Köhnə çamadanlar

Köhnə çamadanlar — Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edir.

Köhnə çamadanlar
Janr dram
macəra
müharibə
Rejissor Saida Haqverdiyeva
Ssenari müəllifi Sevda Sultanova
Baş rollarda Məmməd Səfa
Pərvanə Qurbanova
Gülzar Qurbanova
Zemfira Əbdülsəmədova
Zümrüd Qasımova
Oksana Rəsulova
Şəfəq Əliyeva
Nəsibə Eldarova
Bəstəkar Vüqar Camalzadə
Rəssam Əfşan Əsədova
İlk baxış tarixi 30 aprel 2022
Nizami Kino Mərkəzi
Filmin növü tammetrajlı bədii film
Müddət 1 saat 50 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2022
Bölüm sayı 1
Rəng rəngli
Çəkiliş yeri Bakı
Astara
Lənkəran
Xızı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production"un birgə layihəsi, "OYUN" inklüziv teatr MMC-nin istehsalı olan "Köhnə çamadanlar" bədii filmi real hadisələr əsasında çəkilib. Tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər. Ekran işində Birinci və İkinci Qarabağ müharibəsində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Hadisələr fonunda müharibə, onun insan psixologiyasında buraxdığı izlərə baxmayaraq heç bir halda haqqın zəfərinə, qələbəyə inamının itmədiyinin şahidi oluruq. Final səhnələri Azərbaycan ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır. Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri — əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alırlar. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Sevda Sultanova
Rejissor: Saida Haqverdiyeva
Görüntü rejissoru: Şahmar Qəhrəmanov
Quruluşçu rəssam: Əfşan Əsədova
Montaj rejissoru: Rza Almasi Pərqu
Bəstəkar: Vüqar Camalov
Art director: Tahir Tahiroviç
Baş prodüser: Pərvinə İsmayılova
İcraçı prodüserlər: Kəmalə Nəhmətova, Nicat Məmmədov

Uşaq rollarını Oyuq Teatr Studiyasının aktyorları ifa edib Selcan Xatun, Aylin Nəcəfli, Nazan Qafarova, Nazim Hacıyev, Vüsalə Bəkirzadə, Hökümə Ağayeva, Nihad Quliyev, Əli İsmayıl, Fidan Nəcəfli, Firuz İbrahimov, İnci Mustafalı, İbrahim Süleymanlı, Adil Əliyev, Melisa Oskoi, İlkin Həsənli, Uğur Cəbrayılov, Səməd Yunusov, Fuad Atayev, Murad Əliyev, Esma Gəncəlizadə, Zəhra Qafarova, Hüseyn Abdullayev, Hüseyn Hacılı, Ömər Akın, Nur və Asiə Vahbi, Aliyə Babayeva, Atilla İbrahimov, Əsma İsazadə.

Filmdə həmçinin, Birinci Qarbağ Müharibəsinin döyüşçüləri Kəmalə Qəhrəmanova, Xanımzər Həsənova, Aliyə Piriyeva, Məhəbbət Paşayeva, Xocalı sakini Fiqurə Rüstəmova, İkinci Qarabağ Müharibəsinin qaziləri Sürab Hacısəyidxan, Mobil Əhmədzadə, Elnur Abdullayev, Samir Paşayev, Samir Məmmədov, Mübariz Əliyev, Elçin Paşayev, Elnur Novruzov, Alim Şükürzadə , Babək Rzazadə, Ruslan Babazadə, Mirsaleh Kişizadə, Emil Begiyev, Rəşid Əzimzadə, Sənan Tağızadə, İlqar Əliyev, Cəfər Əlizadə iştirak ediblər. Kütləvi səhnələrdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq və Nəqliyyat fakültələrinin tələbələri çəkilib

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2022-ci ilin Azərbaycan filmləri
2022-ci illər Azərbaycan filmlərinin siyahısı