I'm the Trend – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən ifa olunmuş mahnı. Qrupun fanatlarına həsr olunmuşdur. 7 iyul 2020-ci ildə rəqəmsal sinql kimi buraxılmışdır. Sinql qrup üzvləri Minni və Uqi tərəfindən bəstələnmişdir. Mahnı qrupun 5 iyul 2020-ci ildə baş tutmuş ilk onlayn konserti "I-Land: Who Am" zamanı ifa olunmuş və 3 avqust 2020-ci ildə buraxılmış "Dumdi Dumdi" sinql albomuna daxil edilmişdir.
"I'm the Trend" | ||||
---|---|---|---|---|
(G)I-dle tərəfindən "Dumdi Dumdi" albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 7 iyul 2020 | |||
Janr | dans-pop | |||
Dil |
|
|||
Müddət | 3:28 | |||
Prodüser | ||||
Sözlərin müəllifi |
|
|||
Leybl | ||||
Studiya | Cube Studio | |||
(G)I-dle sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
"I'm the Trend" — YouTube platformasında
|
"Cube Entertainment" 28 iyundan 2 iyula qədər "(G)I-dle" qrupunun mahnılarına aid stikerlər paylaşaraq mahnı haqqında tizer vermişdir.[1][2] Fanatlar bu tizerin qeyd olunan mahnıların yaponca versiyaları haqqında olduğunu düşünmüşdürlər.[3] 5 iyulda rəqəmsal sinqlın tizeri yayımlanmışdır.[4] Mahnı üçün xüsusi klip 7 iyul 2020-ci ildə buraxılmışdır.[5]
"I'm the Trend" Minni tərəfindən yazılmış üçüncü mahnıdır. O, bundan öncə 2018-ci ilin fevralında "Blow Your Mind" və 2019-cu ilin iyulunda "For You" mahnılarının yazılmasında iştirak etmişdir. Uqi ilk dəfə qrupun mahnılarından birini yazmış və bəstələmişdir.[6]
"I'm the Trend" latın musiqisinə əsaslanan rəqs mahnısıdır. Mahnıda qrupun əvvəlki mahnılarına – "Oh My God", "Blow Your Mind", "Latata", "Lion", "Maze", "Uh-Oh" və "Senorita" mahnılarına aid sözlər yer almışdır.[7] Mahnı 3 dəqiqə 25 saniyə davam edir.[8]
Mahnı ilk dəfə qrupun "I-Land: Who Am I" onlayn konsertində ifa olunmuşdur.[9] Mahnı "Gaon" rəqəmsal hit-paradında 96-cı yerdə debüt etmişdir.[10] Yükləmə və striminq hit-paradlarına 14-cü və 122-ci yerlərdə daxil olmuşdur.[11][12] 2020-ci ildə JOOX Honkonq Top Musiqi Mükafatının III mövsümündə "Ən yaxşı 20 Kpop mahnısı" kateqoriyasında namizəd olmuşdur.[13]