IV Albert (Bavariya hersoqu)

IV Albert (alm. Albrecht IV der Weise‎, 15 dekabr 1447 və ya 15 dekabr 1447[1][2], Münxen18 mart 1508 və ya 18 mart 1508[1][2], Münxen) Vittelsbaxlar sülaləsindən 1467-ci ildən Bavariya-Münhen hersoqu və 1503-cü ildən sonra isə yenidən birləşmiş Bavariyanın hersoqu idi.

IV Albert
alm. Albrecht IV
Sentyabr 1467 – 18 mart 1508
ƏvvəlkiIII Albert
SonrakıIV Vilhelm
Şəxsi məlumatlar
Doğum tarixi 15 dekabr 1447 və ya 15 dekabr 1447(1447-12-15)[1][2]
Doğum yeri
Vəfat tarixi 18 mart 1508 (61 yaşında) və ya 18 mart 1508(1508-03-18)[1][2] (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti suveren[d]
Atası III Albert
Anası Brunsvik-Qrubenhaqenli Anna
Ailəsi Vittelsbax sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albert Bavariya-Münhen hersoqu III Albertin və Brunsvik-Qrubenhaqenli Annanın oğlu idi. Uşaqlıqda ruhani istiqamətdə yetişdirilmişdi. Bunun üçün 15 avqust 1461-ci ildə Köln Universitetinə göndərilmişdi. Lakin böyük qardaşı IV İohannın ölümündən sonra ruhani karyerasını dayandırdı və Paviadan Münhenə qayıtdı. Qardaşları Kristof və Volfqanq hakimiyyətdən istefa verəndən sonra Albert tək hersoq oldu, lakin 1467-ci ildə qardaşı hersoq Sigizmund üçün Bavariya-Münhendən ayrılan torpaqda yeni Bavariya-Daxau hersoqluğu yaradıldı. 1501-ci ildə Sigizmundun ölümündən sonra həmin torpaqlar Bavariya-Münhenə qayıtdı.

Albert 1485-ci ildə Abensberq qraflarının nəslinin kəsilməsindən sonra onların torpaqlarını aldı.

Habsburqlarla əlaqələr

[redaktə | mənbəni redaktə et]

Avstriyalı Kuniqundanın IV Albertlə evliliyi intriqaların və aldatmaların nəticəsi idi. Belə ki, Albert öz qohumu I Georq ilə bəzi imperator torpaqlarını nəzarəti ələ keçirmişdi və sonra Kuniqundaya (atasından uzaqda, İnsbrukda yaşayırdı) evlənməyi təklif etmiş və bu torpaqları cehiz olaraq verməyi təklif etmişdi. İmperator əvvəlcə razılaşdı, lakin Albert başqa bir mülk olan Regensburqun alandan sonra Müqəddəs Roma İmperatoru III Fridrix razılığını geri götürdü. Lakin cütlük sürətli tərpənib 2 yanvar 1487-ci ildə evləndi. Müharibənin qarşısı yalnız imperatorun oğlu I Maksimiliianın vasitəçiliyi ilə alındı. Albertin toyu üçün Qrünvald qəsri 1486/87-ci illərdə Jörg fon Vaykertshausenin rəhbərliyi altında genişləndirildi. Albert nəhayət, HabsburqlarŞvabiya liqası ilə müharibədən uzaqlaşmaq üçün 1492-ci ildə Şvabiyadakı ərazi qazanclarını geri qaytarmağa qərar verdi. Bundan sonra o, 1486-cı ildə Abensberqi, 1492-ci ildə Regensburqu qaytarmalı oldu.[3]

Landsxut müharibəsi

[redaktə | mənbəni redaktə et]

1503-cü ildə Bavariya-Landsxutun sonuncu hersoqu Georqun ölümündən sonra Albert onun davamçılarına Landsxut varislik müharibəsində qalib gəldi, lakin Bavariyanın ən cənub rayonlarını qaynı İmperator Maksimiliana verməli oldu. Bavariyanın yeni bölünməsinin qarşısını almaq üçün Albert 1506-cı ildə ilk doğulan şahzadənin əbədi vərəsəliyi haqqında fərman verdi. Bununla belə, onun böyük oğlu və varisi Bavariya hersoqu IV Vilhelm öz hakimiyyətini 1516-cı ildən etibarən kiçik qardaşı X Lüdviq ilə bölüşməli oldu, çünki onlar bu qanundan əvvəl doğulmuşdular. 1545-ci ildə X Lüdviqin ölümündən sonra bu fərman 1918-ci ildə Bavariya monarxiyasının sonuna qədər qüvvədə qaldı.

Hakimiyyətinin sonları

[redaktə | mənbəni redaktə et]

Daha sonra hersoq öz kansleri İohan Noyhauzerlə ölkəni birləşdirməyə başladı. 1506-cı il pul islahatı edərək Bavariya üçün vahid sikkə sistemini tətbiq etdi, əsas zərbxana Münhendə yerləşirdi. Lakin bundan sonra çox yaşamadı və 2 il sonra vəfat edərək Münhen kafedralında dəfn edildi.

Albertin dövründə qotik üslub çiçəkləndi. Ulrix Füterer və Konrad Paumann kimi rəssam, şair və tarixçiləri maliyyələşdirməsi sayəsində İntibah dövrünün ilk əlamətləri Bavariyada görünməyə başladı. Albertin bacısı Marqarete evliliyi ilə Mantua markqrafı ilə evlənmişdi və evlilik əlaqəsi sayəsində iki dövlət arasında ticarət və mədəni mübadiləni güclənirdi.

3 yanvar 1487-ci ildə o, Müqəddəs Roma İmperatoru III Fridrixin qızı Avstriyalı Kuniqunda ilə evləndi və bir neçə övladı oldu:

  • Sidonia (1 may 1488 – 27 mart 1505)
  • Sibilla (16 iyun 1489 – 18 aprel 1519), 1511-ci ildə Pfals kürfürstü V Lüdviqlə evləndi
  • Sabina (24 aprel 1492 – 30 aprel 1564), 1511-ci ildə Vürtemberq hersoqu I Ulrix ilə evləndi.
  • IV Vilhelm, Bavariya hersoqu (13 noyabr 1493 – 7 mart 1550)[4]
  • X Lüdviq, Bavariya hersoqu (18 sentyabr 1495 – 22 aprel 1545)[4]
  • Suzanne (1499–1500)
  • Ernest (13 iyun 1500 – 1560), Passau (1517–1540), Köln, Salzburq arxiyepiskopu (1540–1554)
  • Süzanna (2 aprel 1502 – 23 aprel 1543), 1518-ci ildə Brandenburq-Bayroyt markqrafı Kazimirlə, 1529-cu ildə Pfals kürfürstü Otto Henri ilə evləndi.
  1. 1 2 3 4 Brozović D., Ladan T. Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  2. 1 2 3 4 Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  3. Alois Schmid: "Besser ein Herzog als ein Kaiser!" Albrecht IV. von Oberbayern und die Reichsstadt Regensburg 1486 bis 1492. In: Regensburger Almanach 1987. Regensburg 1987, S. 38–44.
  4. 1 2 Peter G. Bietenholz and Thomas Brian Deutscher, Contemporaries of Erasmus: A Biographical Register of the Renaissance and Reformation:Volumes 1–3, (University of Toronto Press, 1995), 101–103.