Konstantin Kapıdağlı və ya Kapıdağlı Konstantin (Κωνσταντίνος Κυζικηνός Konstandinos Kizikinos), XVIII əsrin 2-ci yarısı və XIX əsrin 1-ci yarısında yaşamış Yunan əsilli Osmanlı rəssamıdır.
Konstantin Kapıdağlı | |
---|---|
Doğum tarixi | XVIII əsr |
Vəfat tarixi | XIX əsr |
Fəaliyyəti | rəssam |
Janr | portret |
Vikianbarda əlaqəli mediafayllar |
Konkret dünyaya gəldiyi zaman haqqında heç bir məlumat mövcud deyildir. Onun ilk rəsm əsərlərində kişi və qadın təsvirlərinə yer ayrılmışdır. Bu əsərləri hal-hazırda Topqapı sarayında nümayiş etdirilir.[1] Konstantin 1789-cu ildə III Səlimin taxtaçıxma mərasimi adlı rəsm əsərini və 1803-cü ildə isə III Səlimin (təsbehli) portretini çəkmişdir.
III Səlimin sifarişi ilə Kapıdağlı tərəfindən hazırlanmış olan portretlər silsiləsi (Kapıdağlı seriyası) hal-hazırda da Topqapı Saray Muzeyində mühafizə olunur.
Konstantinin konkret ölüm tarixi də məlum deyildir.