Nişa Yontararak 23 oktyabr 1997-ci ildə Tailandın paytaxtı Banqkokda doğulmuşdur.[3] Onun ailəsi üçüncü nəsil Tailand çinlilərindəndir. İki böyük qardaşı var. O, musiqi ailəsində doğulmuşdur. Anası, xalası və əmisi pianoda ifa edirlər.[4] Minni 5 yaşında pianoda ifa etməyə və 7 yaşında vokal dərslər almağa başlamışdır.[5][6] Musiqiyə maraq göstərməsində anasının böyük təsiri olmuşdur.[7] Minni Vattaya Vattaya Akademiyasında təhsil almış və Banqkokda yerləşən bir musiqi məktəbinə daxil olmuşdur.[8] Dörd il çin dilini öyrənmişdir.[9]
Minni 2014-cü ilin sentyabrında "Cube Entertainment" tərəfindən Tailandda keçirilmiş seçimlərə qatılmış və 2015-ci ildə Cənubi Koreyaya gəlmişdir.[9] O, 23 mart 2016-cı ildə ictimaiyyətə təqdim olunmuşdur.[10]
Minni 2 may 2018-ci ildə "(G)I-dle" qrupunun üzvü kimi "Latata" mahnısı və "I Am" minialbomu ilə debüt etmişdir.[11] O, unikal və cəlbedici səsinə görə müsbət rəylər almışdır.[12]
Minni qrupunun "I Made" adlı ikinci minialbomuna daxil olan "Blow Your Mind" mahnısının bəstələnməsində və yazılmasında iştirak etmişdir.[13][14] Mahnı üçün musiqi videosunu özü hazırlamışdır.[15] "(G)I-dle"ın Yaponiyadakı debüt albomu "Latata" üçün "For You" mahnısını bəstələmişdir.[16] 18 oktyabr 2019-cu ildə Avstraliya–Çin müğənnisi Venqi ilə birlikdə "Empire" mahnısını buraxmışdır.[17] 2020-ci ildə Minni qrupu üçün "I'm the Trend" və "Tung-Tung (Empty)" mahnılarının yazılmasında və bəstələnməsində iştirak etmişdir.[18]"I'm the Trend" mahnısı qrupun fanatlarına həsr olunmuşdur. "Tung-Tung (Empty)" mahnısı isə bir vaxtlar dolu olan, lakin indi boş olan bir ürəkdən bəhs edən emosional mahnıdır.[19]
Minni 2021-ci ildə "Yəni buna dəyməz" serialında aktrisa kimi debüt etmişdir. Müxtəlif ölkələrdən olan tələbələrdən bəhs edən bu serialda Minni özünün uydurulmuş versiyasını canlandırmışdır.[20] Bu versiya Koreya seriallarını çox sevən tay qızdır.[21] Oktyabrda "Mənim təhlükəli arvadım" serialı üçün "Getaway" mahnısını[22] və Miyonla birlikdə "Do Do Sol Sol La La Sol" serialı üçün "We Already Fell In Love" mahnısını oxumuşdur.[23]
Qrupun 11 yanvar 2021-ci ildə buraxılmış "I Burn" minialbomuna daxil olan "Moon" və "Dahlia" mahnılarını bəstələmişdir.[24] 23 sentyabrda tay repçilər F. Hero və UrboyTJ ilə "Money Honey" mahnısını buraxmışdır.[25]
Minni debüt etməzdən öncə Uqi və Şuhua ilə birlikdə "Celeb's Secret" dəriyə qulluq brendinin modeli olmuşdur.[26][27] 2022-ci ilin iyulunda "Webtoon Thailand" Minnini yeni kampaniyası üçün model seçmişdir.[28][29] Həmin ay Minni "MAC Cosmetics"in yeni muzası seçilmişdir.[30] 2022-ci lin avqustunda Cənubi Koreyanın "Laura Laura" geyim brendinin muzası kimi açıqlanmışdır.[31][32] 2022-ci ilin sentyabrında Uqi ilə birlikdə "ACBF" geyim brendinin modeli olmuşdur.[33]
↑Lim, Min-young. (여자)아이들 민니, 본명 '니차 욘따라락' 화제...'국적은 어디?' [(G)I-DLE's Minnie, real name 'Nicha Yontarak' is a hot topic...'What is your nationality?']. TopStarNews (koreya). September 27, 2019. October 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2019.
↑"민니". people.search.naver.com (koreya). February 27, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2019.
↑[T포토] 민니 "5살 때부터 피아노 쳤어요" [[T Photo] Minnie "I've been playing the piano since I was 5"]. TvReport. May 2, 2016. October 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2019.
↑(여자)아이들 민니, '7살때부터 보컬수업 받았어요~' (쇼케이스) [(G)I-DLE's Minnie, 'I took vocal lessons since I was 7~' (Showcase)]. Seoul Entertainment. May 2, 2016. October 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2019.
↑(여자)아이들((G)-I-DLE) – 나의 이름은。민니(MINNIE) [(G)I-DLE ((G)-I-DLE) – My name is. Minnie (MINNIE)] (koreya). Cube Entertainment. April 26, 2018. November 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2019.
↑ 12独家专访(G)I-DLE:中韩泰三国语爆笑对话 [Exclusive interview with (G)I-DLE: hilarious dialogue in Chinese, Korean and Thai]. iQiyi. March 23, 2016. August 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2019.
↑[포토] 6인조 신인 걸그룹 '아이들' 데뷔 [[Photo] 6-member girl group 'I-DLE' debut]. New Daily (koreya). May 2, 2018. October 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2019.
↑(여자)아이들 민니, "첫 자작곡 수록... MV도 직접 촬영" [(G)I-DLE's Minnie, "The first self-composed song... I also filmed the MV myself"]. Star Daily (koreya). May 2, 2019. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2019.
↑(여자)아이들, 미니 2집 'I made' 트랙리스트 공개... '5곡 모두 자작곡' [(G)I-DLE, 2nd mini album 'I made' tracklist released... 'All 5 songs are self-composed']. Star Daily (koreya). February 14, 2019. February 27, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2019.
↑Hong, Sung-hoon. (여자)아이들의 'TO NEVERLAND' 마지막 에피소드 공개 [(G)I-DLE's 'TO NEVERLAND' final episode released]. New Daily (koreya). February 19, 2019. February 27, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2019.
↑(G)I-DLE 日本デビュー作にはメンバー書き下ろしの新曲も、収録内容&ジャケット写真公開 [(G)I-DLE Japan debut work includes new songs written by members, recorded contents & jacket photos released] (yapon). SPICE. May 30, 2019. August 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2019.
↑Lee, Soo-min. (여자)아이들, 민니·우기 자작곡...7월 콘서트서 공개 [(G)I-DLE, Minnie and Yuqi's self-composed song... Released at a concert in July]. Newsis. June 25, 2020. October 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-07.
↑Jeong, Hee-yeon. 넷플릭스 오리지널 '지구망' 제작 돌입...최영재-민니 등 출연 [공식] [Netflix original 'So Not Worth It' production begins... Choi Young-jae and Minnie appeared [Official]]. Sports Donga. September 25, 2020. October 10, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 25, 2020.
↑(여자)아이들 민니, 오늘(11일) '나의 위험한 아내' OST 발매, 김정은 테마곡 [(G)I-DLE's Minnie, today (11th) 'My Dangerous Wife' OST release, Kim Jong-un's theme song]. Newsen (koreya). October 11, 2020. October 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2020 – Naver vasitəsilə.
↑(여자)아이들 미연X민니 '도도솔솔라라솔' OST 4번째 주자로 [(G)I-DLE Miyeon X Minnie as the 4th runner-up in the OST of 'Do Do Sol Sol La La Sol']. Newsen (koreya). October 15, 2020. December 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 15, 2020 – Naver vasitəsilə.
↑Byung-cheol, Yoo. (여자)아이들, 미니 4집 'I burn' 트랙리스트 공개...전곡 자작곡 [(G)Idle, 4th mini album'I burn' track list released... All self-composed songs]. Korea Economic Daily. December 31, 2020. January 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2021.
↑Jung, Yunji. "인간 맥(M.A.C), 민니의 완벽 유죄 화보" [Human Mac (MAC), Minnie's Perfectly Guilty Pictorial]. Elle(koreya). July 22, 2022. March 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 19, 2023.
↑Yong, Won-joong. "(여자)아이들 민니, 로라로라 뮤즈 발탁...22FW 화보 공개" [(G)I-DLE Minnie, Laura Laura selected as muse... 22FW Pictorial release]. Single list (koreya). August 26, 2022. March 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 19, 2023.
↑라이프팀. "[퇴근뉴스]마침내, 겨울 시즌 오프 세일은 시작되고" [[After Work News] Finally, the winter season off sale begins]. Lady Kyunghyang (koreya). December 14, 2022. March 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 19, 2023 – Naver vasitəsilə.
↑Lim, Jae-ho. "ACBF, (여자)아이들 '민니·우기' 브랜드 모델로 발탁" [ACBF, (G)I-DLE selected as 'Minnie Yuqi' brand models]. bntnews (koreya). September 20, 2022. March 19, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 19, 2023.