Konstantin (Kote) Nikolaeviç Abxazi (gürc. კონსტანტინე (კოტე) ნიკოლოზის ძე აფხაზი; 25 sentyabr 1867, Kardaxani[d], Tiflis quberniyası – 20 may 1923, Tiflis Rusiyada Abxazov[1]) — Gürcüstan hərbi və siyasi lideri, Rusiya imperator Ordusunun (1916) və Gürcüstan Demokratik Respublikasının Milli Ordusunun (1918) general-mayoru, Tiflis əyalətinin zadəganlarının lideri.
Konstantin Abxazi | |
---|---|
gürc. კონსტანტინე (კოტე) ნიკოლოზის ძე აფხაზი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr 1867 |
Doğum yeri |
|
Vəfat tarixi | 20 may 1923 (56 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Knyaz Konstantin (Kote) Abxazi 1867-ci il sentyabrın 25-də Kaxeti bölgəsinin Kardenaxı kəndində varlı və zadəgan ailəsində anadan olub. O, knyaz Nikoloz Abxazinin və görkəmli gürcü yazıçısı və ictimai xadimi İlya Çavçavadzenin bacısı knyaginya Nino Çavçavadzenin oğlu idi.
Konstantin Abxazi Tbilisi Kadet Korpusu və Sankt-Peterburqdakı 1-ci Pavlovsk Hərbi Məktəbini (1886) bitirib. Hərbi məktəbi bitirdkdən sonra 1890-cı ildə Rusiya imperiyası ordusuna xidmətə qəbul edilmişdir.
Gürcüstana qayıdaraq, Gürcüstan ordusunun generalı (1918) rütbəsini aldı və Gürcüstan Milli Demokrat Partiyasının (1917) qurucularından biri oldu. Onun iştirakı ilə 1918-ci ilin fevralında Tbilisi Dövlət Universiteti quruldu.
26 may 1918-ci ildə Gürcüstanın İstiqlal Bəyannaməsini imzalayan şəxslərdən biri oldu.[2]
1917–1919-cu illərdə Gürcüstan Milli Şurasının üzvü, 1921-ci ildə Gürcüstan Milli Demokrat Partiyasının sədri (Mərkəzi Komitənin rəhbəri) seçildi.
1921-ci ilin əvvəlində Sovet Rusiyasının XI Qırmızı Ordusunun dəstəyi ilə Gürcüstanda Sovet hakimiyyəti quruldu və bu səbəbdən Gürcüstanın menşevik hökuməti ölkəni tərk etməyə məcbur oldu. Lakin Abxazi Gürcüstanda qaldı və Hərbi Mərkəzə rəhbərlik etdiyi Gürcüstan Azadlıq Komitəsinə qoşuldu. Xevsureti və Kaxetidə partizan dəstələrinin təşkilinə rəhbərlik etmişdir (1921–1923). 1923-cü ilin martında Abxazi və Hərbi Mərkəzin digər 14 üzvü (Aleksandr Andronikaşvili, Varden Sulukidze, Polkovnik Georgi Ximşiaşvili, Rostom Musxelişvili, Mixail Zandukeli, Simon Bagration-Muxranski, Parnaoz Karalaşvili, İason Kereselidze, İvanon Levadilelize, İvane Kutateladze) Siyasi İdarə tərəfindən həbs edildi. 1923-cü il mayın 19-da Zaqafqaziya və Gürcüstan Fövqəladə Komissiyasının İdarə Heyətinin qərarı ilə Gürcüstanda silahlı antisovet üsyanı hazırlayan "Hərbi Mərkəzə" rəhbərlik etmək ittihamı ilə edam cəzasına məhkum edildi. Qərar Zaqafqaziya və Gürcüstan Fövqəladə Komissiyalarının 19 may 1923-cü il tarixli genişləndirilmiş iclasında verilmişdir.
Konstantin Abxazi 20 may 1923-cü ildə Tiflisdə güllələndi.[3] O, edamdan əvvəl müraciətində söyləmişdir:
Mən sevinclə ölürəm, çünki Gürcüstan üçün qurban verdiyim üçün qürur duyuram. Mənim ölümüm Gürcüstana qələbə gətirəcək.[4] |
Eyni zamanda, Hərbi Mərkəzin digər üzvləri də güllələndi.
Abxazi və komitə fəallarının edam edilməsindən bir il sonra 1924-cü ilin 29 avqust tarixində avqust qiyamına start verilmişdir. Plana əsasən Gürcüstanın müxtəlif bölgələrində eyni anda qiyam hərəkatı başladılmalı və dövlət qrumlarının binalarına hücumlar təşkil edilməli idi. Üsyançılar arasındakı rabitə əlaqəsinin zəif olması və bütün ölkə əhalisinin üsyanlara dəstək verməməsi nəticəsində istənilən nəticə əldə olunmamışdır. Çiatura şəhərində üsyanın bir gün əvvəl, 28 avqust tarixində başlamasıda bu faktları bir daha sübut edir. Üsyan böyük amansızlıqla yatırıldı. Nəticədə 3500 üsyançı döyüşlərdə, qalan 10 min isə Zaqafqaziya və Gürcüstan Fövqəladə Komissiyalarının qərarı ilə edam edildi.
Abxazinin oğlu Nikolay 1987-ci ildə vəfat etmişdir. Onun həyat yoldaşı Şanxay əsilli Peggy Pemberton Carter 1994-cü ildə ölmüşdür. Abxazinin oğlu Kanadaya köçdü və 1946-cı ildə Vankuver adasında məşhur Abxazi Bağını salmışdır.[5]
Ordenlər:
Tiflisdə (keçmiş Leselidze) küçə Kote Abxazinin adını daşıyır.[6] Lado Asatiani küçəsi, 46 ünvanında xatirə lövhəsi qoyulub.[7][8]