Film Azərbaycan kəndlərindən birinin əkinə yararsız torpaqlarının üzümlüyə çevrilməsi, bununla əlaqədar kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verməsi, eyni zamanda mənəvi və psixoloji problemlərin meydana çıxması haqqında söhbət açır. Burada eyni zamanda respublikamızda üzümçülərin qarşısında duran sosial-iqtisadi problemlərdən danışılır.
Köhnə bərə | |
---|---|
Fayl:Köhnə bərə (film, 1984).jpg | |
Janr |
dram məhəbbət |
Rejissor | Elxan Qasımov |
Ssenari müəllifləri |
Sabir Azəri Fərhad Ağamalıyev |
Baş rollarda |
Fəxrəddin Manafov — Eldar Sona Mikayılova — Əminə Ələddin Abbasov — Öməroğlu Süleyman Ələsgərov — İlyas Hamlet Xanızadə — raykom katibi Dadaş Kazımov — İsa Rasim Balayev — Səlman |
Operator | Kənan Məmmədov |
Bəstəkar | Ramiz Mirişli |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 13 sentyabr 1985 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 79 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1984 |
Texniki məlumatlar |
8 hissə 2216 metr genişekranlı 35 mm "Svema" kinolenti(Şostka kimya kombinatı) |
Rəng | rəngli |
IMDb | ID0275699 |
Film Sabir Azərinin "Duman çəkilir" pyesi əsasında ekranlaşdırılmışdır.[1]
Filmə ümumittifaq ekranlarında 6 milyon tamaşaçı baxmışdır.