Kərəm Həsənov

Kərəm Əvəz oğlu Həsənov (2 avqust 1969, Cəlilabad rayonu) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri (2019-cu ildən), 1-ci dərəcə dövlət müşaviri.

Kərəm Həsənov
bayraq
Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri
bayraq2
Vəzifədədir
29 noyabr 2019-cu ildən
Prezidentİlham Əliyev
ƏvvəlkiEldar Nuriyev
19 may 2009 – 23 oktyabr 2019
Prezidentİlham Əliyev
Baş nazirArtur Rasizadə
Novruz Məmmədov
Əli Əsədov
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
16 sentyabr 2005 – 19 may 2009
Prezidentİlham Əliyev
Baş nazirArtur Rasizadə
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan Respublikası dövlət əmlakı nazirinin müavini
bayraq2
25 oktyabr 2000 – 30 aprel 2001
Şəxsi məlumatlar
Doğum tarixi 2 avqust 1969(1969-08-02) (54 yaş)
Doğum yeri
Təhsili Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Fəaliyyəti siyasətçi, iqtisadçı

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kərəm Əvəz oğlu Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1986-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1988–1989-cu illərdə Moskva şəhərində hərbi xidmət keçmişdir. 1992-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu (Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu) fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

1992–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi yüksəlmişdir. 2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru və nazir müavini kimi vəzifələrdə çalışmışdır. 16 sentyabr 2001-ci ildən 16 sentyabr 2005-ci ilədək isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin direktoru vəzifəsində çalışmışdır.

16 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyindən alınaraq onun əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmış sədri isə Kərəm Həsənov təyin edilmişdir. O, bu vəzifəni 19 may 2009-cu ilədək daşımışdır. 19 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilərək onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmış və sədri Kərəm Həsənov təyin olunmuşdur. 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilmişdir.[1]

1 avqust 2019-cu ildə Azərbaycan Respublikasında əmlak məsələləri sahəsində dövlət idarəetməsinin təşkilində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.[2]

Deputat Malik Həsənovun qardaşıdır.[3]

  1. K. Ə. Həsənovun Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı — https://president.az/articles/35031 Arxivləşdirilib 2021-01-26 at the Wayback Machine
  2. President.Az. "K.Ə.Həsənovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2019. 2019-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.
  3. "https://qaynarinfo.az/az/azerbaycanda-qohum-olan-memur-ve-deputatlar-siyahi/". 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-17.