Kəmər (ilçə)

KəmərTürkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbindəcənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir

Kəmər
Kemer
36°36′04″ şm. e. 30°33′50″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi 53 483 km²
Mərkəzin hündürlüyü 4 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 41 621 nəfər
Digər
antalya-kemer.bel.tr
Xəritəni göstər/gizlə
Kəmər xəritədə
Kəmər
Kəmər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adlandırılması

[redaktə | mənbəni redaktə et]

XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar[1]

Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır. Rayon ərazisində mövcud olan digər antik şəhər olan Olimposun əsası E.ə. II əsrdə qoyulub. Mərkəzdən 25 km uzaqlıqda olan şəhər E.ə. 78-ci ildə Romalıların əlinə keçmişdir. Gedelma kilsəsi Roma dövründən qalmışdır. Rayon mərkəzində olan İdyros (İdropolis) şəhərinin qalıqlıqlarına əsasən şəhərin dənizçilikticarət mərkəzi olduğu müəyyən edilir.

Kəmər rayonu XII əsrdə Türklərin əlinə keçmişdir. XX əsrin əvvəllərində rayona köçərilər gəlməyə başlaçışdır. 1968-cı ildə Kəmər kənd, 1986-cı ildə isə qəsəbə adını almışdı. 20 may 1990-cı il tarixli 3644 saylı qanunla Kəmər rayon adı verilmişdir. 26 avqust 1991-ci ildə Kemer Kaymakamlığı qurulmuşdur.[2]

Kemer rayonunun Antalya əyalətindəki mövqeyi

Kəmər rayonu Antalyanın 43 km qərbində yerləşir. Rayon Qərbi Toros dağlarının ətəklərində 46 km uzunluğundakı sahil xəttində yerləşir. Şərqində Aralıq dənizi, qərbində meşə və dağlarla əhatələnmiş rayonun sahəsi 53.483 km²-dir. Rayonun 45 000 hektarlıq ərazisi meşə ilə örtülmüşdür. Rayonun iqlimi yaz aylarında isti və quraq, qış aylarında isə sərin və yağışlı keçir. Rayonun ən yüksək yeri 15 m-dir.[3]

Kəmər rayonu əhalisi son 5 ildə artmaqda davam edir. Belə ki, 2010-cu il statistikasına əsasən rayon əhalisinin sayı 36 010 nəfər[4] idisə bu rəqəm 2012-ci ildə 41 268 nəfər[5] olmuşdur. Son 2014-cu il statistikasına əsasən isə rayon əhalisi 2013-cü il statistikasına nisbətən azalma baş vermişdir. Belə ki, rayon əhalisi 42 421 nəfərdən[6] 41 621 nəfərə[7] enmişdir.

Rayon 1980-cı illərdə tətbiq edilən Cənubi Antalya Turizm layihəsi ilə mühüm turizm mərkəzlərindən birinə çevrilmişdir. Rayon tarixi Likiya şəhərləri olan Olimpos, Faselisİdyros şəhərlərini özündə birləşdirməklə yanaşı Türkiyə turizminində mühüm yerə malik Likiya yolu üstündə yerləşir. Likiya yolu istiqamətində səfərə çıxdığımız zaman Kəmər rayonunda yerləşən Faselis və Olimpos antik şəhərləri ziyarət edilən mühüm bölgələrdəndir.

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. Kemer hakkında Arxivləşdirilib 2020-07-20 at the Wayback Machine Kəmər Belediyesi
  2. Kemer ilçesi tarihi Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine T.C. Kemer Kaymakamlığı
  3. Kemer ilçesi Coğrafiyası Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine T.C. Kemer Kaymakamlığı
  4. 2010-cu il statistikası Türkiyə Statistika Komitəsi
  5. 2012-ci il statistikası Türkiyə Statistika Komitəsi
  6. 2013-cü il statistikası Türkiyə Statistika Komitəsi
  7. 2014-cü il statistikası Türkiyə Statistika Komitəsi
  8. Kardeş şehirler Arxivləşdirilib 2021-03-09 at the Wayback Machine Kemer Belediyesi