Lion (azərb. Şir) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən "Queendom" şousu üçün buraxılmış mahnı. 25 oktyabr 2019-cu ildə şounun "Queendom Final Comeback" minialbomu üçün buraxılmışdır.[1] Mahnının sözləri Soyon tərəfindən yazılmışdır. "(G)I-dle" bu mahnı ilə şouda üçüncü yeri tutmuşdur.[2] Mahnı 6 aprel 2020-ci ildə qrupun "I Trust" minialbomuna daxil edilmişdir.
Mahnı tənqidçilər tərəfindən bəyənilmiş, onu "ilin mahnısı", qrupu isə "gənc şir" adlandırmışdırlar.[3][4]"Lion" qrupun imza mahnılarından birinə çevrilmişdir.[5] "Melon" tərəfindən Bütün dövrlərin top 100 K-pop mahnısından biri seçilmişdir.[6]
24 oktyabr 2019-cu ildə Mnet "Queendom" verilişinin final epizodu üçün ilkin baxış yayımlamışdır.[7] Növbəti gün "(G)I-dle" öz final mahnısını müxtəlif musiqi striminq saytlarında buraxmışdır.
Final epizodundan əvvəl Mnet"Lion" mahnısını və konsepsiyasını təqdim edən klip yayımlamışdır. Mahnının sözlərini yazan Soyon "Kral Aslan" filmindən ilham aldığını açıqlamışdır: "Bir şir kraldır, biz kralıq".[8] Mahnı 25 oktyabr 2019-cu ildə rəqəmsal olaraq buraxılmışdır.[9][10] Növbəti gün Spotify-da yayımlanmışdır.[11]
"(G)I-dle" mahnını ilk dəfə 31 oktyabr 2019-cu ildə "Queendom" verilişinin final yayımında ifa etmişdir.[12] Mahnı üçün qrupun canlandırdığı səhnə "əfsanəvi" adlandırılmışdır.[13][14] Səhnəni izləyən "AOA" üzvləri performansı bəyənmiş, üzvlərdən biri "Sanki altı şir kraliçasını izlədiyimi hiss etdim. Heyran qaldım. Möhtəşəm idi" fikirlərini açıqlamışdır.[15]
1 noyabr 2019-cu ildə video 1 milyon baxışı keçmiş, Koreya Youtube-nun ən çox izlənən videolarından biri olmuşdur.[16] İki həftə sonra 8,8 milyon baxışa çatmışdır.[17] 7 noyabr 2019-cu ildə "(G)I-dle" mahnını "M Countdown" xüsusi səhnəsində ifa etmişdir.[18]
Koreya veb-jurnalı "IZM" mahnını 2019-cu ilin ən yaxşı 10 sinqlı siyahısına salmışdır.[3] "Idology" veb-jurnalı da mahnını ilin ən yaxşı 10 mahnısından biri hesab etmişdir.[19] "Melon" mahnını Bütün dövrlərin top 100 K-pop mahnısı siyahısında 49-cu yerdə göstərmişdir.[20]
↑"(여자)아이들 'LION', 美 빌보드 월드 디지털 송 세일즈 차트 5위" [(G)I-DLE's LION ranked 5th on the Billboard World Digital Song Sales Chart]. Korea Economic TV. November 13, 2019. June 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2024.
↑"결산 2019 : 최고의 노래" [Closing 2019: best songs]. Idology. February 11, 2020. February 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2024.