Ləgərqışlaq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Xuray kənd inzibati-ərazi vahidi tərkibindəki Ləgərqışlaq kəndi Quxuroba kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[1]
Ləgərqışlaq | |
---|---|
41°36′13″ şm. e. 48°35′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 148 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin ərazisi keçmişdə mövcud olmuş Ləgər kəndinə aid qışlaq yeri olmuşdur. Sonralar bu kənddən ayrılmış bir qrup ailənin qışlaq yerində məskunlaşması nəticəsində yaranmış yeni məntəqə Ləgəqışlaq adlandırılmışdır. Oykonim "Ləgər kəndinə məxsus qışlaq" mənasındadır. Tədqiqatçılar Ləgər komponentini "laklar" kimi izah edirlər.[2]
Kənd Yan silsiləsinin ətəyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 575 nəfər əhali yaşayır.[3]
Qusar rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |