I Made (azərb. Mən etdim) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ikinci minialbom. 26 fevral 2019-cu ildə buraxılmışdır. Minialbom əsas sinql "Senorita" daxil olmaqla, 5 trekdən ibarətdir.[1]
10 fevral 2019-cu ildə "Cube Entertainment" 26 fevral 2019-cu ildə qrupun "I Made" adlı ikinci minialbomunun buraxılacağını açıqlamışdır.[2] 13 fevralda minialboma daxil olan treklərin siyahısı yayımlanmışdır. Albomun əsas sinql "Senorita" daxil olmaqla 5 mahnıdan ibarət olduğu açıqlanmışdır. Qrup üzvü Minni ilk dəfə mahnı bəstələmədə iştirak etmişdir.[3]
20 fevralda albom üçün tizerlər yayımlanmışdır.[4][5] Albom 26 fevralda rəqəmsal olaraq, növbəti gün fiziki olaraq buraxılmışdır.[6][7][8]"Blow Your Mind" üçün Minni tərəfindən hazırlanmış klip 19 fevralda buraxılmışdır.[9]"Senorita" mahnısının klipi 26 fevralda buraxılmışdır.[10][11][12] Bu klip 21 saat ərzində 5 milyon YouTube baxışı almışdır.[13]
"I Made" 16 dəqiqə uzunluğunda olan, 5 trekdən ibarət olan minialbomdur. Albom latın musiqisi, rəqs-pop, ballada, qaranlıq R&B və EDM janrlarındadır. Albomun böyük hissəsi Soyon tərəfindən yazılmışdır. Minni sonuncu trekin hazırlanmasında iştirak etmişdir.[14][15][16] Açılış treki "Senorita" albomun əsas sinqlıdır.[17]
↑Jeong, Da-hoon. "[종합] (여자)아이들, 흥행 3연타 자신...'아이들'만의 자작곡으로 정조준" [[Comprehensive] (G)I-DLE, 3 consecutive hits at the box office... Aiming straight with 'I-DLE's own song']. Seoul Economic Daily (koreya). February 26, 2019. March 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 26, 2023.
↑Ha, Kyung-heon. "이제는 '자체제작돌'이 대세…팀내 작곡가, 프로듀서 둔 팀들 '봇물' [스경X분석]" [Now, 'self-produced idols' are the trend... Teams with composers and producers in the team are 'bottom water' [Skyung X Analysis]]. Sports Trend (koreya). March 4, 2019. March 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 26, 2023.