Kvay çayı üzərindən körpü (film, 1957)

"Kvay çayı üzərindən körpü" (ing. The Bridge on the River Kwai) — Pyer Bulun eyniadlı romanı əsasında rejissor Devid Lin tərəfindən 1957-ci ildə Seylonda çəkilmiş Britaniya-ABŞ istehsalı olan bədii film. Baş rollarda Uilyam Holden, Alek GinnessCek Hokins çəkilmişdir.

Kvay çayı üzərindən körpü
The Bridge on the River Kwai
Janr hərbi dram
Əsas mövzu İkinci Dünya müharibəsi, İkinci dünya müharibəsində Sakit okean cəbhəsi
Rejissor Devid Lin
Prodüser Sem Şpigel
Ssenari müəllifləri Pyer Bul
Karl Forman
Maykl Vilson
Baş rollarda Uilyam Holden
Alek Ginness
Cek Hokins
Operator Cek Hildyard
Bəstəkar Malkolm Arnold
İstehsalçılar Columbia Pictures, Horizone Pictures
Distribütor InterCom[d], Netflix
İlk baxış tarixi 1957, 7 mart 1958[1], 18 iyul 1958, 11 oktyabr 1957[2], 14 dekabr 1957[2]
Müddət 161 dəq.
Büdcə 3.000.000 $
Gəlir 27.200.000 $[3]
Ölkələr ABŞ ABŞ
Dil ingilis dili
İl 1957
Rəng rəngli
Çəkiliş yeri Birləşmiş Krallıq
IMDb ID0050212
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı operator işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müasir kinoşünaslar tərəfindən tarixinin ən yaxşı kino işlərindən hesab olunur və rejissor Devid Linin karyerasının kulminasiya nöqtəsi (Linin digər bir epik blokbasteri olan "Ərəbistanlı Lourens"lə yanaşı) sayılır. Film 7 Oskar mükafatı qazanmış, o cümlədən ilin ən yaxşı filmi seçilməklə yanaşı, bir sıra kinematoqrafiya mükafatlarına layiq görülüb.

II Dünya müharibəsi zamanı ingilis hərbi əsirləri Birma cəngəlliklərində yapon düşərgəsinə düşürlər. Orada onlar keçən dəfəki əsirlər partiyasından qalan iki amerikalı əsirlə rastlaşırlar. İngilislərə polkovnik-leytenant Nikolson (Alek Ginness) rəhbərlik edir. O hesab edir ki, özü və adamları Sinqapurda ali komandanlığın əmrinə əsasən əsir düşdüyündən, onlar əsirlikdə olmasına baxmayaraq, hərbi xidmət başında olmuş kimi sayılırlar. O, öz adamları arasında ciddi ordu nizamını yürüdür, hətta onlar düşərgədə yaralar, xəstəliklər və yaponların onlara qarşı törətdiyi işgəncələrə baxmayaraq sıra addımları ilə gəzirlər. O, amerikalılardan biri olan komandir Şirzin (Uilyam Holden) bunun artıq xidmət yox, cəhənnəm olması, yalnız iki yolun olması: gec və ya tez bütün əsirlər kimi düşərgədə ölmək, ya da qaçış zamanı cəngəlliklərdə həlak olmaqla bağlı fikirlərinə əhəmiyyət vermir. Lakin yapon hərbi düşərgəsinin başçısı polkovnik Sayto üçün (Sessyu Hayakava ) kimin özünü ingilis, əsgər və ya əsir hesab etməsi maraqlandırmır. Ona qısa bir zaman ərzində Kvay çayı üzərindən körpü tikmək əmri verilmişdir. O bütün əsirlərin bərabər olmasını və bu səbəbdən körpünün tikintisində rütbəsindən asılı olmayaraq hamının iştirak edəcəyini elan edir. Lakin polkovnik-leytenant Nikolson yaponlardan Cenevrə konvesiyasının zabit hərbi əsirlərin işlərə cəlb olunmasını qadağan edən 27-ci maddənin icrasını tələb etmək niyyətindədir. Sayto isə bütün konvensiyaların onun vecinə olmadığını və bu düşərgədə onun kimin nə etməli olduğunu müəyyən edən şəxs olduğunu bildirir. Nikolsonun öz əsgərlərinə hamı ilə işləməməyi əmr etməsini görən polkovnik Sayto onların hamısını gülləyəcəkləri ilə təhdid edir. Son anda tibbi xidmət mayoru Klipton buna qarışaraq polkovnik Saytoya bildirir ki, o tibbi evlərdə yaranan konflikti müşahidə edən çoxlu sayda yaralı və zabiti öldürə bilməz. Hətta onların hamısını qaçış cəhdinə görə də öldürə bilməz. Çünki onların çoxusu heç gəzə bilmir. Onda Sayto geri dönərək öz çadırına yollanır. Əsirlər işləməyə başlayır, lakin zabitlər isə "farağat" vəziyyətində günəşin altında duraraq onları seyr edirlər. Onlar biri huşunu itirərək yerə yıxılır, lakin yerdə qalanların hamııs axşama qədər elə dayanmağa davam edirlər. Sonradan məlum olur ki,bütün zabitlər karserdə, lakin Nikolson isə dik durmağın qeyri-mümkün olduğu kiçik it damına bənzər yerdə gecələyəcəkdir. Komandir Şirz onların düşərgədə sağ qalmaq şanslarının cəngəlliklərdə sağ qalmaq şansından yüksək olmadığına əmindir. Ona görə o və daha iki nəfər əsir düşərgədən qaçmaq qərarına gəlirlər. Lakin onun yoldaşları yaponlar tərəfindən güllələnir, onun özü isə çaya baş vurur, onu ölmüş kimi hesab edirlər. O, güclə yerli sakinlərin yaşadığı kəndlərdən birinə qədər gəlib çıxa bilir. Onlar ona qayıq verirlər, o isə çaydan okeana çıxır.

Körpünün tikintisi kifayət qədər yavaş getdiyindən bu polkovnik Saytonu qane etmir: əgər o komandanlıq tərəfindən deyilən vaxtda körpünün tikib qurtarmasa özünü intihar etməlidir. O, ingilis zabitlərini işləməyə məcbur etmək üçün yeni səylər göstərir, Nikolsona müxtəlif razılaşmalar təklif etsə də, o öz fikrindən geri çəkilmir. Sayto qəzəblənərək bildirir ki, məğlub olmuş ingilislər özlərini belə aparmalı deyillər, çünki onlar artıq əsir düşməklər öz qürurlarını itirblər. Bu əsgəri borcu yox, inadkarlıqdan başqa bir şey deyildir. O, tikintiyə rəhbərlik edən zabitini vəzifədən azad edir və özü rəhbərlik etməyə başlayır. Lakin tikinti işləri əvvəlki tempdə davam etdirilir. O zaman ingilis əsirlərinə ingilis zabitlərinin rəhbərlik etməsi təklifi ilə razılaşmalı olur. Rus-yapon müharibəsində Yaponiyanın qələbəsinin ildönümü ilə əlaqədar amnistiya elan edir və zabitləri karserdən azad edir.

Növbəti gün Nikolson öz zabitləri ilə birlikdə tikintiyə baxış keçirir və tikintidən kifayət qədər narazı qalır. Onun tikintidə hər hansı bir sabotajı dayandırmaq və həqiqətən də yaponlar tərəfindən göstərilən vaxtda yaxşı körpü tikmək niyyətində olması zabitlərini heyrətləndirir. O, yaponların onun batalyonunu kütləyə çevirdiyini,"heç bir nizam-intizamın" olmadığını bildirir. Əvvəlki ciddi nizamı bərpa etmək üçün o körpünün tikintisindən istifadə etmək niyyətindədir. Onun əsgərlərinin ancaq işlə məşğul olduqda yaxşı olduqlarını bildirir. Həmçinin, öz adamlarının ingilis əsgərlərinin nəyə qadir olmasını yaponlara sübut edəcəyini söz verir. Nikolsonun məsləhətçiləri körpü üçün yeni yer seçirlər. Polkovnik həmçinin insanın gündəlik işləmə normasını artırır, həmçinin polkovnik Saytodan onun da öz adamlarını tikintiyə cəlb etməsini, əsirlər qədər onların da işləməsini tələb edir. "Bu sağlam əməkdaşlıq atmosferinin yaradılmasına kömək edəcəkdir." Sayto körpünün deyilən vaxtda tikilməsi üçün bütün şərtlərə razıdır. İşlər gözlənilməz sürətlə başlayır. Əsgərlərin polkovniklərinə nə üçün yaxşı körpü tikmələrinin lazım olmasına şübhə etməsinə baxmayaraq, onlar onun əmrlərinə sözsüz tabe olaraq, bütün əmrlərini yerinə yetirirlər.

Kvay çayı üzərində tikilən əsl körpü

Həmin vaxt komandir Şirz Seylon adasında yerləşən zabit hospitalında çimərlikdə dincəlir, tibb bacıları ilə əylənir. Ona 316 saylı gizli dəstədən mayor Uorden (Cek Hokins) yaxınlaşır. O Şirzə tikilən körpünün partladılması əməliyyatında iştirak etməyi təklif eləyir. Şirz çətinliklə çıxdığı yerə qayıtmaq istəmir. Bu səbəbdən o ABŞ donanmasında xidmət etməsinə baxmayaraq, zabit olmadığını bildirir. Zabitlərlə əsirlikdə olarkən yaxşı davrandığını güman edib rütbə və adı yalandan özünə götürdüyünü, bu səbəbdən komandanlığa bu barədə məlumat verilməsini, onun bu cinayəti etdiyinə görə cəzalanmasını təklif edir. Lakin onu həmin cəngəlliyə geri göndərməsinlər. Lakin sonradan məlum olur ki, Şirzin həqiqi şəxsiyyəti çoxdan məlumdur. Ona görə bu əməliyyatda iştirak öz cinəyətini yumaq üçün yeganə şansdır. O və daha 3 nəfər döyüşçü paraşütla yaponlardan vaxtilə qaçdığı kəndə enirlər. Əsgərlərdən biri meşəyə düşərək ölür. Yerdə qalan 3 diversantın qarşısında bu tapşırıq qalır: təmtəraqlı açılış zamanı üzərində gələn qatarla körpünü partlatmaq. Eyni zamanda Nikolson vaxtında yaxşı körpü tikmək fikrinə o qədər köklənir ki, hətta öz qəddarlığı ilə məşhurlaşmış Saytonu kölgədə qoyur. O,nəinki təkcə öz zabitlərindən hamı ilə birgə işləməyi, həmçinin yaralı və xəstələrə tikintidə onlara kömək etmələrini xahiş etmələrini tələb etmişdir. Öz komandirlərini sevib hörmət etdiyindən heç kim ona yox deyə bilmirdi. Beləliklə, körpünü vaxtında tikirlər. Nikolson və Klipton körpünün britaniyalı əsgərlər tərəfindən tikilməsini bildirən lövhəcik əlavə edirlər.

Kommandos dəstəsi yapon patrulu ilə rastlaşır. Döyüş zamanı dəstə komandiri mayor Uorden ayağından yaralanır. O, çətinliklə yeriyir, o artıq daha gedə bilməyəcəyini bildikdə, Şirzə onu qoyub getmələrini, əmri yerinə yetirmələrini əmr edir. Lakin o imtina edir: "Siz və Nikolson öz cəsarətinizə tutulubsunuz. Və nə üçün? Normal insan kimi yaşadığıvız anda şərəflə ölmək üçün." Xərəkdə Uorden əməliyyat yerinə çatdıra bilirlər. Lakin o sürətlə hərəkət etmək gücündə olmadığından partlayıcını quraşdıracaq leytenant Coys və Şirzi arxadan qoruyacağını bildirir. Ərazini minalama uğurla həyata keçirilir, lakin gecə ərzində çayın suyunun səviyyəsi aşağı düşür və nəticədə yerdə olan partladıcının şnurları görsənir. Əsirlər növbəti düşərgəyə göndərilir, lakin polkovnik Nikolson və mayor Klipton ilk qatarın keçməsinə tamaşa etmək üçün qalırlar. Nikolson partlayıcının şnurlarını görür. Lakin o öz vəzifəsini ədalətlə yerinə yetirmək fikrinə qapıldığından hər şey haqda unudur. O, şnurları Saytoya göstərir və onlar ikisi birlikdə həmin şnurların hara aparmasını yoxlamağa gedirlər. Eyni zamanda yaxınlaşan qatarın səsi eşidilir. Coys ona doğru gələn Nikolson və Saytonu görür. Lakin o qatarın onların gəlməsindən daha tez gələcəyinə ümid edir. Lakin bu baş vermir. O, əlavə səs-küyə səbəb olmamaq üçün Saytonu bıçaqla öldürür və Nikolsona komandanlığın körpünü partlatmaq əmrini verdiyini bildirir. Nikolson Coysu durdurmaq və yaponları köməyə çağırmağa cəhd göstərir. Coys dəqiq atışdan yerə yıxılır. Şirz çayı keçməklər Nikolsonu öldürüb qatarı partlatmaq istəyir. Lakin o yaralı olduğundan yerindən tərpənə bilmir. Nikolson həlak olması hesab edilən insanı tanıyır və onun nə etdiyini anlamağa çalışır. Uorden Şirz və Coysun hərəkət etmək gücündə olmadığını və yaponlara sağ əsir düşə biləcəyini güman edib onları minomyotla güllələyir. Qəlpə ilə ölümcül yaralanmış Nikolson partladıcının linginin (rıçaq) üzərinə yıxılır və körpü qatar gəlməmişdən əvvəl dağılır. Yaralanmış və çoxlu qan itirmiş Uorden sərbəst şəkildə yeriyə bilmir. Ancaq yerli xərəklərdə yaralıları daşıyan yerli qızların əhatəsində qalır. Sahilə sağ qalmış Klipton qaçaraq gəlir. O, sona qədər anlaya bilmədiyi polkovnikinin nə üçün belə etdiyini düşünüb təkrarlayaraq "Ağılsızlıq,ağılsızlıq" qışqırır.

Mükafatlar və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
  • 1957 — ABŞ Kinotənqidçilərinin milli şurasının 4 nominasiyası: ən yaxşı film, ən yaxşı rejissor (Devid Lin), ən yaxşı aktyor (Alek Ginness), ən yaxşı ikinci dərəcəli aktyor ( Sessyu Hayakava)
  • 1958 — 7 "Oskar" mükafatı: ən yaxşı film (Sem Şpigel), ən yaxşı rejissor (Devid Lin), ən yaxşı ssenari (Pyer Bul, Maykl C. Vilson, Karl Forman), ən yaxşı kişi rolu (Alek Ginness), ən yaxşı operator işi ( Cek Hildyard), ən yaxşı montaj işi (Piter Teylor), ən yaxşı musiqi (Malkolm Arnold). Bundan başqa, Sessyu Hayakava "ən yaxşı ikinci plan aktyoru" nominasiyasında namizəd göstərilmişdir.
  • 1958 — 4 BAFTA mükafatı: ən yaxşı film, ən yaxşı britaniya filmi, ən yaxşı britaniya ssenarisi (Pyer Bul), ən yaxşı britaniyalı aktyor (Alek Ginness).
  • 1958 — 3 "Qızıl qlobus" mükafatı: ən yaxşı dram filmi, ən yaxşı rejissor (Devid Lin), ən yaxşı dram aktyoru (Alek Ginness). Bundan başqa, Sessyu Hayakava "ən yaxşı ikinci plan aktyoru" nominasiyasında namizəd göstərilmişdir.
  • 1958 — ən yaxşı əcnəbi film nominasiyasında "David di Donatello" mükafatı.
  • 1958 — ABŞ rejissorlar Gildiyasının mükafatı (Devid Lin).
  • 1959 — Ən yaxşı saundtrek üzrə Qremmi mükafatına namizəd (Malkolm Arnold)
  • 1997 — film Milli filmlər reyesterinə daxil edilmişdir.

"Kvay çayı üzərində körpü" Amerika Kino Sənəti İnstitutunun reytinqində:

[redaktə | mənbəni redaktə et]

1998 — 100 ən yaxşı amerikan film siyahısında 13-cü yer

2001 — 100 ən kəskin süjetli amerikan film siyahısında 58-ci yer

2006 — 100 ən yaxşı ilhamverici amerikan film siyahısında 14-cü yer

2007 — yenilənmiş 100 ən yaxşı amerikan film siyahısında 36-cı yer

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Filmdə hərbi əsirlər polkovnik Bouqi marşını yerinə yetirirlər.

 (ing.)

  1. Lexicon of international films (alm.). Zweitausendeins.
  2. 1 2 IMDb (ing.). 1990.
  3. Box Office Mojo (ing.). 1999.