz. Günay Kut – Hatice Aynur), İstanbul 1996, s. 66, 106-109, 307;
  • Hüseyin Vassâf, Sefîne, V, 57-62; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s. 337-341;
  • M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, Ankara 1980, s. 97;
  • Cevriye Artuk, “Osmanlı Padişahı 3. Osman’ın Sikkelerine Genel Bir Bakış”, Birinci Millî Türkoloji Kongresi: 6-9 Şubat 1978, Tebliğler, İstanbul 1980, s. 349-358;
  • Kemal Beydilli, Büyük Friedrich ve Osmanlılar: XVIII. Yüzyılda Osmanlı-Prusya Münâsebetleri, İstanbul 1985, s. 32-36;
  • François de Tott, Türkler ve Tatarlar Arasında (trc. Reşat Uzmen), İstanbul 1996, s. 17-21, 45;
  • N. M. Penzer, Harem (trc. Doğan Şahin), İstanbul 2000, s. 245, 249-250;
  • Mehmet Nermi Haskan, Yüzyıllar Boyunca Üsküdar, İstanbul 2001, I, 218-220, 465-466;
  • Şinasi Altundağ, “Osman III.”, İA, IX, 448-450;
  • J. H. Kramers, “ʿOthmān III”, EI2(İng.), VIII, 182-183.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
III Osman
Doğum: 3 yanvar 1699 Vəfat: 10 iyun 1757
Hakimiyyət titulları
Sələfləri 
I Mahmud

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

14 dekabr 1754-30 oktyabr 1757
Xələfləri 
III Mustafa
Sünni İslam titulları
Sələfləri 
I Mahmud

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
III Mustafa