Kəllə sümüklərinin sınıqları

Kəllə sümüklərinin sınıqları — açıq və qapalı sınıqlara ayırd edilərək, bütün bədəndə olan sümük sınıqları ilə müqaisədə ən qorxulu sınıqlara aiddir. Avtomobil, istehsalat qəzası, bərk, güclü zərbə, hündürdən yıxıldıqda, yaxud müxtəlif səbəbli fövqəladə hallar və s. kəllə sümüklərinin sınmasına səbəb ola bilər.[1]

Kəllə sümüklərinin sınıqları
XBT-10 S02.1
XBT-9 801.1
MeSH D020205

Kəllənin açıq sınıqlarının əlamətləri:[2]

Qapalı sınıqlarının əlamətləri:[3]

Fərqləndirici əlamətlərdən biri "eynək əlaməti" (gözlərin ətrafında qansızmalar) zədələnmədən bir neçə saat sonra əmələ gəlir.[3]

Zədələnmiş üfiqi vəziyyətdə başı mütləq yana çevrilmiş vəziyyətdə olmalıdır (Qəflətən baş vermiş qusma zamanı dilin qatlanmasına qarşı profilaktik tədbirdir). Başın altına dairə formasında kiçik balış qoyulur, o olmadıqda dəsmalı və ya hər hansı bir parçanı "bubliq" formasında düzəldib xəstənin başının altına qoyurlar.[4]

Başda yara olduqda onu antiseptik dərmanlar ilə təmizləyib steril sarğı qoyurlar. Yaradan çıxan sümük fraqmentlərinə dəymək, təsir etmək olmaz. Burun, qulaqdan qanın və beyin mayesinin axması zamanı steril salfet ilə onu xaric edib, burun nahiyəsinə və başın arxasına soyuq kompress qoyulur.[4]

Zədələnmişin yanında daima ona qulluq edənin olması maqsədəuyğundur, çünki xəstədə mərkəzi sinir sistemində kəskin oyanma dövrləri, qıcolmalar, qəflətən qusma halları, tənəffüs fəaliyyətində müxtəlif pozulmalar və digər həyat üçün təhlükəli kəllə-beyin zədələnməsinin ağırlaşması müşahidə oluna bilər.[4]

Kəllə sümüklərinin sınmasında çox vaxt ölüm halının səbəbi tənəffüs fəaliyyətinin pozulması və sonralar dəyanmasıdır. Bu səbədən həkiməqədər yardım mərhələsində təxirə salınmaz həkiməqədər tədbirləri keçirərkən hazır olmaq lazımdır ki, hər an xəstəyə ağ ciyərlərin süni ventilyasiyasını tətbiq etmək lazım olacaqdır.[4]

  1. R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 50.
  2. 1 2 3 4 5 6 R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2019. 2020. səh. 50.
  3. 1 2 3 4 5 6 7 8 9 R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2019. 2020. səh. 51.
  4. 1 2 3 4 R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2019. 2020. səh. 52.