Rio-de-Janeyro (port. Rio de Janeiro) — Braziliya ərazisində yerləşın ştat. İnzibati mərkəzi Rio-de-Janeyro şəhəridir.
Rio-de-Janeyro ştatı | |
---|---|
|
|
Ölkə | |
İnzibati mərkəz | Rio-de-Janeyro |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 1.109 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-RJ |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ştat əhalisi özlərini «fluminense» (port. fluminense) adlandırırlar.
İri şəhərləri: Rio-de-Janeyro, Nova-İquasu, Niteroy, Duki-di-Kaşias, San-Qonsalu.
Portuqal koloniyaçıları bölgəyə XVI əsrdə ayaq basmışlar. Bir müddət sonra gəlmə porrtuqallar hindu və qaralarla izdivaca virərək qarışmışlar.
İlk portuqalarla yanaşı bura isveçrəlilərdə ayaq basmışlar. Onlar Yeni Friburq şəhərini salmışlar. 1823-cü ildə bura kütləvi şəkildə almanlar köçürülür. Finlər Peduya toplaşaraq öz cəmiyyətlərini qurmuşlar. XIX əsrin sonu — XX əsrin əvvəlləri əraziyə italyanlar, portuqallar və ispanlar köçür. Bir qədər sonra isə alman, polyak, belçikalı ayaq basır. XX əsrin ortaları ştat əhalisinin ¾ avropalı idi.
Avropada vəziyyətin yaxşılaşması ilə bura köçənlərin sayının azalmasına səbəb olmuşdur. Bununla belə imiqrasiya sayəsində ştat əhalisi kifayət qədər artmış, iqtisadi baxımından güçlənmişdir.
2010-cu ilə olan məlumata görə ştat ərazisində 15 989 929 nəfər[2] yaşayır. Əhalinin böyük qismi 50 yaşdan yuxarıdır. Əhalinin 56 % avropa, 33 % — qarışıqlar, 11 % — qaralar 0,3 % — asiya, 0,2 % — hindu məhşəllidir (2009)[3]. Ştat ərazisində hakim dil portuqalcadır.
İnzibati cəhətdən 6 mezoregion və 18 mikroregiona bölünür.