"Şərəfsiz əclaflar" (ing. Inglourious Basterds) – Kventin Tarantino rejissoru, əsərin və ssenarinin müəllifi olan, İkinci dünya müharibəsi zamanı bir qrup insanın nasistlərə qarşı, eyni vəhşiliklə, mübarizə aparması haqda bədii filmdir. Maliyyə cəhətdən Tarantinonun ən uğurlu filmidir, dünya üzrə gözlənilən yığım 200 milyon USD çoxdur. Bu film Kriminal qiraət filmindən sonra Kventin Tarantinonun ən uğurlu filmi hesab edilir. Filmin premyerası 2009-cu il mayın 20-də Fransanın Kann şəhərində olmuşdu. Filmin adı Enzo Ci. Kastellarinin "Inglorious Bastards" (1977) filmindən götürülüb. Bu səbəbdən orijinal adında bilərəkdən iki səhv edilib "Inglourious Basterds" və bəzən filmin adı ingilis dilindən digər dillərə tərcümə ediləndə də, bilərəkdən səhvlərlə tərcümə edilir.
Şərəfsiz Əclaflar | |
---|---|
ing. Inglourious Basterds | |
Janr | Alternativ tarix |
Əsas mövzu | İkinci Dünya müharibəsi, qisas[d] |
Rejissor | Kventin Tarantino |
Prodüser | Laurens Bender |
Ssenari müəllifi | Kventin Tarantino |
Baş rollarda |
Bred Pitt Kristof Valts Eli Rot Diane Kruger Daniel Brül Til Şvayger Melani Loran |
Bəstəkar | Ennio Morrikone |
Quruluşçu rəssam | Devid Uosko[d] |
Montajçı | Salli Menke[d] |
İstehsalçılar |
The Weinstein Company Universal Pictures |
Distribütor | UIP-Dunafilm[d][1], Netflix |
İlk baxış tarixi | 20 may 2009, Kann |
Filmin növü | bədii film |
Müddət | 153 dəqiqə |
Büdcə | 70 milyon $ |
Gəlir | 321 milyon $ |
Ölkələr |
ABŞ Almaniya |
Dillər |
ingilis dili fransız dili alman dili italyan dili |
İl | 2009 |
Rəng | rəngli |
Çəkiliş yeri | Berlin, Almaniya Federativ Respublikası, Paris |
IMDb | ID0361748 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Film beş hissədən ibarətdir:
Film əksər kinotənqidçilər tərəfindən müsbət qarşılandı. Nüfuzlu Taym jurnalı Tarantinonun İkinci dünya müharibəsi üçün orijinal sonluq fikirləşməsini tərifləyib:
"Hamı bilir ki, iş necə qurtaracaq. Pis oğlanlar uduzacaq. Adolf Hitler öz bunkerində öləcək. Hanı burda intriqa? Hanı gözlənilməz hadisələr? Müharibə haqqında olan əksər filmlər üçün tarixi faktlar — müqəddəs bir şey kimidir. Bu cəhətdən "Şərəfsiz əclaflar" digər müharibə filmlərindən yaxşı mənada fərqlənirlər".
Rocer Ebert "Şərəfsiz əclaflar"ı ilin ən yaxşı filmlərindən biri adlandırıb və sonra belə əlavə edib:
"Bu kinoəsərin mərkəzində Qəhrəman, Nasist və Qızdır. Tarantino növbəti dəfə güclü xarakter yaratmaq məharətini göstərib; onun yaratdığı sürətlər kinoda gördüyümüz əksər personajlardan daha əzəmətli görünürlər".