Zindanmuruq

ZindanmuruqAzərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Zindanmuruq bələdiyyəsinin mərkəzi.

Kənd
Zindanmuruq
41°19′51″ şm. e. 48°11′25″ ş. u.
Ölkə  Azərbaycan
Region Quba-Xaçmaz iqtisadi rayonu
Rayon Qusar rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1 254.4[K 1]
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi
  • 705 nəf.
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3839[1]
Xəritəni göstər/gizlə
Zindanmuruq xəritədə
Zindanmuruq
Zindanmuruq

Zindan-Muruq oyk., miir. Qusar rayonunun eyniadlı i.ə.v.-də kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qızılqaya platosunun (Böyük Qafqaz) yamacmdadır. Əsl adı Sindanmuruqdur. Dağıstanın cənubunda erkən orta əsrlərə aid Sindan (Şindan) qalasının adından və Muruq kəndinin adından yaranmışdır. Talış zonasında da Şindan qalası var. Qalanın adı ilk dəfə VII əsr hadisələri ilə əlaqədar çəkilir. Oykonim "Sindan yaxınlığındakı Muruq kəndi" mənasmdadır. Vaxtilə Azərbaycana köçmüş əhali əvvəlki yaşayış məntəqəsinin adını yeni kəndə vermişdir. Rayon ərazisində Böyük Muruq adlı kənd də var.[2]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 807 nəfər əhali yaşayır.[3] Əhalisi əsasən taxılçılıqheyvandarlıqla məşğuldur.

Təhsilin vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Zindan-Muruq kənd tam orta məktəbi 2013-cü ildə yenidən tikilərək şagirdlərin və müəllim heyətinin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı[4] ilə Qusar rayonu Zindan-Muruq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 390 000 manat vəsait ayrılmışdır[5].

Kənd klubu, kitabxanası fəaliyyət göstərməkdədir. Hər il mart ayının ortalarında Novruz bayramı qabağı məktəb uşaqları konsert proqramı ilə çıxış edirlər.

Kənd ərazisində yerləşən köhnə məscidin yerində 2013-cü ildə xarici görünüşü eyni olmaqla yeni məscid inşa olunmuşdur. Yenidənqurulmuş məscidin yerindəki əvvəlki məscid 1825-ci ildə tikilmişdir. SSRİ dövründə anbar kimi istifadə olunmuşdur. Məsciddə eyni vaxtda 150 nəfər ibadət edə bilər[6].

Kənddə ləzgilər yaşayır. Bu səbəbdən ana dilləri ləzgi dilidir.

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı:2010, səh.629
  4. "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az  (az.)
  5. "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az  (az.)
  6. Sumqayıtda yşayan iş adamı məscid tikdirib [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]


Sitat səhvi: " K " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="K"/> teq tapılmadı