Kiberzorakılıq

Kiberzorakılıq (ing. Cyberbullying) — rəqəmsal texnologiyaların istifadəsindən əmələ gələ bilən zorakılıq növüdür. Bu, sosial mediada, mesajlaşma platformalarında, oyun platformalarında və mobil telefonlarda baş verə bilər. Bu, hədəfə alınanları qorxutmaq, qəzəbləndirmək, təqib etmək və ya utandırmaq məqsədi daşıyan və təkrarlanan davranışdır. Hər hansı bir zorakılığın, o cümlədən kiberzorbalığın qurbanı olan insanların ədalət və cinayətkarın məsuliyyətə cəlb etmək hüququ vardır. Kiberzorbalıqla bağlı xüsusi qanunları olan ölkələrdə, qəsdən ciddi emosional sıxıntıya səbəb olan onlayn davranış cinayətkarlıq kimi təsnif olunur. Bu ölkələrin bəzilərində kiberzorbalıq qurbanları müdafiə üçün müraciət edə, müəyyən bir şəxslə ünsiyyəti qadağan edə və həmin şəxsin kiberzorbalıq məqsədilə istifadə etdiyi elektron cihazlardan müvəqqəti və ya daimi istifadəsini məhdudlaşdıra bilər.[1][2] Kiberzorbalıq onlayn mühitdə şəxslər arasında təhqir, nifrət və ya təzyiqin ifadəsi kimi təsvir olunur. Bu, elektron poçt, sosial şəbəkələr, forumlar və sair onlayn platformalar vasitəsilə edilir.

Kiberzorbalığın bəzi halları

[redaktə | mənbəni redaktə et]

Sosial Şəbəkə Təzyiqi

Elektron poçt təhqiri

Şəxsi məlumatların paylaşılması

  • Şəxslərin şəxsi və gizli məlumatlarının onlayn olaraq yayılması.

Fake Hesablar

  • Saxta sosial media hesabları yaradaraq şəxslərə qarşı təzyiq etmək.

Rəsmi vəzifə təzyiqi

  • İş yeri təzyiqi və ictimaiyyi təzyiq. Şirkətlər və müəssisələr arasında onlayn təhqir ifadələri.

Bu hallar Kiberzorbalığın bəzi ümumi növləridir və təhlükəli və psixoloji təsirlərə səbəb ola bilir.

  1. "Kiberbullinq : Bu nədir və onu necə dayandırmaq olar". https://www.unicef.org (ingilis). Archived from the original on 2023-12-17. İstifadə tarixi: 2023-12-17. (#first_missing_last)
  2. Wolpert, Stuart. "The teenage brain on social media". UCLA Newsroom (ingilis). 2019-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]