I Leopold (9 iyun 1640[1][2][…], Vyana[4] – 5 may 1705[1][2][…], Vyana[4]) — Müqəddəs Roma imperatoru. 46 il 9 ay davam edən səltənətiylə Habsburq sülaləsinin ən uzun müddət taxtda qalan monarxıdır.
I Leopold | |
---|---|
alm. Leopold I | |
| |
18 iyul 1658 – 5 may 1705 | |
Əvvəlki | III Ferdinand (Müqəddəs Roma imperatoru) |
Sonrakı | I Jozef (Müqəddəs Roma imperatoru) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 iyun 1640[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 1705[1][2][…] (65 yaşında) |
Vəfat yeri | |
Atası | III Ferdinand (Müqəddəs Roma imperatoru) |
Anası | Mariya Anna |
Həyat yoldaşları |
|
Uşaqları | |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
İmperator III Ferdinand və onun ilk xanımı Mariya Annanın ikinci oğlu olan Leopold, böyük qardaşı Ferdinandın ölümünün ardından 1654-cü ildə taxtın varisi oldu. Atasının ölümünün ardından keçirilən seçimlərdə qalib gəldi və 1658-ci ildə Müqəddəs Roma imperatoru seçildi. Onun səltənəti Osmanlı imperiyası ilə gedən müharibə və uzaq qohumu olan Fransa kralı XIV Lüdoviklə olan çəkişmələri ilə bilinir. 10 il davam edən müharibənin ardından şərq cəbhəsində qələbə qazandı və bağlanan Karlovitsa sülhüylə, 1526-cı ildən bəri Osmanlı idarəsində olan Macarıstan krallığının, demək olar ki, tamamilə geri aldı.