II Corc (Böyük Britaniya kralı)

II Georq (alm. Georg II‎, ing. George II; 10 noyabr 1683[1], Hannover25 oktyabr 1760[2][3], London) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1727–1760), I Georqun oğlu, Britaniyanın hüdudlarından kənarda doğulan sonuncu monarx.

II Georq
ing. George II
Kürfürst (Braunşveyq-Lüneburq elektoratlığı[d])
22 iyun 1727 – 25 oktyabr 1760
ƏvvəlkiI Georq (Böyük Britaniya kralı)
SonrakıIII Georq
Uels Şahzadəsi[d]
9 (20) noyabr 1706 – 11 (22) iyun 1727
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1683(1683-11-10)[1]
Doğum yeri
Vəfat tarixi 25 oktyabr 1760(1760-10-25)[2][3] (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası I Georq (Böyük Britaniya kralı)[4]

Təltifləri Bant ordeni
Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1727-ci ildən bəri kral olaraq Georq İngiltərə parlamentinin nəzarətində olan ingilis daxili siyasətinə nisbətən az təsir göstərdi. Müqəddəs Roma İmperiyasının seçicisi olaraq, 12 il mövsümünü Hannoverdə keçirdi, burada dövlət siyasətinə daha çox nəzarət edirdi. Parlament müxalifətini dəstəkləyən böyük oğlu Frederik ilə çətin münasibət qurdu. Avstriya irsi uğrunda müharibə zamanı II Georq 1743-cü ildə Dettingen döyüşündə iştirak etdi və beləliklə şəxsən döyüşə qoşun gətirən son ingilis monarxı oldu.

1745-ci ildə katolik iddiasında İngilis taxtına iddia edən Ceyms Stüartın ("Köhnə iddiaçı") Ceyms oğlu Karl Stuartın rəhbərliyi ilə ("Gənc iddiaçı" və ya "Bonnie Prince Charlie") son Yakobin üsyanı zamanı Georqu devirməyə çalışdı və uğursuz oldu. 1751-ci ildə şahzadə Frederikin gözlənilməz ölümündən sonra II Georqun nəvəsi III Georq varis oldu və nəticədə kral oldu.

II Georq, isti aylarda monarxın rəsmi ad gününü qeyd etmək ənənəsini təqdim etdi. Qərar, təqvim doğum günündə rəsmi qeyd etmələrin — soyuq və yağışlı noyabrda keçirilməsinin çox əlverişli olmadığı və əyləncəli tədbirlərin əksəriyyətindən imtina edilməli olduğu səbəbindən qəbul edildi. İlk dəfə olaraq ingilis monarxının anadan olmasının iki günü 1748-ci ildə qeyd olundu və iyirminci əsrdən etibarən Brtaniya kralının (kraliçasının) rəsmi ad günü iyun ayının birinci, ikinci və nadir hallarda üçüncü şənbə günü qeyd olundu.

  1. 1 2 Jordi II d’Anglaterra // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. 1 2 George II // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Lundy D. R. George II Augustus Hanover, King of Great Britain // The Peerage (ing.).
  4. Kindred Britain.