Qərb Cəbhəsi, Almaniyanın qərbində qalan Avropa torpaqlarında, əsas olaraq Belçika, Fransa və Hollandiyanı əhatə edən cəbhədir.[1]
Qərb cəbhəsi | |
---|---|
Birinci Dünya müharibəsi | |
Tarix | 1914-cü - 1918-ci illər |
Yeri | Qərbi Avropa |
Nəticəsi | Müttəfiqlərin qələbəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Almaniyanın döyüş strategiyası Şliffen planına söykənirdi.[2] Bu plana görə, hərbi səfərbərliyini iki həftədə tamamlayan Fransa 39 günə döyüşdən xaric olunacaq, ardınca Şərq cəbhəsinə qayıdaraq ən az altı həftədə tamamlanacaq Rusiyaya hücum ediləcəkdi. Qərb cəbhəsinin döyüşləri 4 avqust 1914-cü ildə Alman ordusunun Belçikaya hücumu ilə başladı. Amma Belçika ordusu gözlənilməyən bir müqavimət göstərdi. Alman birləşmələri Liq vilayətini planlaşdırdığı kimi 24 saata deyil, 13 günlük mübarizədən sonra ələ keçirib Fransanın içərilərinə doğru irəliləmək məcburiyyətində qaldılar. Fransa torpaqlarına doğru irəliləyən Alman ordusu, Parisə 70 km qalmış Marna çayı sahilində Fransızların sərt müqaviməti ilə qarşılaşdı. 6–12 sentyabr tarixindəki Birinci Dünya Müharibəsinin ən qanlı döyüşlərindən olan Marna döyüşündən sonra Qərb cəbhəsində xətlər bağlanmışdı. Hər iki tərəf səngərlərə yerləşdi və dəfələrlə olunan qarşılıqlı hücumdan heç bir nəticə əldə olunmadı.[3][4]
Səngərdən səngərə qarşılıqlı hücumlar 1915-ci il boyu davam etdi. Hər iki tərəf ağır itkilər versə də, önəmli dəyişikliklər olmamışdı. 1915-ci il Qərb cəbhəsi döyüşlərinin ən önəmli tərəflərindən bri də budur ki, ilk dəfə zəhərli qazdan istifadə olunmuşdu.[5]
Rusiyanın hərbi gücünün zəifləmişolduğunu düşünən Alman Baş Qərargah rəisi Erik von Falkenhayn gücləndirdiyi orduyla Verdendən hücuma başladı. 21 fevral 1916-cı ildə başlayan Verden döyüşü 24 km-lik cəbhə xəttində şiddətli bombardımanla başladılmışdır. Başlanğıcda Fransız ordusunda dağılmalar olsa da, Marşal Peten yeni yollar açdıraraq cəbhəyə daimi olaraq hərbi sursat dəstəyi vermişdi. Fransız topçu batalyonunun daimi və güclü atəşi almanların irəliləməsini çətinləşdirib və sonda qarşısının alınmasında önəmli rol oynamışdır. Birinci dünya müharibəsinin ən qanlı döyüşlərindən olan Verden döyüşündə hər iki tərəfdən cəmi 650 nəfər həlak olmuşdur. Bu döyüş tarixdə "Verden qəssabxanası" adı ilə qalıb.
Sentyabr ayının sonuna kimi alman birləşmələri ağır da olsa, nizamlı şəkildə iləriləyirlər. Amma Fransız və ingilis Xarici Səfər qüvvələrinin başlatdıqları əks-hücum əməliyyatı almanların irəliləməsinin qarşısını almışdır. Dörd ay çəkən Somma döyüşündən sonra almanlar köhnə mövqelərinə geri çəkilək məcburuyyətində qalmışdılar. Ağır itkilərlə nəticələnəən Somma döyüşləri də alman qüvvəələrini Fransadan çıxara bilməmişdir.[6]
1916-cı ildəki müvəffəqiyyətsizlikdən sonra R.G.Nivelli Fransız Ordusu idarəçiliyinə təyin olundu. Nivelli, Fransız ordusunun baş rol oynayacağı bir ümumi əks-hücumla almanları Fransa torpaqlarından çıxarmağı nəzərdə tutan bir döyüş planı təklif etmişdir. Bu plana görə, İngilis ordusu cəbhənin qanadlarından, daha sonra isə Fransız ordusu cəbhənin mərkəzindən hücüm edəcəkdi. Plan barədə İngilis ordusuyla yalnız aprel ayının sonunda razılaşmaya gəlmək olardı. Həmin vaxt Almanlar mərkəzi gücləndirdilər və bir az geri çəkilərək boşaltdıqları ərazini minaladılar. Nəticədə Fransızların hücumu ağır itkilərlə uğursuz olmuşdu.[7]
İyun ayında İngilislərin başlatdıqları hücumlar cəbhə xəttində nəzərə çarpacaq dəyişiklik aratmadı və 250 min itkiylə nəticələndi. General Petenin apardığı hücumlar isə bəzi strateji nöqtələrin ələ keçirilməsi ilə nəticələnmişdir.
Antanta Dövlətləri üçün 1918-ci ilin ilk aylarındakı əsas problem, ABŞ ordusu qitəyə çatana qədər Almaniyanın Şərq cəbhəsinə yerləşdirdiyi qüvvəyə müqavimət göstərə bilmək idi.
Alman hücumu 21 mart 1918-ci ildə başladılmışdı. Bəzi uğurlarla nəticələnən alman hücumları, Fransız ordusunun tanklarla etdiyi əks-hücumlar nəticəsində dayanmış, daha sonra isə alman ordusu geri çəkilmişdir.
Sentyabr ayında ABŞ ordusunun da qatıldığı bir hərəkat planlaşdırılmışdı. Bu plana görə, Antanta orduları dörd qoldan hücuma keçərək alman cəbhəsinin geri bağlantısını kəsəcəkdi. Müxtəlif səbəblərdən bu məqsədinə çatmamışolmasına qarşı hərəkat Alman Baş Qərargahında döyüşün gələcəyi ilə bağlı ümumi bir ümidsizlik yaratmışdır.