Ləbbadə

Ləbbadə — çiyinüstü üst gödəkçəsi.[1] Sırıqlı və astarlı olur. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanır. Ləbbadənin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olur. Qolu qısa, dirsəyə qədərdir. Qoltuq yeri açıq biçilir. Ləbbadə tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilir.[2]

  1. "Azərbaycan milli geyimləri". 2010-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-13.
  2. "Azərbaycan milli geyimləri". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.