Dürrizadə Mustafa Əfəndi (1702, Konstantinopol – 8 fevral 1775, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Məşhur Dürrizadələr ailəsinə mənsubdur.[1]
Dürrizadə Mustafa Əfəndi | |
---|---|
Əvvəlki | Kürəkənzadə Feyzullah Əfəndi |
Sonrakı | Kürəkənzadə Feyzullah Əfəndi |
29 aprel 1762 – 23 aprel 1767 | |
Əvvəlki | Əbubəkrzadə Əhməd Əfəndi |
Sonrakı | Vəliüddin Əfəndi |
28 yanvar 1774 – 29 sentyabr 1774 | |
Əvvəlki | Seyid Mehmed Şərif Əfəndi |
Sonrakı | İvazpaşazadə İbrahim Bəyəfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Atası | Dürri Mehmed Əfəndi |
Həyat yoldaşı | Şərifə Safiyə xanım |
Uşaqları |
Mehmed Ataullah Əfəndi Mehmed Arif Əfəndi Şərifə Ayşə xanım |
1702-ci ildə İstanbulda dünyaya gəldi. Atası Sultan Mahmud səltənətinin məşhur şeyxülislamlarından Dürri Mehmed Əfəndidir. Təhsilini tamamladıqdan sonra müdərrisliyə yüksəldi və müxtəlif mədrəsələrdə xidmət etdi. Atasının şeyxülislamlığı dönəmində 1734-cü ildə Qalata, ardından Ədirnə və Məkkə qazılığına gətirildi. Atasının ölümünün ardından 3 il boyunca dövlət vəzifələrindən uzaq tutuldu və 1739-cu ildə İstanbul qazısı olaraq yenidən vəzifəyə gətirildi. Ertəsi il vəzifədən alınsa da, 1746-cı ilin oktyabrında Anadolu qazəsgərliyinə təyin edildi. Ardından 26 iyun 1751-ci ildə və 10 may 1756-cı ildə 2 dəfə Rumeli qazəsgəri oldu. Ancaq ikinci təyinatından bir neçə ay sonra 26 iyulda şeyxülislamlığa yüksəldi. 7 ay bu vəzifədə qalan Mustafa Əfəndi 18 fevral 1757-ci ildə vəzifədən alınaraq Gəliboluya sürgün edildi. Sürgündə keçən 5 ilin ardından 29 aprel 1762-ci ildə ikinci dəfə şeyxülislam oldu və bu dəfə 5 il bu vəzifədə qaldı. 23 aprel 1767-ci ildə vəzifədən alınan Mustafa Əfəndiyə bu xəbəri ənənəyə zidd olaraq rəisülküttab Ömər Əfəndi bildirmişdir.[2]
7 il boyunca dövlət işlərindən uzaq qalan Mustafa Əfəndi həm daha öncəki şeyxülislamlıq təcrübəsi, həm də o əsnada üləmanın ən yaşlı üzvü olması səbəbilə 28 yanvar 1774-cü ildə üçüncü dəfə şeyxülislamlığa gətirildi. Ancaq bu dəfə çox yaşlı idi və olduqca yorulmuşdu. Bu səbəblə həmin ilin 29 sentyabrında vəzifədən alındı və 8 fevral 1775-ci ildə vəfat etdi. Cənazəsi Ədirnəqapıdan kənarda ailə məzarlığına dəfn olunmuşdur.
Mustafa Əfəndi tanınmış üləma ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımla (ö. 1773) evlənmiş, beləcə ailə Seyid ünvanı almışdır. Dünyaya gələn 5 oğlundan ikisi – Ataullah Əfəndi və Arif Əfəndi şeyxülislam, biri Rumeli qazəsgəri, digərləri isə qazı və müdərris olmuşdur.[3] Qızı Şərifə Ayşə xanım isə (ö. 1817) gənc yaşda vəfat etmişdir.